Ana səhifə

Cənnətə girmək üçün əziyyət çəkməkmi lazım, əziyyət çəkmədən cənnətə girmənin heç bir yolu yoxdurmu?


YazdırSend to friend
Sual Detayı: 
Cənnətə girmək üçün ağrı çəkmək mi lazım, ağrı çəkmədən cənnətə girmənin heç bir yolu yoxdurmu?
Cavab: 

     İnsanoğlunun dünyaya gəlməsi imtahan olmaq üçündür. İmtahan, "möhnət" kökündən gəlir ki, mənası sıxıntı, əziyyət, iztirab deməkdir. Bu səbəblə, imtahanda sıxıntının, əziyyətin olması imtahanın ən önəmli bir ünsürüdür.

     İnsanların ədalətli bir mühitdə imtahan olması üçün varlığında iki zidd ünsür yaradılmışdır. Bunlardan biri nemətlərə qarşı minnətdarlığını fərq etməsi, nemətdən nemət verəni xatırlaması və ona təşəkkür etməsini bilən vicdan və vicdandaki ülvi hisslərdir. İnsanın bu cəhətdən imtahan olması üçün nemətlərlə üz-üzə gəlməsi lazımdır.

     İkinci ünsür, sıxıntılar qarşısında fəvəran edib üsyan edən süflî duyğuların mərkəzi olan nəfsdir. İnsanın bu cəhətdən imtahan olması üçün sıxıntılarla qarşılaşması zəruridir.

    Demək ki, yaxşılıqla gözəlliklər, nemətlər -cavabları şükür olan- bir imtahan sualı olduğu kimi, sıxıntılar, ağrılar, müsibətlər də -cavabları səbir olan- bir imtahan sualıdır. Nemətlərin sualına doğru cavab vermək üçün -elimlə, ağılla, könüldən- Allah'a iman etmək lazımdır. Çətinliklərin meydana gətirdiyi suallara doğru cavab vermək isə -bütün mənliyi ilə- axirətə iman etmək lazımdır.

    Aşağıda tərcüməsi verilən ayələrdə imtahanın vacibliyinə vurğu edilmişdir:

     "(Ey möminlər!) Yoxsa siz, sizdən əvvəlkilərin başına gələnlərin bənzəri sizin də başınıza gəlmədən Cənnətə daxil olacağınızımı güman edirsiniz?!. Onları yoxsulluq və sıxıntı elə bürümüş, elə sarsılmışdılar ki nəhayət peyğəmbər və iman gətirənlər birlikdə, 'Allah'ın yardımı nə zaman gələcək? " demişdilər. Yaxşı bilin ki, Allah'ın yardımı yaxındır. "(Bəqərə, 2/214).

     "İnsanlar yalnız 'iman etdik" deməklə, heç imtahan olunmadan buraxılacaqlarınımı sandılar? And olsun ki, Biz onlardan öncəkiləri imtahan etdik. Əlbəttə, Allah (imtahan edərək), doğru söyləyənləri də bilir, yalançıları da bilir. "(Ənkəbut, 29 / 2-3).



27-09-2016 01:17:50