Ana səhifə

Cənnətdə qadınlar təsəttürlü olacaq yoxsa təsəttürsüz?


YazdırSend to friend
Sual Detayı: 
Cənnətdə qadınlar təsəttürlü olacaq yoxsa təsəttürsüz?
Cavab: 

Hədislərdən aydın olduğuna görə Cənnətdə hər bir insana 500 illik, təxminən yer üzü qədər bir yer veriləcək. Bu qədər geniş bir yerdə bütün dostlarıyla birlikdə olacağı aləmlə xüsusi dairəsi ayrı olacaq.

 

Bunula birlikdə, bütün pis xasiyyətlərin Cənnətdə yeri yoxdur. Bu səbəblə qısqanclıq olmayacağı kimi halalı olmayana şəhvəti də olmayacaq. Necə ki, gözü olmayan görə bilmir, eşitməsi olmayan eşidə bilmir. Gözü olmayan birinin yanında sizi görməsindən narahat olarsınızmı. Hələ şəhvani duyğusu inkişaf etməmiş bir uşağın ananızın və ya bacınızın yanında olmasından narahatlıq edərsinizmi.

 

Demək ki, Cənnətdə pis düşüncə və xasiyyətlərin yeri yoxdur. Onlar bu aləmdə imtahan üçün verilmişdir. Orada imtahana gərək olmadığından yerləri də yoxdur. Yalnız halalına olan şəhvət duyğusu başqasına bağlıdır. Bu səbəblə kimsə kimsədən narahat olmayacaq.

 

Cənnətdə qadınlar cənnət paltarları geyəcəklər. Ancaq bu dünyadakı kimi təsəttür mükəlləfiyyəti yoxdur.

 

Ayələrdə də cənnətdəki paltarların ipəkdən və bəzəməli olduqları belə xəbər verilmişdir:

 

Onların üzərində yüngül ipək və ağır işlənmiş atlasdan yaşıl paltarlar vardır... (İnsan Surəsi, 21)

 

Heç şübhəsiz Allah, iman edənləri və saleh əməllərdə olanları altından çaylar axan cənnətlərə soxar, orada altından bilərziklərlə və incilərlə bəzənərlər; oradakı paltarları ipəkdəndir. (Həcc Surəsi, 23)

 

Allah, iman edib saleh əməllər işləyənləri də altından çaylar axan cənnətlərə soxar. Orada qızıldan bilərziklər və incilər geyinərlər. Orada geyimləri də ipəkdir. (Hacc/23) kimi... (Ramıq əl-Ehadis-1, s. 99/8)



10-03-2010 09:05:45

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz