Ana səhifə

Cənnətdə qadınlara kişi xidmətçi olan qılmanların verilməsinin hikməti nədir?


YazdırSend to friend
Sual Detayı: 
Cənnətdə qadınlara kişi xidmətçi olan qılmanların verilməsinin hikməti nədir?
Cavab: 

Kainatın həddsiz fəza boşluğunda Samanyolu Qalaktikasına mənsub və günəş sisteminə bağlı şirin bir planet olan dünya məmləkətinə imtahan üçün göndərilən insanlar, Kainatın Yaradıcısını tanımaq və Ona iman ilə ibadət etmək üçün mükəlləf olmuşlar.

 

Yaradılış məqsədinə uyğun iman edib yaxşı əməllər işləyən möminlər, bütün səmavi kitablarda Cənnətlə müjdələnilmiş və oranı qazanmaq üçün xeyirə və yaxşılığa təşviq edilmişlər.

 

Ruhani və hissi bütün nemətləri içində saxlayan Cənnət, eyni zamanda bədəni və cismani ümumi ləzzətləri də ehtiva edər. Yemək, içmək və evlənmək Cənnətin ən yüksək nemətləri arasında göstərilmişdir. Qurani Kərim və hədislərin bəyanına görə; dünya həyatında qurulan ailə həyatları, yoldaşların hər ikisi də Cənnətə ləyaqət qazanmaları halında əbədi olaraq birlikdə olacaq və ər-arvad münasibətləri sonsuza qədər Cənnətdə davam edəcək. Ancaq, imandan nəsibi olmayan və inkar üzərinə ölən yoldaş, Həzrəti Nuh və Lut (ə.s.)ın xanımları və üsyankarların əri olan Firon da olsa əbədi olaraq yoldaşından ayrı qalacaq və inkarının qarşılığını daimi olaraq Cəhənnəmdə çəkəcəklər.

 

İman və saleh əməllərindən ötəri Cənnətə gedən mömin qadınları, Cənabı Haqq rəhmət və qüdrətiylə hər cür dünyəvi qəzalardan təmizləyərək, tərtəmiz yoldaşlar surətində ərlərinə qaytaracaq. Hurilərdən daha gözəl olaraq yaradılan o dünyalı qadınlar, yoldaşlarına əbədi bir həyat yoldaşı olacaq və hurilərə sultan ediləcək. Heç bir qısqanclıq və rəqabət duyğusu olmadan sonsuza qədər sevdikləriylə birlikdə Cənnətdən istifadə edəcəklər.

 

Dünya həyatındaykən evlənə bilmədən axirət aləminə köçən iman etmiş kişi və qadınlar, Cənnətdə evləndiriləcək və orada evlənməmiş kimsə qalmayacaq. Lakin, uşaq olaraq vəfat edənlər bu qeyddən azadədir. Qurani Kərimdə keçən "Vildanün muhalledun" təbirindən aydın olduğuna görə, möminlərin buluq çağından əvvəl vəfat edən uşaqları bir-başa Cənnətə gedəcək, lakin daimi uşaq olaraq qalmaq surətiylə, uşaq sevmək və oxşamaq zövqünü ana və atalarına daddıracaqlar.



29-12-2009 08:53:17

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz