Ana səhifə

Cənnətdəki huriləri qısqanmaq və dünyadan gedən qadınların vəziyyəti haqqında məlumat verərsiniz?


YazdırSend to friend
Sual Detayı: 
Cənnətdəki huriləri qısqanmaq və dünyadan gedən qadınların vəziyyəti haqqında məlumat verərsiniz?
Cavab: 

Cənnətdə qısqanclıq kimi duyğular olmayacağı üçün belə bir istəyiniz olmayacaq. Həm dünya imtahanını qazanıb cənnətə girməyə layiq olan təqvalı bir qadın hurilərdən üstün olacaq. Bunlar bir cür nökər və ya xidmətçi kimi cənnətlik olanlara xidmət edəcək. Qılmanlar da belədir. Dünyadan gedən qadınlar isə xidmətçi mövqeyində olmayacaq kişinin yoldaşı və özünə xidmət edilən mövqeyində olacaq. Cənnətdəki əhvalı ora şərtlərinə görə qiymətləndirməlidir.

 

Peyğəmbər (s.ə.s) də Cənnət əhlini bu şəkildə təsvir etməkdədir.

 

"Cənnət əhlindən hər birinin iki qadını vardır ki, bədənlərinin şəffaflığından baldır sümüklərinin ilikləri üstündən görünər. Əhli Cənnət arasında nə ixtilaf vardır nə də düşmənlik; könüllər sanki bir könül, səhər axşam Allahı təsbeh edərlər" (Buxari, Bed'ül-Halk, 59, Sıfatü'l-Cenne).

 

 

Ümmü Sələmə, Peyğəmbər (s.ə.s.)ə bir gün "Ya Rəsulullah! dünyada ki qadınlarımı, yoxsa Cənnətdəki hurilərmi daha yaxşıdır?" deyə soruşar. Rəsulullah (s.ə.s); "Dünyadakı qadınların üstünlüyü, üzün astara üstünlüyü kimidir" deyə cavab verər. Ümmü Sələmə; "Nə üçün" deyincə O, belə cavab verər; "Dünyadakı qadınlar namaz qıldıqları, oruc tutduqları və bir çox ibadətlərdə olduqları üçün" (Tabaranidən; Mevdudi, Tefhimü'l-Qur'an Tərc., VI. 81).



29-12-2009 08:56:04

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz