Ana səhifə

Çalğısız dini musiqilər dinləmək küfrdür mü?


YazdırSend to friend
Sual Detayı: 
Salam Aleykum, Müsəlman qardaşlarım. Son zamanlar başımı qarışdıran bəzi suallar var. İbadətə haram qatmağın küfr olduğunu eşitmişəm. Çalğı əksər alimlər tərəfindən haram qəbul olunduğu üçün dini musiqini çalğı ilə oxumağın haram olduğunu bildirənlər. Amma İmam Gazali (r.a) dini musiqilərin müstəhəb olduğunu bildirmişdir. Bu barədə nə deyə bilərsiniz? Əgər çalğı ilə dini musiqi haramdırsa çalğısız dinləmək olarmı?
Cavab: 

İmama Qəzzali Şafi məzhəbindən olub. Hənəfi məzhəbində isə müsiqi haramdır.

Qur'an ayələrinin birbaşa bu şəkildə musiqi müşayiətində söylənilməsi caiz deyil.

İbni Hacər Mekki demiş: "ibadətləri musiqilə etmək, ilahiləri musiqilə söyləmək küfrə səbəb olar."

Bildiyimiz qədəriylə, İbn Həcərin bu hökmə gəlməsi, o günkü bir qisim təriqət əhli ilə bəzi alimlər arasında münaqişə mövzusu olan "Zikr əsnasında ney çalmaq, semaa qalxmaq" kimi xüsusların ifadə edilməsi məqsədinə əsaslanır. Söz mövzusu xüsusların haram olub olmadığı mövzusu keçmişdən bəri müzakirə edilərək gəlmişdir.

Qur'anı bir musiqi müşayiətində oxumaq, namazı bir musiqi müşayiətində qılmaq əlbəttə çox böyük bir xətadır. Əgər bunu edənin məqsədi ibadəti, tilavəti yüngülə almaq, işi cığırından çıxarmaq isə, bunun küfrə qədər aparan yolu vardır. Əgər belə bir niyyət olmamaqla yanaşı, insan heva və həvəsinə tabe olaraq belə etsə, bu təqdirdə o ibadətin və tilavətin savabını puç  etməklə yanaşı, böyük bir günaha də məruz qalacağı aydındır.

Musiqisiz zümzümə etmək caizdirmi? Musiqi dinləmək caizdirmi? Musiqili toylara, ad günlərinə qatılmaq olarmı? İslamda ilahilərin hokmü nədir?



01-09-2014 03:07:38