Ana səhifə

Cansız varlıqlar da Allah'ı zikr və təsbih edər mi?


YazdırSend to friend
Sual Detayı: 
Cansız varlıqlar da Allah'ı zikr və təsbih edər mi?
Cavab: 

   Dua qulluğun rəmzi və başlı başına bir ibadət olduğuna görə, sadəcə insana xas bir hal deyildir. Bu yönü ilə kainatdakı bütün məxluqat onunla əlaqədardır. Torpağın bağrına atılan bir toxum, çatlamaq, başını torpaqdan çıxarmaq və günəşə doğru cücərmək üçün dua edər. Amma biz onun dilini başa düşmərik. Yumurtaları üzərində yatan quş, balaları üçün dua edər. Amma öz lisanında. Ağaclar, mövsümü gəldiyində meyvə vermək üçün dua edərlər. Amma insan bunun fərqində deyildir.

    Məhz möminin kainata baxışı budur. Qur'an-ı Kərimdə buyurulur ki

"Kainatda elə bir şey yoxdur ki, həmd ilə Allah'ı təsbeh etməsin, Onu anmasın, Ona dua etməsin. Lakin siz onların bu təsbehlərini, zikrlərini, dualarını anlamazsınız." (Əl-İsra, 17/44)

    "Heç bir şey yoxdur ki Allah'ı təsbeh və Ona həmd etməsin," tərcüməsindəki ayədə keçən "şey" ifadəsi, canlı-cansız hər varlığı içinə alır. Hər şey Onu təsbeh edər və Ona mədh və səna halındadır.

   Yenə Quranda Allah qorxusundan yarılan, dağlardan yuvarlanan daşlardan bəhs edilir. Göy gurultusunun həmd ilə Allah'ı təsbih etdiyindən bəhs edilir. Peyğəmbər Əfəndimiz (s.ə.s.)

"Bu dağ Uhud'dur. O bizi sevir, biz də onu sevərik."

    buyurur. Yenə Peyğəmbərimiz (s.ə.s.) heyvanların öz dillərinə görə Allah'ı andığını söyləyir. Bəli Allahdan qorxan daşlar, insanları sevən dağlar, Allah'ı zikr edən canlı və ya cansız məxluqlar. Möminin kainata baxışı budur. Biz bu məxluqatın dillərini anlasaydıq fırtınalı dənizin "Ya Cəlil, Ya Cəlil" deyə zikr etdiyini eşidəcəkdik. Dillərini anlasaydıq, pişiklərin "Ya Rahim, Ya Rahim" deyə dua etdiyini anlayacaqdıq. Yəni sözün qısası sadəcə insanlar dua etməz. Bütün varlıqlar, bütün varlıq öz dilində dua edər.

    Bu misal də, bu barədə nə qədər mənalıdır: Peyğəmbər Əfəndimiz sallallahu aleyhi və səlləm yolda gedərkən bir qrup insana rast gəldi. Minik heyvanlarının üzərində oturmuş halda (söhbət edirdilər). Onlara belə buyurdu:

"Heyvanlarınıza, onları yormadan gözəlcə minin və (istifadə etmədiyiniz zaman da) gözəl bir şəkildə buraxın, istirahət etdirin. Onları yollardakı və küçələrdəki söhbətləriniz üçün kürsü halına gətirməyin. Necə-necə minilən heyvan vardır ki belinə minəndən daha xeyirlidir və Allah Təalanı ondan daha çox zikr etməkdədir. "(Əhməd, III, 439)

    Yer üzündə insan xaricindəki canlılara baxdığımız zaman əsas olaraq üç şəkildə görərik:

- Dik olaraq ayaqda duranlar: Bitkilərin əksəriyyəti ilə iki ayaqlı heyvanlar kimi.

 

- Yarı ayaqda, yəni, əyik olaraq duranlar: Dörd ayaqlı heyvanlar kimi.

 

- Yerdə sürünənlər: Sürünən heyvanlarla bəzi bitki növləri kimi.

 

   Bu saydığımız məxluqlar, yuxarıdakı ayənin ifadə etdiyi ibadətlərini, olduqları şəkilləriylə etməkdədirlər. 

Qur'an'ın bildirdiyinə görə kainatda canlı cansız hər şey Allah'ı zikr və təsbih edər. Qur'an'da, yerdə və göydə olan hər şeyin Allah'ı təsbih etdiyi xəbər verilmişdir:

 

"Göylərdə və yerdə olan hər şey Allahın şəninə təriflər deyir. O, Aziz'dir, Hakim`dir." (Hədid, 57/1).

 

    Ayədəki "Hər şey Allahın şəninə təriflər deyir" ifadəsi, müxtəlif şəkillərdə şərh olunmuşdur. Canlı varlıqların Allah'ı təsbih etmələri, Onun hər növ nöqsanlıqlardan və uca şanına yaraşmayan şeylərdən bəri olduğunu dil ilə ifadə etmələridir. Bütün alimlər, canlı varlıqların Allah'ı bu şəkildə təsbeh etdiklərini söyləmişlər. Lakin, canlı olmayan varlıqların Allah'ı təsbih etmələri barəsində fərqli görüşlər irəli sürülmüşdür. Bəzi alimlərə görə, canlı olmayan varlıqların Allah'ı təsbih etmələri, Onun yaradıcılığına, gücünün hər şeyə çatdığına dəlil olaraq göstərilmələridir. Bu şeylərin varlığı, Allahın ucalığını göstərməkdədir. Onların bu halı, təsbehləridir. Bəzi alimlər də, cansız varlıqların canlı varlıqlar kimi Allah'ı zikr etdiklərini söyləmişlər və bu barədə dəlil olaraq da yuxarıda keçən bu ayəni göstərmişlər:

 

"Yeddi göy, yer və bunların içində olanlar, O'nu təsbeh ederler. Onu tərif ilə təsbeh etməyən heç bir şey yoxdur, amma siz onların tərifini anlamazsınız. O, Həlimdir, çok bağışlayandır." (İsra, 17/44).

    Bu görüşü müdafiə edən alimlərə görə, cansız zənn edilən hər şeydə, insanların fərq edə bilmədikləri bir canlılıq vardır. Bütün əşya, atomlardan meydana gəlmişdir. Atomun nüvəsi ətrafındakı elektronlar, ağla heyrət verəcək bir sürətlə fırlanmaqdadır.

 

     Digər bəzi alimlərə görə isə, kainatdakı hər şey canlı və cansız bütün varlıqlar, Allah'ın əmrindədirlər. Uca Allah, dilədiyi kimi bu varlıqlarda işlər görər. Hər şey onun əmrinin qarşısında təslimiyyət içərisindədir. Onların təsbehləri, bu təslimiyətləridir (Muhamməd Ali əs-Sabuni, Safvetüt-Tefâsîr, İstanbul 1987, III / 319 vd.).

 

 


02-08-2017 03:56:27

Düğüme özel