Ana səhifə

Çılpaq olaraq qüsl almaq caizdir? Çimdiyimiz yerdə kiçik dəstəmaz pozmaq (sidiyə getmək) caizdir?


YazdırSend to friend
Sual Detayı: 
Çılpaq olaraq qüsl almanın hökmü...
Cavab: 

     Bağlı bir yerdə, tək başına əynində bir şey olmadan yuyunmaq caizdir; yəni haram deyildir. Ancaq ədəb olaraq ön və arxa övrət yerlərini örtmək daha gözəldir. Çılpaq olaraq alınan dəstəmaz qəbuldur.

     HAMAM ƏDƏBİ

    Hamam ədəbinə uymaq gözəl olmaqla bərabər, bunlara uyulmasa günah olmaz. 

    1. Hamamda çimməmişdən əvvəl misvakla dişlərmizi təmizləməliyik.

    2. Hamama Allahın hüzuruna təmiz çıxmaq kimi gözəl düşüncələrlə girilməlidir. 

   3.Sol ayaqla hamama girilməlidir. 

    4.Girərkən "Bismilləhirrahmənirrahim, pisliklərin hər cinsindən və qovulmuş şeytanın şərindən Allaha sığınıram." deməliyik. 

    5.Hamamı heç kimin görə bilməyəcəyi şəkildə qapatmalıyıq. 

    6.Hamamda övrət yerinin örtülməsinə riayət etməli və peştamal (örtük) geyinməlidir. 

    7.İlk girişimizdə sağ və sol çiyinlərimizi yumalıyıq.

    8.Suyu lazım olduğundan çox israf etməməliyik.

    9.Hamamda suyun istiliyi kimi ürpərdici hallarda cəhənnəmi düşünməli, bununla cəhənnəm müqayisə edilməlidir. 

   10.Hamamda danışmamalı, aşikar şəkildə Quran və ilahi kimi şeylər oxunmamalıdır. 

    11.Axşama yaxın, axşam ilə yatsı arasındakı vaxtlarda çimməyə girilməməlidir. 

    12.Hamamda su tökərkən ayaq üstə su tökülməlidir. Oturaraq su tökülməməlidir. Əgər yerə tökülən sular üzərimizə sıçramırsa oturaraq da yuyunula bilər. 

    13.Hamamda kiçik böyük dəstəmaz pozulmaz. Peyğəmbərimiz bu xüsusa da əhəmiyyət vermişdir.

"Sizdən biri çimdiyi yerə idrar etməsin. Sonra bu idrar etdiyi yerdə dəstəmaz almasın. Vəsvəsənin çoxu bundan irəli gəlir."(Tirmizi, taharə 17; Nəsai, taharə 6)

    14.Hamam yuyunan adam tərəfindən gözəlcə təmizlənir. Naxoş görüntülərə meydan verilməz. Sabun, saç və pis su artıqları aradan qaldırılar. Çirkli paltar asılmaz. Çirkli olaraq buraxılmaz.

    15.Hər kəsin xüsusi hamam peştamalı (örtüyü) olur və öz peştamalını istifadə edir.

    16.Çimməmişdən əvvəl saç, bığ kimi yerləri uzanıbsa düzəltməli və qısaltmalıdır.

   17.Qoltuq altlarında bitən tükləri maksimum qırx gündə bir yolmaq və təraş etmək müstəhəbdir.

    18.Qasıqları maksimum qırx gündə bir təmizləmək sünnədir.

    19.Sağ gözümüzə üç, sol gözümüzə iki sürmə çəkmək və sürmə çəkərkən sağdan başlamaq Peyğəmbərimizin (a.s.v) bir sünnəsidir.

   20.Kəsdiyimiz dırnaqları, tükləri bir parçaya bükərək torpağa basdırmalı, ya da yandırmalıyıq.

 



17-10-2016 05:24:53