Ana səhifə

Cinlər insan şəklinə girə bilərlər?


YazdırSend to friend
Sual Detayı: 
Cinlər insan şəklinə girə bilərlər?
Cavab: 

Ruhani varlıqların bir qisim insan və ya heyvanlar şəklinə girib insanlara görünə biləcəklərinə dair Qur`an`da və sünnədə işarələr vardır. Məsələn; Hz. Cəbrayılın Hz. Məryəmə bir insan şəklində görünməsi buna işarə etməkdədir. Ayrıca Cəbrayıl (Aleyhissalam), həm əsl heyətiylə(1), həm də səhabədən Dıhyetü'l-Kelbi(2) şəklində Peyğəmbərimizə görünmüşdür. Bunu da tək Peyğəmbərimiz Aleyhissalatu Vəssalam deyil yanında olan səhabələri də görmüşdür. Bu hədis təvatür dərəcəsində möhkəm olaraq və "Cəbrayıl" hədisi adıyla rəvayət edilmiş və belə məşhur olmuşdur.

İslam qaynaqlarında Əzrail və Cəbrayılın və Allahın təqdir etdiyi digər bəzi mələklərlə cinlərin də fərqli şəkillərdə insanlara görünə biləcəklərinə dair görüşlər vardır. Bu fikirlərdən bəzilərini rəvayət etmək istəyirik:

"Həm ruhların bədənlərə girmələrinə və insanlara görünmələrinə işarə edən Həzrəti Süleyman`ın (ə.s.) cinləri cəlb və teshirine (itaət etdirmə) dair ayələr (3), həm "Deyərkən ona Cəbrayılı göndərdik; o da eynilə bir bəşər surətində ona göründü" (Məryəm, 19:17-18) kimi bəzi ayələr, ruhanilərin görünmələrinə işarə etməklə birlikdə ruhların cəlbinə də işarə edirlər. Lakin işarə olunan yaxşı ruhları cəlb etmək isə, mədənilərin etdiyi kimi ciddilikdən uzaq bəzi axmaqlıqlar şəklində bəzi oyuncaqlara, o çox ciddi bir aləmdə olan ruhlara hörmətsizlik edib, öz yerinə və oyuncaqlara celp etmək deyil, bəlkə ciddi olaraq və ciddi bir məqsəd üçün Muhyiddini Ərəbi kimi şəxslər ki, istədiyi vaxt ervah ilə görüşən bir qisim vəlayət əhli kimi onlara bağlı olub münasibət qurmaq və onların yerinə gedib aləmlərinə bir dərəcə yaxınlaşmaqla ruhaniyyətlərindən mənəvi istifadə etməkdir ki, ayələr ona işarə edər. "(4)

Ayələrdən və müşahhas bəzi hadisələrdən aydın olmaqdadır ki, mələklərin, cinlərin və digər ruhanilərin də insan surətinə girə biləcəkləri mümkün görünməkdədir. Bu ruhani varlıqlar, peyğəmbərlər xaricində başqa kəslərə də görünə bilməkdədirlər. Necə ki Cəbrayılı normal, cavan bir insan şəklində görən Hz. Məryəm Peyğəmbər deyildi. O görə bildiyinə görə digər bəzi insanlar niyə görə bilməsin? Sualı ağla gəlir. Yenə Süleyman Aleyhissalam-ın qövmündən və ümmətindən bir qisim kəslərin cinlərdən bir cini gördükləri və onların öz şəkilləriylə Hz. Süleymanın əmrində bir inşaat işçisi kimi işlədikləri, dənizlərin dibindən xəzinə çıxardıqları və sair işlər etdikləri bilinməkdədir. Yenə Peyğəmbərimizin səhabələrindən də başda İbn Məsud, Əbu Hureyre və Əbu Əyyub əl-Ənsarı (Allah onlardan razı olsun), kimi bəzi səhabələr cinləri fərqli şəkillərdə gördüyünü söyləmiş və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bunlardan bəzilərini şeytan, bəzilərini də cin olaraq xarakterizə etmişdir. Cinlərin kafir olanlarına şeytan deyildiyinə görə, demək ki temessül (cisimləşən) edən yenə cinlərdən biri idi. Necə ki İslam alimlərindən bir qismi bu mövzudakı bəzi hədisləri əsas alaraq, mələklər kimi, şeytan və cinlərin də yaradılmış olduqları əsl şəkilləriylə görünmələrindən əlavə başqa surət və şəkillərdə də görünə biləcəklərini söyləmişlər. Buna dəlil olaraq da Hz. Peyğəmbərin namazda özünə hücum edən şeytanı məğlub etməsi, boğması və Məscid-i Nəbəvinin dirəklərindən birinə bağlamaq istəməsi ilə, Səba Məlikesi Belkısın taxtını Hz. Süleymana gətirə biləcəyindən bəhs edən ayəni (Nəml, 27:39) göstərməkdədirlər(5).

“Cinlərdən olan bir ifrit dedi: “Sən yerindən qalxmamış mən onu sənə gətirərəm. Axı mən bu iş üçün çox qüvvətliyəm, etibarlıyam!”” (Nəml surəsi, 27:39)

İslam alimlərindən digər bəziləri isə, mələk, cin və şeytanların öz iradə və istəkləriylə yaradılışlarını dəyişdirməyə, əsl şəkillərindən başqa surətlərə girməyə güclərinin olmadığına diqqət çəkmişlər. Məsələn, ər-Razi; cinlərin başqa şəkillərə və ya insanların surətlərinə girə bildiklərinin qəbul edilməsi halında, dünyada insanlara güvənin qalmayacağını, bir adamın yoldaşının, dostunun, anasının, atasının, arvadının və uşağının cin deyil də özləri olduğunun bilinə bilməyəcəyini qeyd etməkdədir. (6) Yenə ər-Razi, onların peyğəmbərlərin surətlərinə girə bilməyəcəklərini, əks halda Din və Şəriətdən heç bir şeyə güvən qalmayacağını, alim və zahidlərin surətinə də girə bilməyəcəklərini, əks halda onları öldürmənin, məmləkətlərini xarab etmənin, əsərlərini parçalamanın insanlara vacib olması lazım olduğunu söyləməkdədir. (7) Əbu Yala əl-Ferra isə, Allah`ın iradə və qüdrətiylə etməsi müstəsna, cin, şeytan və mələklərin əsl şəkillərini dəyişdirə bilməyəcəklərini, onların özbaşlarına başqa şəkillərə girmələrinin mümkün olmadığını söyləmişdir. (8)

 

(1) Nəcm, 52/6-14; Qarş. Yazar, Haqq Dini, I,

(2) Buxari, Fədailül-Qur`an, 1;

(3) Karş. Sad, 38/38; Ənbiya, 21/82; Nəml, 27/40.

(4) Sözlər, (20), 235.

(5) Eyni, Umdetü'l-Kari, VII, 102.

(6) Razi, Mefatihu'l-Gayb, XIV, 54.

(7) Razi, A.k.ə., XXVI, 208.

(8) əl-Ferra, əl-Mutemed fi Usülid idin, s. 174-175;



03-09-2010 03:59:00