Ana səhifə

Çörək otu ilə əlaqədar hədislər haqqında məlumat verərsiniz?


YazdırSend to friend
Sual Detayı: 
Çörək otu ilə əlaqədar hədislər haqqında məlumat verərsiniz? Çörək otu bütün xəstəliklərə şəfadır?
Cavab: 

2. (3986)- Əbu Hüreyrə (r.ə.) izah edir: "Rəsulullah (s.ə.s.) buyurdular ki: "Ölüm xaricində heç bir xəstəlik yoxdur ki çörək otunda onun üçün bir dərman olmasın." [Buxari, Tibb 7; Müslim, Salam 89, (2215); Tirmizi, Tibb 5, (2042), 22, (2071).)

 

ŞƏRH:

 

Bu hədisdə, dilimizdə çörək otu dediyimiz qara dənin ölüm xaricində bütün xəstəliklərə şəfa verəcəyi bəyan edilməkdədir. Hədis müxtəlif rəvayətlərdə gəlmişdir. İbni Həcər, hədisin bir rəvayətində iştirak edən -çox asqırma ilə gələn soyuqdəyməyə necə istifadə ediləcəyi xüsusundakı- bir şərhi mərfu rəvayətdən tapdığını yazar:

 

" Çörək otu incəcik döyülər, zeytun yağıyla qarışdırılıb burna üç damla damladılar." Bir başqa rəvayətin şərhi hansı xəstəlik üçün olduğu bildirilmədən. Belə deyilir:

 

"Deyildi ki: "Qara dən nədir?" Bu cavabı verdi: "Şunızdır" Təkrar soruşdu: "Onu necə istifadə edəcəyəm?" dedi ki: "İyirmi bir ədəd çörək otu dənəsi götür, bir bezə bağla. Sonra bir suya qoyub bir gecə saxla. Səhər olunca burnun sağ deşiyinə bir damla, sol deşiyinə iki damla tök. Sabahısı günü sağ burun deşiyinə iki damla, sol deşiyə bir damla. Üçüncü gün sağ deşiyə bir, sol deşiyə iki damla tök." İbni Həcər şərhinə davam edir:

 

"Bu bəyandan çatılan nəticə budur: "Çörək otunun hər dərdə dərman olmasının mənası, hər xəstəlik üçün tək başına eyni şəkildə istifadə edilməsi demək deyil. Əksinə, bəzən olar tək başına istifadə edilər, bəzən olar mürəkkəb olaraq istifadə edilər, bəzən döyülüb nazildilmiş, bəzən də döyülməmiş olaraq istifadə edilər. Zaman olar, içilərək, damladılaraq və sarılaraq vs. müxtəlif şəkillərdə istifadə edilər.

 

 

(İbrahim Canan, Kutubu Sittə Tərcümə və Şərhi)



22-12-2009 03:12:44

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz