Ana səhifə

Corabın üzərinə məsh etmək olar?


YazdırSend to friend
Sual Detayı: 
Salam.Hənəfi məzhəbinə görə dəstəmaz alınmış ayağa geyilən coraba məsh çəkmək olarmı?Yoxsa hər dəfə dəstəmaz alan zaman ayaqlar yuyulmalıdır?Əvvəlcədən təşəkkürümüzü bildiririk.
Cavab: 

Və aleykum Salam.  

Corabın üstünə məsh etmək caizdir?

1. Məstlər üzərinə məshin caiz olmasının şərtləri arasında; məstlərin bağsız (ipsiz) olaraq ayaq üstə dura biləcək qədər qatı olması, içinə su almaması və normal gedişlə 5 km və ya daha çox yeriməyə dayanıqlı olması yer alır. Bu şərtləri daşıyan corabların üzərinə məsh etmək caizdir. Bu keyfiyyətləri daşımayan corab üzərinə məsh edilməz.
 
Bununla bərabər, məstlər üzərinə geyilən corablar, incə olub dəstəmaz alarkən üzərinə məsh ediləndə altına yaşlığı keçirirsən, üzərinə məsh edilməsində qorxu yoxdur. Məst üzərinə geyilən corab altına yaşlığı keçirmədiyi təqdirdə üzərinə məsh caiz deyildir.
 
Belə bir vəziyyətdə öncə məst geyməyinizi və məst üzərinə məsh etmənizi tövsiyə edirik. Çünki çarəsi olan bir mövzuda dəstəmazı keçərsiz qılan bir şey edilə bilməz.
 
2. Əgər ayağınızda məst yoxdursa və ayağınızı da yuma imkanı tapa bilmirsinizsə, sizə birinin köməkçi olması lazımdır. Köməkçi olacaq heç bir kimsə olmaz və siz də ayaqlarınızı yuma imkanını tapa bilmirsinizsə, namazın qəzaya qalma vəziyyəti varsa, o zaman vəziyyət dəyişər. Edə bildiyiniz qədərindən məsul olarsınız.
 
Digər bir mövzu isə, ayaqları bol su ilə yumaq şərt deyildir. Az bir su ilə də olsa quru yer qalmayacaq və bir neçə damla belə olsa su damlayacaq şəkildə yumaq da kifayətdir. Çarəsi olan şeylərdə aciz qalmaq doğru deyildir.
 
Halınızı bunları nəzərə alaraq qiymətləndirmək və ona görə qərar verməyinizi tövsiyə edirik.

CORAB ÜZƏRİNƏ MƏSH ETMƏK

Corab, Ərəbcə "cəvrəb" in Azəricə söylənişidir. Bu kəlimə Farsca "kəvrəb" kəliməsinin Ərəbcəyə keçmiş şəklidir. Cəmi "cəvârib" dir.
 
Müfrədi (tək), "ayaq sarğısı" mənasına gəlir (İbn Mənzûr, Lisânu'l-Arab, Beyrut 1300, I, 263). Ənənədə sarğı sözü tikişsiz olana təsis edilmişdir. Corablar, tikişli və hörgülü şeylərdən olub, məst kimi ayağa geyilər. Görəsən corab, məst hökmündədirmi? Onun üzərinə məsh etmək caizdirmi?
 
Ayağa geyilən və "məst" deyilən və ya məst hökmündə olan şeylər üzərinə dəstəmaz alınarkən məsh edilməsi caizdir. Bu, dinin göstərdiyi bir asanlıqdır. Hənəfilərə görə ayağa geyilən bir şeyin məst sayılması üçün bu xüsusiyyətləri daşıması lazımdır:
 
1) Məstlər, bağsız (ipsiz) olaraq ayaqda dura biləcək dərəcədə qalın olmalıdır.
 
2) Ayağa geyilən bir məstlə ən az bir fərsəx, yəni üç mil qədər yol getmək mümkün olmalıdır.
 
3) Məstlər çöldən aldığı suyu dərhal içinə çəkərək, ayağa çatdıracaq incəlikdə olmamalıdır.
 
4) Ayaqları topuqlarıyla birlikdə hər tərəfdən örtmüş olmalıdır.
 
Hz. Peyğəmbərin dəstəmaz alarkən dəridən düzəldilmiş məstlər üzərinə məsh etdiyi sağlam hədislərdə nəql edilmişdir. (Buxari, Vudu, 35, 48, Salat, 7, Məğazi, 81; Muslim, Tahârə, 72, 73, 75, 80; Əbu Davud, Tahârə, 12, 60, 61, 63, 66). Şiə və Xaricilər xaricində bütün fəqihlər bu mövzuda görüş birliyi içindədirlər. Ərəbcə məst, "xuffə"nin qarşılığıdır. Xuff da yuxarıda şərtləri bildirdiyimiz "məst" i ifadə edir. Ancaq bunun xaricində Allah Rəsulunun corab üzərinə məsh etdiyi də olmuşdur. Muğirə (r.a.) belə deyir: "Allah Rəsulu dəstəmaz aldı, iki corabı və iki papışı üzərinə məsh etdi." (Əbu Davud Taharə, 61; Tirmizi, Tahârə, 74, 75; İbn Macə, Tahârə, 88; İbn Hənbəl, IV, 252).
 
İslam alimləri, dəstəmaz alınarkən, üzərinə dəri örtülmüş və ya altlarına pəncə vurulmuş olan corablara məsh etmək cəvazında görüş birliyi içindədir. Ancaq bu xüsusiyyətdə olmayan adi corablar üzərinə məsh etmək hökmü mövzusunda görüş ayrılığı vardır. Əbu Hənifə, Maliki və Şafilər bunun caiz olmadığını söyləyirlər.
 
Əbu Hənifə dəri ilə örtülməmiş və ya altına pəncə vurulmamış olan coraba məsh caiz görməz. Çünki corab, məst mənasına gəlməz.
 
Onunla, altına pəncə vurulmadıqca uzun yol getmək mümkün olmaz. Corablar üzərinə məshə cəvaz verən hədis buna həml edilir (bu fikrə yüklənir). Ancaq Əbu Hənifənin ömrünün sonuna doğru əks fikirdə olan Əbu Yusif və İmam Muhəmmədin ictihadına döndüyü nəql edilir. O, xəstəlik günlərində corabları üzərinə məsh etmiş və tələbələrinə belə demişdir: "İnsanları çəkindirməkdə olduğum şeyi etdim". Bu, onun əvvəlki görüşündən döndüyünə dəlil sayılmışdır.
 
Əbu Yusif və İmam Muhəmmədə görə corablar qalın olar və altını göstərməzsə, üzərlərinə məsh etmək caiz olur. Çünki Nəbi (s.ə.s.) corabları üzərinə məsh etmişdir. Corablar qalın olduqda, onunla yol getmək mümkün olur. Günümüzdəki qalın, kip yun corablar kimi.
 
Buna görə, hənəfilərdə qalın corabla bir fərsəxdən çox yol getmək mümkün olduğu, topuqdan yuxarı hissəsi üzərində dura bildiyi və altını göstərmədiyi, ya da altına dərhal suyu keçirmədiyi üçün məshin cəvazına fətva verilmişdir. (Əl-Kâsânî Bədâyiu's-Sənayi ', I, 10; İbnu'l-Humam, Fəthu'l-Qədir, I, 108 vd .; İbn Rüşd Bidâyətu'l-müctəhid I, 19; İbn Qudəmə, əl-Muğni,  I  , 295;     Vəhbə əz-Zuhaylî,  əl- Fiqhu'l-İslami və Ədillətuhu, I, 343, 344, 345; Seyyid Sabiq Fiqhu's-Sunnə, Qahirə 1365, I. 53; İbn Abidin Tərcüməsi, İstanbul 1982, I, 428- 430; Bilmən, Böyük İslam Elmihalı, İstanbul 1985, s. 82, 83)
 
Həmdi Döndürən


30-01-2016 01:18:16