Cümə günü Kəhf surəsini oxumağın fəziləti haqqında məlumat verə bilərsiniz?


Sual Detayı:
Cümə günü Kəhf surəsini oxumağın fəziləti...
Cavab:
Kəhf surəsini cümə gecəsi və gündüzü oxumağın çox fəzilətli olduğuyla əlaqədar hədislər vardır.
Məsələn:
"Cümə gecəsi Kəhf surəsini oxuyan, Qiyamətdə, yerdən göyə qədər bir nurla aydınlanar. İki
cümə arasında işlədiyi (kiçik) günahları da əfv olar." (Müxtəlif rəvayətlər üçün bax. Ət-Tərğib
vət-Tərhib, Kitabul-Cuma, 1 / 512-513)
Ancaq təşviq üçün edilən bu rəvayətləri qiymətləndirərkən bəzi nöqtələrə diqqət etmək gərəkdir.
Kəhf surəsi haqqında rəvayət edilən digər hədislərdən ikisinin mənası belədir:
"Səhabədən Useyd ibni Xudayr, Kəhf surəsini oxumuşdu. Evində də bir atı var idi. Bu əsnada at
ürkməyə, yerində hərəkət etməyə başladı. Bunun üzərinə (Useyd) 'Ya Rəbb! Sən afətdən əmin qıl.'
deyə dua etdi. Dərhal onu duman kimi bir şey, yaxud bir bulud əhatə etdi. Sonra (Useyd) bu
hadisəni Hz. Peyğəmbərə (asv-aleyhissalatu vəssalam) dedi. Rəsulullah (asv), "Oxu ey adam.
Çünki o bulud kimi görünən şey Səkinədir. Quran dinləmək üçün, yaxud Quranı ucaltmaq
üçün enmişdir. "buyurdu.(Buxari, Mənaqib, 25; Buxari, Fədailul-Quran, 11; Tirmizi, Fədailul
Quran,6).
Hz. Peyğəmbər (s.a.s) belə buyurmuşdur:
"Kim, Kəhf surəsinin əvvəlindən (bir rəvayətdə sonundan) on ayə əzbərləsə, Dəccaldan
qorunmuş olar." (Muslim, Müsafirun, 257; Əbu Davud, Mənahim, 14; Tirmizi, Fitən, 59; İbn Macə,
Fitən, 33).
21-10-2016 07:47:19
Düğüme özel
- 1
- 2
- 3
- 4
- sonrakı ›
- axırıncı »
- İŞİD haqqında məlumat verə bilərsiniz?
- Hz. Müaviyə haqqında məlumat verə bilərsiniz?
- Hz. Əlinin şəkilləri haqqında qısa məlumat verə bilərsiniz?
- Orucu pozan və pozmayan şeylər haqqında məlumat verə bilərsiniz?
- Namazın maddi və mənəvi fəziləti haqqında məlumat verə bilərsinizmi? Namazın faydaları, insana qazandırdıqları nələrdir? ..
Üzv olmaq istəyirsinizsə Bura basın.
Əgər üzv deyilsinizsə Bura basın.