Ana səhifə

Cümə namazı günorta azanı ilə günorta namazı arasında qılınır ya günorta namazının əvəzinə qılınır?


YazdırSend to friend
Sual Detayı: 
Cümə namazı günorta azanı ilə günorta namazı arasında qılınır ya günorta namazının əvəzinə qılınır?
Cavab: 

Cümə namazı, Cümə günü günorta namazı vaxtı içində bir xütbədən sonra camaatla və səsli qılınan iki rükət fərz-ı ayn (hər kəsin etməyə məcbur olduğu fərz) namazdır. Deməli cümə namazı günorta azanından sonra günorta namazının yerinə qılınar və bununla günorta namazı da qılınmış sayılar.

Cümə Ərəbcə bir ad olub, "toplanma, bir araya gəlmə, toplu dostluq" mənalarına gəlir. Lüğətdə cumuə və cuməa şəklində də oxunur. Bir termin olaraq cümə axşamı günü ilə şənbə arasındakı günün adı olduğu kimi, eyni gün günorta vaxtında qılınan iki rükət fərz namazın da adıdır. Cümə gününə, müsəlmanların ibadət üçün məsciddə toplanmaları səbəbiylə bu ad verilmişdir (Zəbidi, Tâcu'l-Arus, V, 306; Qurtubi, əl-Cami`li Ahkami'l-Qur`an, XVIII, 97, 98).



31-07-2014 10:09:23

Düğüme özel