Ana səhifə

Cümə namazı neçə rükətdir?


YazdırSend to friend
Sual Detayı: 
Cümə namazı neçə rükətdir?
Cavab: 

Cümə namazını qısa da olsa nəzərdən keçirməyə ehtiyac var... Zənn edərəm bu qısa tərif, mövzunu işıqlandıracaq, cümədən sonra qılınan çox namazlarda səhv salmağa heç də ehtiyac olmadığı aydın olacaq. Əvvəl cümə namazını başdan sona belə bir nəzərdən keçirək istəsəniz...

 

- İlk olaraq cümə namazının başında dörd rükət sünnə qılırıq.. Buna, cümənin ilk sünnəti, deyirik.

 

- Bundan sonra imam əfəndi xütbəyə çıxır, lazım olan danışmasını etdikdən sonra enərək mehraba keçir, birlikdə cümənin fərzini qılırıq. Buna da, cümənin iki rükət fərzi deyirik...

 

- Bundan sonra isə dörd rükət sünnət daha qılırıq. Buna da, cümənin son sünnəti deyirik.

 

- Başda dörd rükət cümənin ilk sünnəti, ortasında iki rükət cümənin fərzi, sonunda da yenə dörd rükət cümənin son sünnətini qılır, cümə namazını sünnətləriylə birlikdə qılınmış olur.



16-03-2010 10:04:48