Ana səhifə

Cümə namazı vaxtında çalışmaq, alışveriş etmək və qazanılan pul haramdırmı?


YazdırSend to friend
Sual Detayı: 
Cümə namazı vaxtında çalışmaq, alışveriş etmək və qazanılan pul haramdırmı?
Cavab: 

    Cümə surəsinin 9-cu ayəsində bəyan edildiyi kimi, hər müsəlman cümə günü cümə azanı oxunduğu andan etibarən, bütün şəxsi işlərini buraxıb mütləq şəkildə məscidə getmək mükəlləfiyyətindədir. Çünki Cümə azanı oxunduqdan sonra edilən ticarət, əldə edilən mənfəət və qazanclar, haram qəbul edilmişdir. Cümə namazı bitənə qədər, haramlıq və alışveriş qadağası davam edər.

   Cümə namazına tələsmək,imamın minbərə çıxdığı zamanda oxunan ikinci azan vaxtında fərz olar. Hənəfilərcə ən səhih olan görüşə görə, hər nə qədər ilk azan, Hz. Peyğəmbər (s.ə.s.) zamanında olmayıb Hz. Osman (ra) zamanında təsis edilmişsə də ilk azan oxunduqdan sonra cüməyə getmək fərz olar.

    Ticarət və bənzəri icarə, sülh, sənətkarlıq və başqa işlərlə məşğul olub cümə namazından geri qalmaq Hənəfilərə görə təhrimən məkruh, onların xaricindəki cumhura (alimlərə) görə isə haramdır. Bu haramlıq cumhura (alimlərə) görə, imamın önündə azan oxumağa başlandığı zamana məxsusdur. Çünki bu halda cümə namazına getməyə əngəl vardır. Necə ki, Allah Təala bu barədə belə buyurur:

    "Cümə günü namaz üçün çağrıldığınızda, azan oxunduğu zaman, Allah'ı zikr etməyə tələsin, alış-verişi buraxın."

    Bu vaxtda alışverişin haramlığı haqqında nas (dəlil) vardır. Ticarət xaricindəki məşğuliyyətlər də ona qiyas edilir, istər əqd olsun istər olmasın, fərq etməz. Çünki bu sayılanların hamısı əldə edilməsi istənilən qayəni gerçəkləşdirməyə, yəni cümə namazının əda edilməsinə əngəl olur. (əd-Dürrü'l-Muxtar, I, 770; əl-Bedâyi ', I, 270; Bidâyetü'l-Müctəhid, 1,160, II, 167; əl-Kavânînü'l-Fıkhiyye, 31; əl-Mühezzeb, I, 110; Hâşiyetud Düssükî, I, 386; Muğnil-Muhtâc, I, 25 vd.)

   Şafilər bu xüsusa bunu da əlavə edir: "Cümə günü zavaldan sonra (günün ortası), azandan öncə alışveriş və buna bənzər işlərin edilməsi məkruhdur."

   Hanbəlilərə görə (əl-Muğni, II, 297 vd.) cümə günü namaz vaxtında, alışveriş xaricindəki icarə, sülh və nikah kimi işləri görmək və əqdləri etmək məkruh deyildir. Çünki ayədəki qadağa yalnız alış verişə məxsusdur. Alışveriş xaricindəki işlər, cüməyə getməkdən məşğul etmə baxımından ona bərabər deyildir. Çünki bunlar az rastlaşılan hallardır. Bu səbəbdən bunları alışverişə qiyas etmək səhih deyildir.

   Ticarətin qadağan edilməsi və cüməyə tələsməyin fərz olması hökmü, sadəcə cümə namazı ilə mükəlləf olanlara məxsusdur. Cümə namazı qılmaqla mükəlləf olmayan qadın, uşaq və səfəri üçün belə bir qadağa yoxdur.

    Cümə günü azan vaxtında edilən alışveriş etibarlıdırmı, yoxsa batil olub ləğvmi edilər?  (Tebsiratül - Hukkam, İbni Ferhu bi-Hamiş Fethı'l- Ali, II, 378; əş-Şərhu s Sağir, I, 514) 

    Hənəfilərə görə azan vaxtında edilən alışveriş səhihdir. Lakin təhrimən məkruhdur. Çünki onlara görə alışverişi tərk etmək alışverişin birbaşa özünə görə deyildir, bəlkə xütbəni dinləməyi tərk etməyə səbəb olacağına görədir. Şafilərin görüşü də buna yaxın olub, alışveriş səhih lakin haramdır.

    Malikilərə görə: Bu aliş veriş fasiddir. Məşhur olan görüşə görə fəsh edilər (ləğv edilər). Hənbəlilər də, bu alışveriş səhih deyildir, demişlər.

    Alimlərin bu məsələdə fərqli görüşlərə sahib olmalarının səbəbi, əsli mübah olan bir şeydəki (ticarət) qadağa, əgər qadağadakı bir vəsfə görə məhdudlaşdırılmışsa qadağan edilən şeyin fasid olması səbəbiylə bu qadağanın geri dönüb dönməməsi məsələsidir.

     Bir çox alimə görə cümə saatında edilən bütün işlər haramdır. Lakin bu haramlılık və alışverişi buraxıb məscidə getmək, cümə namazı fərz olanlar üçündür. Cümə namazı qılmaqla məsul olmayan qadın, uşaq və səfərdə olanar üçün belə bir qadağa yoxdur. Onların alışveriş etməsi halaldır.

    Namaz qılması fərz olan kəslərə cümə saatı içində istənilən dünyəvi işlərlə məşğul olması məkruhdur. Bu kərahəti, harama yaxın olan "təhrimən məkruh" sinifinə daxil edən müctəhidlər əksəriyyət təşkil edir. İbni Abidin və Kasani'nin qeydlərinə görə namazın və xütbənin tərk edilməsinə səbəb olan alışveriş təhrimən məkruhdur. (Rəddü'l-Muxtar, 1. 552; Bedayiü's-Sənaye, 1: 270)

    Prof. Dr. Vehbe Zuhayli, İslam Fiqhi, II.370

    (Məmməd Paksu, Halal - HARAM, s.232)



31-03-2017 12:56:16

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz