Ana səhifə

Dəstəmazda qollar necə yuyular?


YazdırSend to friend
Sual Detayı: 
essalamun aleykum ve rehmetullah,men destmaz alanda 3 defe ovcuma su alib dirseye dogru axidiram,tezeden ovcuma su alib 3 defe yuyuram,duzgunmu edirem???1-2 neferin destmaz alimasina baxdim dirseye su axitmadan birbawa yuyular
Cavab: 

    Va aleykumussalam va rahmətullahi va bərakətuhu.

   Dəstəmazın fərzi qolları dirsəklərlə birlikdə bir dəfə yumaqdır. Bunu, qolu suyun altına salıb da edə bilərsiz, ovucunua sua alıb yuya da bilərsiz, fərqi yoxdu.

Dəstəmaza mühüm olan əzaların quru yer qalmayacaq şəkildə yuyulmasıdır. Əzaların üçdən çox yuyulması dəstəmaza zərər verməz.

Yuyulması fərz olan üz, əllər və ayaqlar kimi orqanlarımızı üç dəfə yumaq sünnədir. Bu orqanlarımızdan hər birini yumağa başlayanda ilk yuma fərzdir. Ən sağlam və etibarlı görüşə görə ikinci yuma isə sünnədir. Dəstəmaz alarkən, yuyulmaqda olan orqana su çatar və ondan damla damla tökülüb akarsa, yumağın tamam olduğu tam mənasıyla başa düşülər.

    Dəstəmazın rüknləri, yəni fərzləri dörddür:

    1. Üzü bir dəfə yumaq ...

    2. Əlləri dirsəklərlə birlikdə bir dəfə yumaq ...

    3. Ayaqları iki topuqlarıyla bərabər bir dəfə yumaq ...

    4. Başın dörddə birini bir dəfə məsh etmək ...

    Yuxarıda saydığımız dəstəmaz üzvlərindən qol, yüz və ayaqları ən az bir dəfə yumaq fərzdir. Üzvlərin yuyulmasını üçə çıxarmaqla fərzin yanında sünnə də ifa edilmiş olar.

    Əlləri dirsəklərlə birlikdə bir dəfə yumaq fərzdir:

    Barmaq uclarından qol dirsəklərinə qədər -dirsəklər də daxil- olan qisimi bir dəfə yumaq fərzdir. Əgər iynə ucu qədər quru bir yer qalsa və ya dırnağı altına suyu keçirməyəcək (xəmir, boya, palçıq və s.) bir maddə olarsa, dəstəmaz alınmış sayılmaz.

    Ancaq boyaçıların dırnaqlarındakı boyalardan qorunmağın mümkün olmamasından dolayı, bunlar dəstəmaza zərər verməz. Dırnaqlar barmaq uclarından çölə çıxacaq qədər uzanmış olarsa o artıqlığı da yumaq lazımdır. Bir kimsə dəstəmaz aldıqdan sonra bu uzanmış dırnağı kəsərsə dəstəmazını yeniləməsinə ehtiyac yoxdur.

    Barmaqda üzük var və bu geniş isə dəstəmaz alarkən bunu oynatmaq sünnə, əgər üzük dar və altına su keçirməyəcək qədər barmağa oturmuşsa onu oynatmaq fərzdir.

    İlk Olaraq Biləklərə Qədər əlləri yumaq Sünnə:

   Rəsuli-Əkrəm sallallahu aleyhi və səlləm

"Sizdən biri yuxusundan oyandığı zaman, qətiyyən əlini yumadıqca su qabına salmasın. Çünki o, əli harada gecələmişdir bilə bilməz." (Buxârî, Vudu ', 26; Müslim, Taharə, 87-88; Əbu Davud, Tahârə 49) buyurmuşdur.

      Ayrıca insanın əli, təmizləmə barəsində bir vasitədir. Bu səbəbdən ilkin onu təmizləməyə başlamaq sünnədir. Bilindiyi kimi, əlləri, dirsəklərə qədər yumaq (dirsəklər daxil) fərzdir. Lakin öncə biləklərə qədər yumaq tərtib olaraq sünnədir.

     Hənəfi məzhəbində əlləri yuduqdan sonra qolları yuyarkən təkrar əlləri yumağa ehtiyac yoxdur. Şafii məzhəbində isə qolları yuyarkən əlləri də yumaq şərtdir.



13-07-2015 02:41:51

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz