Ana səhifə

Dəstnamaz necə alınır?


YazdırSend to friend
Sual Detayı: 
Xahiş edirəm mənə dəstnamaz almağı öyrədəsiniz. Sağolun.
Cavab: 

Dəstəmaz: Dəstəmaz almaq istəyən hər bir kəs, ilk olaraq qəlbində niyyət edir. Sonra Bismilləh deyərək əllərini üç dəfə biləklərə qədər yaxalayır. Ağzını və burnunu üç dəfə, üç ovuc su ilə yuyur. Sonra üzünü və qollarını dirsəklərinə qədər üç dəfə yuyur. Başına (əlini isladaraq iki əli ilə başını ön tərəfindən başlayaraq arxaya, sonra əks istiqamətdə) və qulaqlarına (şəhadət barmağını qulaq boşluğuna, baş barmağını isə qulağın arxa tərəfinə qoyaraq) bir dəfə məsh çəkir, ayaqlarını üç dəfə topuqlara qədər yuyur. Sonra bu duanı oxuyur: “Əşhədu ən lə iləhə illəllah, vəhdəhu lə şərikə ləhu və əşhədu ənnə Muhəmmədən abduhu və rasuluhu. Allahumməc alni minət-təvvabin vəc əlni minəl mutətahhirin”.

Dəstəmaz alarkən əllərin və ayaqların yuyulmasında ilk olaraq sağ tərəfi yumaq sünnədəndir. Həmçinin ümumiyyətlə əzaların yuyulması ardıcıl və fasiləsiz olmalıdır.

Təyəmmüm: təyəmmüm müəyyən zəruri və çətin hallarda: - su olmadıqda və ya xəstələnmə təhlükəsi zamanı edilir.  Təyəmmüm almaq üçün əllər torpağa vurulur və üzə sürtülür, sonra sol əli sağ, sağ əli isə sol əlin üzərinə sürtərək məsh çəkilir.

Dəstəmazı pozan amillər: Cinsiyyət orqanlarından çıxan ifrazat. Qadına şəhvət ilə yaxınlaşmaq. Dərin yuxu.



13-01-2010 08:14:19