Ana səhifə

DAİŞ Nədir, Nə Deyildir?


YazdırSend to friend
Sual Detayı: 
İŞİD İslam dövləti deyildir...
Cavab: 

Prof. Dr. Hayrettin Karaman

DAİŞ sözü (qısaltması) Ərəbcə "əd-Dəvlətu'l-İslamiyyə fil-İraq vəş-Şam" adında keçən sözlərin başındakı hərflərdən meydana gəlir. İŞİD qısaltması da eyni adın Azəricəsinin yəni "İraq Şam İslam Dövləti" ifadəsindən düzəlmişdir. İnsanlara zülm etdiyi, terror törətdiyi, dünya xalqını İslamdan və Müsəlmanlardan qorxar hala gətirdiyi ... üçün bunların quruluşuna "İslam dövləti deməyək" deyiriksə İŞİD yerinə DAİŞ deyərək bu məqsədə çata bilmərik. Məncə uyğun olanı "əl-Bağdadi Hərəkatı" deməkdir.

Əsl adı İbrahim olan Əbu Bəkir əl-Bağdadi 1971-ci ildə İraqın Samerra şəhərində dünyaya gəldi. Lisey təhsilindən sonra Bağdad Universitetində hüquq, bu olmazsa təhsil almaq və ya dil öyrənmək istədi, balı bunlara çatmadığı üçün İslam Şəriəti Fakültəsinə girdi, tələbəlikdən sonra Quran və tilavət üzərində magistr və doktorantlıq müdafiə etdi. Kiçik qardaşı Səddamın ordusunda əsgər ikən ölmüşdü. Özü gözlərindəki görmə qüsuru səbəbiylə əsgərliyə götürülmədi.

Bağdadi Hərəkatı, Bin Ladenə bağlı olan və 2004-cü ildə İraq əl-Qaidəsini quran Əbu Musab əz-Zərkavî'yə bağlı idi. 2014-ün Fevral ayına qədər bu bağlılıq davam etdi. Əl-Qaidə bu hərəkəti ifratkar gördüyü üçün bu tarixdən sonra onunla əlaqəsini kəsdi.

Bağdadi 2014-cü ildə xəlifəliyini elan etdi və əvvəl İraq Şam İslam Dövlətinin başçısı ikən bunu da aşaraq mütləq mənada və bütün dünya müsəlmanlarını içinə alan "İslam Dövləti" nin xəlifəsi olduğunu iddia etdi.

Bağdadinin İraqda əlli min, Suriyada isə otuz min əsgərinin olduğu söylənilir. Bu əsgərlərin çoxu Ərəb və Barbarlardan olmaqla birlikdə Afrikadan Avropaya və ABŞ-a qədər bir çox ölkədən gələrək onun ordusuna qatılanların sayı da olduqca qabarıqdır.

Bu qədər insanın uzaq yaxın yerlərdən min maneəni aşaraq ona qatılmalarının səbəbləri üzərində əhəmiyyətlə dayanmaq lazımdır. Uzun bir yazının mövzusu olacaq bu səbəblər içində məlumat və təhsilin qeyri-kafiliyi, iqtisadi inflyasiyalar, xarici istila və istismarlar, din və düşüncə sahəsindəki təzyiqlər, gənc nəsilləri təmin edəcək hədəflərə uyğun üsullarla istiqamətləndirmə əskikliyi, macəra həvəsi, interneti və təbliğatı ən müvəffəqiyyətli bir şəkildə istifadə bir qruplaşmadan söhbət gedir.

Bağdadinin iddiası xilafət dövlətini yenidən qurmaq və şəriəti tətbiq etməkdir. Fəqət həm xilafət və şəriət anlayışında, həm də hədəfinə çatmaq üçün seçdiyi yol və üsulda çox böyük / dəhşətli xətalar vardır.

İslam-şəriət anlayışı sonrakı sələfilər kimi –şəriətin məqsədlərinə laqeydliklə yanaşaraq- nasların ləfzi və dar şərhinə əsaslanır. Musiqi, qadın, şəkil və heykəl kimi mövzulardakı anlayış və tətbiqləri bunun bariz nümunələridir.

Xilafət anlayışı bu gün reallaşması mümkün olan "İslam ümmətinin başçılığı" ilə üst-üstə düşmür. Bilindiyi kimi kamil mənada xilafət hicrətin otuzuncu ilində Əməvi sultanlığının başlaması ilə sona çatmış, Raşid xəlifəliyin yerini bəzən zalım olan sultanlıq almışdır. Adına yenə də israrla xilafət deyilən bu təşkilat Yavuz Sultan Səlim dövründə Osmanlıya verilmiş, Osmanlı idarəçiliyinin sona çatması ilə əldə qalan -əvvəlkinə nisbətlə- kiçik bir torpaq parçasında qurulan cümhuriyyət idarəsində Millət Məclisinin mənəvi şəxsiyyətinə (hüquqi şəxsiyyətinə) çevrildiyi deyilmişdir.

Gerçək mənada xilafəti geri gətirmək, ilk dörd xəlifənin İslam, siyasət, dövlət, ümmət anlayış və tətbiqinə dönmək deməkdir. Bağdadinin görüb elədiklərini bu çərçivəyə soxmaq mümkün deyildir.

Bir misalla kifayətlənim: Raşid xəlifələr özlərinə bir müddət və ya davamlı beyət etməyənləri nə öldürdülər, nə zimmi sayıb cizyə istədilər, nə də cəza verdilər. Hz. Əli (ra) ona beyət etmədikləri bir yana bir vaxt döyüş də elan etmiş olan Xəvariclərə belə demişdi: "Bizim məscidimizə gəlmək istəsəniz buyurun, qapılarımız açıqdır, bizimlə İslam düşmənlərinə qarşı döyüşsəniz sizi döyüşçü olaraq özümüzdən sayarıq, bunlara yaxın durmaz və bizə silah çəksəniz biz də silahla qarşılıq verərik. "

Bütün ümməti içinə alacaq və möminləri parçalayıb bir-biriylə dalaşdırmadan reallaşacaq bir İslami siyasi quruluş və rəhbərliyi gerçəkləşdirməyin yolu əsla Bağdadinin seçdiyi yol deyildir və bundan başqa beləsinə böyük bir işi qısa, orta və uzun müddətli proqramlar və tətbiqlərlə gerçəkləşdirə biləcək fikir və elm tutumu da bu hərəkətdə mövcud deyildir.

Yenə olan Müsəlmanlara olur, tökülən qanlar, sönən ocaqlar, heç edilən sərvətlər həmişə Müsəlmanlardan. Bu hərəkət Müsəlmanları birləşdirmək yerinə parçalayır, İslam adına qorxudan və qaçıran vəhşiliyi tətbiq edir, düşmənin çörəyinə yağ sürtür, istismarına şərait hazırlayır.

Müsəlmanların ağıl, bəsirət və fərasətlə hərəkət etmə qabiliyyətlərini istifadə etmələrinin də Allaha qaldığı başa düşülür; halbuki bunu onlardan Allah istəyir.



17-10-2016 07:20:12