Ana səhifə

Darul hərb olmanın şərtləri nələrdir?


YazdırSend to friend
Sual Detayı: 
Darul hərb olmanın şərtləri nələrdir, Türkiyə darul hərbdir?
Cavab: 

İslam alimlərinə görə bir yerin hərb diyarı olması üçün hansı şərtlərin olması lazım olduğunu və Türkiyənin hərb diyarı olub olmadığını qısaca bildirək:

 

Əvvəl Darul-Hərb və Darul-İslam məfhumlarının təriflərini verməkdə fayda görürük. Ö. Nəsuhi Bilmən Hüququ İslamiyə və Istılahatı Fıkhiyye Cəmiyyətində Darü'l-İslam və Darü'l-Hərb'i belə təsvir edər: «Darü'l-İslam, Müsəlmanların hakimiyyəti altında olub Müsəlmanların əmin amanlıq içində yaşayaraq dini vəzifələrini etdikləri yerlərdir. Müsəlmanlar ilə aralarında münaqişə olmayan qeyri müslimlərin hakimiyyəti altında olan yerlər də Darü'l-Hərbdir» (1).

 

Yalnız bu təriflər də diqqətlə mütaliə edilsə Türkiyənin diyarı islam olduğu və bu vətənə darü'l-hərb deyənlərin bu iddialarında heç bir həqiqət payı olmadığı açıqca aydın olar.

 

Bir dəlilə dayanmayan, həqiqət payı olmayan mücərrəd iddialara isə etibar edilməz. Hər elmdə olduğu kimi şəri elmlərdə də məsələlərin qəti dəlillərə istinad etməsi əsldir. Və yenə hər elmdə hökm, o sahənin mütəxəssis alimlərinə aiddir. Şəri elmlərin mütəxəssisləri başda dörd böyük məzhəbin imamları olmaq üzrə müctəhidlər və fiqh alimləridirlər. Bu səbəblə kim olursa olsun din adına danışan bir kimsə müctəhidini ictihadlarını, fiqh alimlərinin fətvalarını eyni ilə intiqal etdirmək məcburiyyətindədir.

 

 

Haşiyələr::

(1) Bilmən, Ö. Nəsuhi; Hüququ İslam və Istılahatı Fıkhiyyə Cəmiyyəti, c. m, s. 394.

Məmməd Qırxıncı



17-01-2010 02:30:36

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz