Ana səhifə

Digər dinlərdə namaz ibadəti var?


YazdırSend to friend
Sual Detayı: 
Digər dinlərdə namaz ibadəti var?
Cavab: 

Hz. Adəmd Aleyhissalam`dan Peyğəmbər Əfəndimiz sallallahu aleyhi və səlləm`ə gələnə qədər bütün peyğəmbərlərin təbliğ etmiş olduqları iman əsasları birdir. Bu xüsus, peyğəmbərlərin təbliğ etdikləri bütün haqq dinlərin ortaq bir xüsusiyyətidir. Heç bir peyğəmbər iman əsaslarını dəyişdirmədiyi kimi, ona hər hansı bir əlavə də etməmişdir. Hz. Adəm insanları nələrə inanmağa çağırmışsa, son peyğəmbər Hz. Muhəmməd aleyhissalatu vəssəlam da ümmətini o əsaslara iman etməyə dəvət etmişdir.

İlâhî dinlər arasında iman əsasları barəsində heç bir fərq olmadığı kimi, xüsusi ilə təməl ibadətlər barəsində də fərq yoxdur.

Dinin dirəyi olan namaz da bütün peyğəmbərlərə və onların ümmətlərinə fərz olmuş bir ibadətdir. Fərq, yalnız vaxtlarda və rükət sayındadır. Bizə isə, savab baxımından əlli vaxta bərabər, beş vaxt olaraq fərz oldu.

Namazın keçmiş ümmətlərə də əmr edildiyi xüsusu birbaşa Qur`anı Kərîm'də ifadə edilməkdədir. Məsələn, bir ayədə Hz. İbrahim Aleyhissalam`ın davamlı namaz qıldığı və nəsilinin də namaza davam etmələrini istədiyi belə xəbər verilər:

"Ya Rəbbi, məni və mənim nəsilimdən olanları namaz da davamlı et. Ey Rəbbimiz, duamı qəbul et." (İbrahim Surəsi, 40)

Hz. Musa Aleyhissalam da namazla əmr olunmuşdu. Maidə Surəsinin 12-ci ayəsində İsrailoğullarından namaz qılmaları barəsində qəti söz alındığı ifadə edilər.

Hz. Şuayb Aleyhissalam da çox namaz qılardı. Hətta bu səbəblə özünə həqarət edilmək istənmişdi. Bu da Qur`anı Kərimdə belə bəyan buyurular:

"Onlar dedilər ki: 'Ey Şuayb, atalarımızın ibadət etdiklərini tərk edib mallarımız haqqında dilədiyimizi etməkdən imtina etməmizi sənə namazınmı əmr edir?" (Hud Surəsi, 8)

Yenə Qur`anı Kərim`də Hz. Ishak və Yaqubun, Hz. Zəkəriyanın, Hz. İsanın (Allah`ın salamı Onlara olsun) namaz qıldıqları bildirilməkdədir.

Digər tərəfdən oruc və zəkat da yalnız Peyğəmbərimizin ümmətinə məxsus ibadətlər deyil. Necə ki, Qur`anı Kərimdə bu ibadətlərin digər ümmətlərə də fərz olmuş olduğu bildirilməkdədir. Məsələn, Bəqərə surəsinin 183-cü ayəsində tərcümə olaraq belə buyurular:

"Ey iman edənlər! Oruc, sizdən əvvəlki ümmətlərə fərz olduğu kimi, sizə də fərz oldu. Ta ki, günahdan çəkinib təqvaya qovuşasınız."

Bəli, namaz, oruc, zəkat və daha bir çox ibadətlər digər peyğəmbərlərin şəriətlərində də vardı. Lakin zamanla Yəhudi və Xristianlar bu ibadətləri tərk etdilər və ya dəyişdirdilər.

O halda, "Müsəlmanlar namazı Yəhudilərdən götürmüşlər" demək yerinə, "Cənab-ı Haqq namazı Yəhudilərə və digər ümmətlərə də əmr etmişdir" demək daha doğrudur.



17-01-2010 02:35:07

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz