Ana səhifə

Digər səmavi kitablarda Peyğəmbərimizin (s.ə.s.) gələcəyinə dair işarələr var idi?


YazdırSend to friend
Sual Detayı: 
Digər səmavi kitablarda Peyğəmbərimizin (s.ə.s.) gələcəyinə dair işarələr var idi?
Cavab: 

Rahib Bahira kimi, bir çox Xristian və Yəhudi alimi, Rəsulu Əkrəm Əfəndimizin sifətlərini kitablarında görmüşlər və "Bəli, kitablarımızda Məhəmmədi Ərəbinin (s.ə.s.) sifətləri yazılıdır" deyərək, doğru bir etirafda olmuşlar. Bu etirafa baxmayaraq, yenə də bir çoxu İslamın şərəfiylə şərəflənməkdən məhrum qalmışlar.

Bu bənzərsiz bəxtiyarlığa çatanlar arasında isə bunları saya bilərik: Abdullah bin Salam, Vehb bin Münebbih, Əbu Yasir, Şamul, Esid və Səhləbə bin Sayə, İbni Bünyamin, Muhayrık, Kabü'l-Ahbar, Dağatır, İbni Nafur və Carud.1

Qurani Kərim, əhli kitabın bu haqqpərəst alimlərindən bu ayəsiylə bəhs edər:

"İman edənlərə düşmənlikdə insanların ən şiddətlisi olaraq sən, əlbəttə Yəhudiləri və Allaha ortaq qoşanlarıtapacaqsan. İman edənlərə məhəbbətdə ən yaxın kəslər olaraq da, əlbəttə 'Biz Xristianlarıq' deyənləri tapacaqsan. Çünki onların içində elm sahibi keşişlər və özlərini ibadətə vermiş rahiblər vardır; onlar böyüklük də göstərməzlər. "Peyğəmbərə endiriləni dinlədikləri zaman, dost olduqları həqiqətlərdən duyğulanaraq gözlərinin yaşla dolub daşdığını görərsən. Onlar, 'Ey Rəbbimiz, iman etdik' deyərlər. Sən də bizi, haqqa şahidlik edən möminlərlə birlikdə yaz' deyərlər. "2

 

1. Hüseyn əl-Cisri, Risaləyi Hamidiye, Terc., s. 55-56; Bədiüzzaman Səid Nursi, Məktubat, s. 168-169

2. Maidə Surəsi, 82-83

 

Saleh Suruç



02-05-2010 12:34:40

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz