Ana səhifə

Dini cəhətdən qadının işləməsində bir məhzur var? Qadının, kişilərin içində yan-yana, başı açıq işləməsi dini cəhətdən caizdir?


YazdırSend to friend
Sual Detayı: 
Dini cəhətdən qadının işləməsində bir məhzur var? Qadının, kişilərin içində yan-yana, başı açıq işləməsi dini cəhətdən caizdir?
Cavab: 

Qadının işləməsini əngəlləyən hər hansı bir yasaq bilmirik. Ancaq qadının işləyərkən uyması gərəkli olan bəzi qaydalar vardır. Bu qaydalara uymazsa haram işləmiş olar.

İslamda insan olmaları baxımından, kişi ilə qadın arasında hər hansı bir ayrı-seçkilikdən söz gedə bilməz; hər ikisi də bərabər dərəcədə Uca Allahın əmr vəyasaqlarına tabedir. Kişi olsun qadın olsun, bütün insanlar yer üzünü abad etmək və orada Allaha ibadət etməklə məsuldurlar. İslamda insanlıq və Allaha qulluq baxımından qadınla kişi arasında bir fərq olmadığı kimi, əsas hüquq və məsuliyyətlər baxımından da qadın kişi ayrı-seçkiliyi yoxdur. Dinimizdə, kişiyə verilən əsas hüquq və azadlıqlar, eyni dərəcədə qadına da verilmişdir.

Buna görə həyata, maddi və mənəvi varlığını qoruma vəinkişaf; insan azadlığı və təhlükəsizliyi; vicdan, dini inanc və fikir azadlığı; mülkiyyət və qənaət haqqı; qanuni vasitə və yollardan faydalanmaq surətiylə məhkəmə orqanları qarşısında şikayətçi vəya təqsirləndirilən olaraq iddia etmək və müdafiə olunmaq, qanun qarşısında bərabərlik və ədalətlə rəftar görmə haqqı, məskən toxunulmazlığı, şərəf və qürurun qorunması, evlənmək və ailə qurmaq hüququ, şəxsi həyatın gizliliyi və toxunulmazlığı, dolanışıq təminatı kimi əsas hüquqlar baxımından qadınla kişi arasında hər hansı bir ayrı-seçkilikdən söhbət gedə bilməz.

Qurani-Kərimdə Hz. Peyğəmbərin (s.ə.s.) qadınlardan beyət almasının zikr edilməsi (Mumtəhinə, 60/13), İslamda qadının iradəsinin müstəqilliyini açıq bir şəkildə ortaya qoyur. Beləlikləqadın olmaq, haqq səlahiyyətini və hərəkət səlahiyyətini daraldan bir səbəb deyildir. Sahib olduğu haqların, əri və ya başqası tərəfindən pozulması halında, qadının hakimə müraciət edərək haqsızlığın aradan qaldırılmasını tələb etmək hüququ vardır. İslamda qadının mövqeyi və hüquqları mövzusundakı müzakirələrin əhəmiyyətli bir qismi, qadının ictimai həyata qatılması, işləməsi və ictimai vəzifəni boynuna götürməsi kimi nöqtələrdə cəmlənir.

İslama görəbir qayda olaraq, qadın, ev içindəvəxaricindəişləyəbilər; ailəsinin ehtiyaclarını təmin etmək üçün ərinə köməkçi ola bilər. Şərtlərə və ehtiyaclara görə, ailəhəyatında yoldaşların rollarının dəyişməsi dəmümkündür. Əhəmiyyətli olan həyatın dinclik və nizam içində keçməsi, ehtiyacların qarşılanmasında fərdlərin imkan və qabiliyyətlərinə uyğun məsuliyyətləri balanslı şəkildə öz boyunlarına götürmələridir. Bəzi qaynaqlarda yer alan Hz. Peyğəmbərin (s.ə.s.), evin daxili işlərini qızı Hz. Fatiməyə, xarici işlərini isə kürəkəni Hz. Əliyə yükləmiş olması (İbn Əbi Şeybə, Musannəf, X / 165, No: 9118; XIII / 284, No: 16355; Ömər Nəsuhi Bilmən, Hüquqi İslamiyyə, II / 484), Müsəlmanlar üçün bir ailə modeli yaradılması məqsədinə yönəlmiş bir qayda deyil, ehtiyac, adət-ənənəyə söykənən tövsiyə xüsusiyyətində bir həlldir. Qaldı ki, ev xanımının ailəsinə və cəmiyyətə fəaliyyətləri kiçik hesab edilə bilməyəcək qədər əhəmiyyətli bir işdir.

Qadın, maliyyə və ticarət sahələrində kişilərlə bərabər mövqedə olub, qadın olması səbəbiylə hər hansı bir məhdudiyyətə məruz deyildir; ticarət və borclar hüququ sahəsində kişilərin sahib olduqları bütün haqq və səlahiyyətlərə malikdir. İslam dinində kişi - qadın ayrı-seçkiliyi edilmədən, işləyib qazanmaq təşviq edilmiş,

"İnsan üçün ancaq çalışdığı vardır."(Nəcm, 53/39);

"... Kişilərə qazandıqlarından bir pay vardır; qadınlara da qazandıqlarından bir pay vardır. Allahın lütfündən nəsibinizi istəyin ..."(Nisa 4/32)

buyurulmuşdur. İş çərçivəsindəqiymətləndirilən ticarət iləəlaqədar,

"Ey iman edənlər! Mallarınızı aranızda batil yollarla yeməyin. Ancaq qarşılıqlı razılıq ilə edilən ticarətlə olarsa başqadır. Özünüzü həlak etməyin. Şübhəsiz ki, Allah sizə qarşı çox mərhəmətlidir."(Nisa, 4/29) ayəsi ilə,

"Sizdən hər hansı birinizin ipini alıb dağdan kürəyinə bir şələ odun yükləyərək gətirib satması, dilənməsindən daha xeyirlidir."(Buxari, Buyu 5)

hədisində qadın-kişi ayrı-seçkiliyindən söhbət getmir. Dinimizin insanlar arası əlaqələrdə və ticari həyata bağlı qoyduğu açıqlıq, dürüstlük, güvən, doğru sözlülük, sözündə durma, şərt və əqdlərə bağlı qalma, qarşı tərəfin zəifliyi, məlumatsızlığı və çətinlikdə olmasını istismar etməmə kimi ümumi prinsiplərinə bağlı qalmaq şərtiylə, kişi və qadın hər kəs halal və qanuni yollardan qazanc əldə etmə haqqına malikdir.

Bu şərtlər işığında qadın həm işləyə bilər, həm də işləyə bilməz deyə bilərik. Şərtlər olarsa işləyə bilər, olmazsa işləyə bilməz.

Bir qadının iş yerində işləməsi üçün müəyyən şərtlərdən biri, təsəttürünə (örtünməsinə) mane olunmaması, vəqar və ciddiliyi xəfifə alınmamasıdır. Eyni zamanda bu iş yerində başqa insanlar da olması və qadının tək adam ilə baş-başa qalmamasıdır.

Çünki bir qadın bir kişi ilə baş-başa qalsa, üçüncünün şeytan olacağını Əfəndimiz (s.ə.s.) bildirmişdir. Həm belə bir təklikdə xəlvət vaqe olduğundan, kişiyə mehri- misl kimi maddi cəza, qadına da təzir (qüsur cəzası) kimi dini cəza düşür.

Demək ki, ehtiyac içində olduğundan işləmək məcburiyyətində qalan qadın, təsəttürünə, iffət və vəqarına (ciddiyyət) xələl gəlməyən ciddi iş yerində işləyə bilər. Ətrafdakı yad kişilərə bu təsəttür və vəqar (ciddiyyət) içində ciddi şəkildə həmsöhbət ola bilər. Bu şərtlərin yox olduğu yerdə qadının işləmə şərti də yoxdur deməkdir.

Onsuz da çalışıb qazanmaq məcburiyyəti kişi üçündür.Qadın evində oturar, oğul-uşağına baxar. Kişi isə çöldə işləyərək qadının ehtiyaclarını qarşılamaq məcburiyyətində qalar. Bizim sözünü etdiyimiz şərtlər, hər halda belə himayəçisi olmayan, ehtiyac içində çırpınan qadınlar üçündür. Əri icazə verməyən qadın onsuz da iş haqqına da sahib sayılmaz. Ərinin qazancıyla keçinməsi şərt olur, yaxud bəyinin icazəsi gərəkdir.

Bir qadının yad bir kişinin evində və ya iş yerində işləməsi İslamın əmr etdiyi şəkildə olarsa, yəni bir neçə qadın ilə birlikdə və ya açıq bir yerdə çalışarsa zərər yoxdur. Amma, bağlı bir yerdə, yalnız olaraq yad bir kəslə birlikdə qalacaq olarsa, xəlvət olduğundan haramdır (əl-Fiqh "alə'l-Məzahib əl-Ərbaa, III / 125).



04-02-2016 05:22:33

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz