Ana səhifə

Dini nikahın şərtləri haqqında məlumat verərsinizmi. Dini nikah necə bağlanır?


YazdırSend to friend
Sual Detayı: 
Salam nisanimla 2 ile yaxin kebin kesdirmisik ama valideyinlerimizin icazesi ve xeberi olmadan kebin baglanan zaman biz orda olmasiq sexsiyyet vesiqelerini vermisik ve mola kebin kesib bu caizdi?aramizda hec bir cini munasibet olmayib bu kebini pozur
Cavab: 

Və aleykumussalam.

Siz nikahlı deyilsiniz .

Nikâh bir əqd, sözləşmə və razılaşmadır. Buna görə bəzi şərtləri vardır. Bu şərtlərdən biri yerinə getirilmezse nikâh səhih olmaz.

1. Evlənəcək kəslərin və ya vəkâlətlərini (Bir işi görmək üçün birisinə verilən hüquq) verdikləri şəxslərin hazır olması (nikah zamanı iştirak etməsi).

2. Tərəflərin iradə bəyanı. Evlilik əqdini qəbul etdiklərinə dair eşlərin "qəbul etdim" şəklində ifadə etmələri.

3. Nikahın elan edilməsi. Gizli saxlanılmaması. Bu şərt bəzi məzhəblərə görədir.

4. Qızın vəlisinin (himayəçisinin) icazəsinin olması. Bu hökm Hənəfi məzhəbi xaric digər məzhəblərə görədir.

5. Şahidlərin hazır olması. Bu şahidlər, yetkinlik çağına çatmış, ağlı başında iki kişi və ya bir kişi ilə iki qadın olmalıdır. Yəni şahidlikdə mütləq bir kişinin olması lazımdır.

Nikâh, talaqdigər bir ifadə ilə evlilik və boşanma dini bir müəssisədir; eyni zamanda ibadətlər içində dəyərləndirilir. Çünki qaynağı Qur'an və hədisdir. Bu barədə yüzlərlə ayət-i kərimə, minlərlə hədis-i şərif vardır. Bu ayələr həm evlilik müəssisəsinin sərhədlərini çəkər, həm də məsuliyyət və mükəlləfiyyətləri təyin edər. Bəzi ayələrdə məsələ bütün detallarıyla verilər. Hədislər isə evlilik və ailə müəssisəsinin bütün detallarını təyin edər, izah edər və öyrədər.

Eyni şəkildə İslam hüququ kitablarında nikah və boşanma hissəsi tam ayrı bir bölüm təşkil edir. Məsələn qaynaq olaraq verdiyimiz, Türkcədə də hərtərəfli bir əsər Ömər Nəsuhi Bilmənin 8 cildlik Hüquq-u İslamiyə və Istılahatı fiqhiyyə Kamusu'nun bir cildi bu məsələyə həsr edilmişdir.

Mövzunun başa düşülməsinə köməkçi olması və bir nümunə təşkil etməsi baxımından bəzi ayələrin tərcümələrini oxuyaq:

"Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməlisaleh kölə və kənizlərinizi evləndirin. Əgər onlar kasıbdırlarsa, Allah öz lütfü ilə onları varlı edər. Allah lütfü ilə Genişdir, Biləndir!

"Qoy evlənməyə imkanı olmayanlar, Allah Öz lütfü ilə onları varlandırana qədər, ismətlərini qorusunlar.." (Nur Sûrəsi 32 ve 33.)

"Sizə analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaş qızları, bacı qızları, sizi əmizdirən süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları, yaxınlıq etdiyiniz qadınlarınızın himayənizdə olan ögey qızları – yox əgər o qadınlarla yaxınlıq etməmişsinizsə, onda bu (ögey qızlarınızla evlənməyiniz) sizə günah deyildir, öz belinizdən gələn oğullarınızın arvadları ilə evlənmək və iki bacını birlikdə almaq haram edildi. Olub-keçənlər isə artıq keçmişdir. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir."( Nisa Sûrəsi 23.)

Nikahın özünə görə şərtləri vardır. Bu da yuxarıda izah edildi. Respublika dövrünə qədər "dini nikâh, rəsmi nikah" deyə bir ifadə mövcud deyildi. İslam hüququ qüvvədən qaldırılıb yerinə Qərbdən adaptasiya edilən "mədəni" hüquq dövrəyə girincə və nikâh əqd əməliyyatları bələdiyyələrə verilincə bu növ suallar gündəmə gəldi. Halbuki Yəhudilik və Xristianlıq kimi səmavi qaynaqlı dinlərdə əvvəlcədən olduğu kimi indi də nikâh mərasimləri sinaqoq və kilsələrdə edilər. Əsasən İslamda da belədir.

Peyğəmbərimiz sallallahu aleyhi və səlləm`in "Nikahı elan edin və onu məscidlərdə edin" tərcüməsindəki hədis-i şərif bu prinsipi xatırlatmaqdadır. Bu proses məscidlərdən alınıb bələdiyyə nikâh salonlarına daşınınca, nikâhın "dinî" bir mahiyyət daşıyıb daşımadığı ağıllara gəlməyə başladı.

Nikâh, evlilik bəzi şərtlər daşıdığından dolayı bu məsələni bir bütün olaraq alimlər və din xadimləri bilir. Və həmişə nikâh əqdini alimlər və imamlar etməkdədir. Bunun üçün nikâhın xalq dilindəki adı "imam nikâhı" şəklində söylənir olmuşdur.

Əslində bu əməliyyat imamlıq, xocalıq işi deyil. Hər Müsəlman necə ibadətlərini əvvəlcədən öyrənərək edirsə, nikâhı və nikâhın şərtlərini və məsuliyyətlərini araşdırıb öyrəndikdən sonra bu hazırlığa girəcək, şahidlər hüzurunda tərəflər bir-birlərini ər-arvad qəbul edərək nikahlarını qıyacaqlardır. Yəni camaatla namazda olduğu kimi, nikahda mütləq imam olacaq deyə bir şərt yoxdur. Şərtləri müəyyəndir və ona görə əqd edilər.

Yalnız rəsmi nikâh kafi ola bilərmi? "Yalnız rəsmi nikahı olanlar Allah qatında evli sayılır mı?"

Nikâh dini bir müəssisədir və müəyyən şərtləri vardır. Eyni şərt və qaydalar rəsmî nigahda, yəni bələdiyyə məmuru tərəfindən kəsilən nigahda mövcudsa nikâh nikâhdır. Ancaq şərt və əsaslara diqqət edilmir, hətta əhəmiyyət verilmirsə, gərəksiz hesab olunursa məsələ dəyişər, nikaha kölgə düşə bilər. Belə ki:

Rəsmi nikahda evlənəcək kəslər evləndiklərinə dair ifadələrini açıqca ifadə edirlər. Ancaq bu ifadələrin dəqiqlik bildirməsi, başqa cür başa düşülməməsi lazımdır. Başqa cür bir şərhə münasib olmamalıdır.

Bir digər əhəmiyyətli nöqtə, şahidlərin Müsəlman olması və iki şahiddənn birinin kişi olmasıdır. Halbuki dünyəvi nizamda şahidin Azərbaycan vətəndaşı olması kafi qəbul edilir.

Evlənəcək tərəflər süd qardaşı olmamalıdır. Halbuki rəsmi nigahda bu xüsus araşdırılmadığı kimi, məmur tərəfindən də soruşulmur.

Müsəlman bir xanım qeyri-ı müslim bir kişilə evlənə bilməz. Halbuki qüvvədə olan qanunvericilikdə bu məsələyə diqqət edilmir, məmur soruşmağa ehtiyac duymadan nikah bağlayər.

Bu qəbahətlər mövcud deyilsə, yalnız rəsmi nikahla da halallıq mümkün olar. Onsuz da nikâhın şərti: iki şahid hüzurunda tərəflərin bir-birlərini ər-arvad olaraq qəbul etmələridir.

Ancaq bütün bunlarla birlikdə İslâmî ölçülər çərçivəsində nikâh əqdini ehmal edilməməli, etdirməlidir.

Mehmed Paksu (Ailəyə Özəl Fətvalar)

Kəbin Əqdi,Kəbin Əqdinin Əsasları, Mehr, Rəsmi və dini nikah.

Bir qızın ana və atanın razılığı olmadan bir kişi ilə nigah bağlaması doğrudurmu; bu nigahın etibarlılığı vardırmı? Rəsmi və dinî nikah mövzusunu açıqlaya bilərsinizmi?



03-09-2014 09:46:55