Dinimizdə bir qadının makiyaj etməsi, boya sürtməsi caizdirmi?



İslam Dini, bəzi şərtlər daxilində bəzənməyə və boyanmağa icazə vermişdir. Məlum olduğu kimi, müctəhid imamlar zamanında, dövrümüzdə istifadə edilən boya və makiyaj vəsaitlərinin çoxu yox idi. Ancaq buna bənzər xına və bəzi bitkilərin köklərindən ya da çiçəklərindən əldə edilən boyalar mövcud idi. O səbəblə göstərilən mövzuda etdikləri ictihad və təsbitlərdə daha çox ümumi hökmlər qoydular və yeni yeni çıxacaq bəzənmə vəsaitləri haqqında tətbiq olunacaq əsasları təsbit etdilər.
Qadın və ya kişi, bir-birlərinə (nikâhlısına) öz yuvaları içində daha gözəl görünə bilmək üçün bəzənə bilərlər, bunda bir qəbahət yoxdur. Amma başqa qadın və ya kişilərin diqqətini çəkmək üçün bunu edərlərsə kərahət vardır, hətta bu kərahət onların niyyət və davranışlarına görə haram da ola bilər.
Qadınların Bəzənməsi: Qadınlar, dəri üzərində bir təbəqə meydana gətirməyən boyalarla ərlərinə şirin görünmək üçün boyana bilərlər. Bu günkü təbir ilə həddindən artıq olmamaq şərtiylə makiyaj edə bilərlər. Küçəyə çıxarkən və özlərinə nikah düşən kişilərin görəcəkləri yerlərdə bu tip bəzənmələri tərk etmələri və təsəttürə (hicab) tabe olmaları lazımdır. Bunun əksini etmək caiz deyildir.
Dövrümüzdə qadınların dırnaqlarını uzadıb lak və buna bənzər boyaları sürtmələrinin iki problemi vardır: Biri, dırnaqları uzatmaq qəti şəkildə məkruhdur. Digəri, dırnaq üzərində bir təbəqə meydana gətirib dəstəmaz və qüslda suyun dəriyə nüfuz etməsinə əngəl olduğundan, qadının bu halda aldığı dəstəmaz və etdiyi qüsl səhih (doğru) olmaz. O halda qadınlara bu barədə tövsiyə edilən budur: Qadın anadır və ev xanımıdır. O ancaq həyat yoldaşına şirin və cazibədar görünmək üçün bəzənər. Dırnaqlarını boyamaz, çünki yemək bişirər, paltar yuyar, dəstəmaz alar və qüsl edər. Üzünü göstərilən məqsədlə, yəni əri üçün bəzəyər və təmizliyə maksimum dərəcədə riayət edərsə, savab qazanar. Kişinin də eyni təmizlik və cazibədarlıq içində hazırlanması bu mənada sünnədir.
Ayrıca qadınların saçlarını özlərinə nikah düşən kişilərə göstərməsi haramdır. Gözəl görünməsi üçün boyanıb bəzəməsi bu günahı daha çoxaldar. Müsəlman bir xanım əfəndi, qüsl almaq və namaz üçün dəstəmaz alması lazım olduğundan, boyanın suyu keçirməyəcək dərəcədə olması, dolayısilə qüsulun və namaz dəstəmazının olmaması mənasına gəlir. Elə isə yalnız həyat yoldaşına gözəl görünmək istisna olmaqla, digər bəzənmələri doğru deyildir. Həyat yoldaşı üçün bəzənmiş və boyanmışsa su keçirməyən cinsdən boyaların mütləq təmizlənib ondan sonra dəstəmaz alınması lazımdır. (bax. qaynaqlarıyla İslam Fiqhi, Cəlal Yıldırım, IV / 209-210)
Qadınlar üçün qaş almaq, qaşları yolmaq, ayaq və üzdəki tükləri aradan qaldırmaq, qaşların arasında və kənarlarında bitən tükləri almaq caizdirmi?
Düğüme özel
- Xanımların ətir sürtməsi caizdir?
- Qadının ərinə səcdə etməsi haqqında məlumat verərsiniz?
- Dinimizdə imam ehsani vermək varmi?
- "Cümə qüslü hər həddi büluğa çatana vacibdir. Misvaklanması, tapdığı halda qoxu sürtməsi də belədir." Bu hədisə görə sayılan şeyləri etmək vacibdir?
- Dəstəmaz aldıqdan sonra makiyaj edib namaz qılıram, bir qorxusu varmı? Ətir istifadə etdikdən sonra namaz qılınarmı?
Üzv olmaq istəyirsinizsə Bura basın.
Əgər üzv deyilsinizsə Bura basın.