Ana səhifə

Diş həkimiyəm, vaxtım olmur və iş yerində də şərait yoxdur deyə ,namazları vaxtında qıla bilmirəm.Nə etməliyəm?


YazdırSend to friend
Sual Detayı: 
Mən hər gün təkcə sübh namazını vaxtında qıla bilirəm.Qalan namazlarım qəzaya qalır,çünki diş həkimiyəm vaxtım olmur.Mən nə etməliyəm?Namazı atmaq da istəmirəm.Amma səhər çıxıb axşam gəlirəm.İş yerində də buna şərait yoxdur.
Cavab: 

Ola bilməz ki, çıxıb bir tərəfdə namazınızı qılmağa yer və şərait olmasın. Bu sadəcə bəhanədir. Namaz elə bir ibadətdir ki, heç bir sənət sahibinə onu tərk etmək icazəsi verilmir. Diş həkimi də həmçinin, bu elə bir sənət deyil ki, namaz qılmağa mane olsun. Sadəcə namazınıza qarşı laqeydsiniz o qədər. Allah bizləri əfv etsin və ibadətlərimizə lazımi diqqət ayıracaq qəlb əta etsin. Müvəffəq edən Allahdır.

Mövcud vəziyyətiniz namazlarınızı qılamağa heç bir halda üzr ola bilməz.

Bizlər bu dünyaya Allah`a ibadət etmək, yəni bütün varlığımız ixtiyarında olan Cənab-ı Haqq`ın əmrlərinə tabe olmaq üçün gəlmişik . Bu dünya axirətin tarlasıdır. Bizlər axirətimizi bu dünyada qazanacağıq. Yəni bu dünya sadəcə bir vasitədir, məqsəd deyildir. Və təbii olaraq bu dünyada yemək, geyim və ev kimi ehtiyaclarımız var. Bunlar da vasitədir. Yəni məqsəd yemək yemək, gözəl libaslar geyinmək və ən rahat evlərdə yaşamaq deyil. Bunlardan məqsəd də ibadət etməyimizə şərait qurmaqdır. Yemək İbadətə qüvvət qazanmaq üçün yeyelməli, libas məhrəm,ayıb yerlərimizi örtmək üçün geyinilməli, soyuqdan, istidən, təhlükələrdən qorunmaq, yatmaq, istirahət etmək üçün də münasib bir məskənə ehtiyacımız var.

Amma biz elə yaşayırıq ki, sanki sadəcə bu dünya üçün yaradılmışıq və ölməyəcəyik.

İş bizə bu ehtiyaclaırnızı qarşılayıb ibadətə, Allah`ın əmrlərinə tabe ola bilmək üçün lazımdır.Əgər o iş ibadətlərinizə əngəl olarsa, o sadəcə bu dünyada qalacaq və əzab səbəbi olacaq.

Əgər deyilsə ki, “bəs necə dolanaq, çörək pulumuzu necə qazanaq?”. Ruzini verən Rəzzaq olan Allah Təala`dır. İbadətlərimizi çörək pulu qazanmaq adıyla tərk etmək və ya axsatmaq o mənaya gəlir ki, haşa ruzini verən Allah deyil, mən özüm qazanıram. Biz ruzi verənin əmrini tərk etməklə ruzi qazanmaq istəyirik.

İşə görə ibadətləri etməmək o mənaya gəlir ki, sanki bu dünyaya məhz bu iş üçün gəlmişik. O dünya ki, millimetrdən də incə ölşüdə nizamla,hikmətlə hərəkət etməkdədir. Yaxşı düşünək, belə bir ağılları heyrətdə buraxan nizam-intizam və hikmət bizim bu dünyada sadəcə adi bir işlə məşğul olmağımız üçünmü  yaradılıb?

Namaz qılmağı tərk etdim; təkrar necə başlaya bilərəm? Namazlarımı axsatmadan qılmağım üçün nələr tövsiyə edərsiniz?




13-06-2015 03:36:34

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz