Ana səhifə

On dörd yaşlı oğlana oruc fərzdir ? Həddi buluğ yaşı neçə yaşdan başlanır ?


YazdırSend to friend
Sual Detayı: 
14 yaşlı oğlan öz istəyi ilə Oruc tutmaya bilər? Fərzdir o yaşda?
Cavab: 

Salam aleykum.

On dörd yaşlı oğlana oruc fərzdir.

Həddi buluğ çağının başlanğıcı, qızlarda doqquz: oğlanlarda on iki yaşın sonudur. Son sərhədi isə soyuq iqlim və ya anormal hallarda kişilərdə on səkkiz; qızlarda da on yeddi yaşdır. Artıq kişi on səkkiz, qız da on yeddi yaşına gəlincə buluğa çatmış sayılırlar. Ancaq qız və ya kişi, büluğa çatmadan sərhədinin son yaşlarına gəlmədən, yuxuda və ya oyanıqkən ihtilam olurlar, məniləri gəlir və ya qadın və kişi evlənmələri halında biri hamilə qalmağa, digəri də hamilə buraxmağa uyğun hala gəlirlərsə, artıq buluğa çatmış sayılırlar. (Məcəllə, mad. 985)

Yuxarıda saydığımız büluğa çatma sifətləri ümumiyyətlə qızlarda doqquz, kişilərdə on iki yaşlarında meydana gəlir. Iqlimin isti olduğu bölgələrdə yetişmə daha erkən olacağından, bu xüsusiyyətlər daha erkən yaşlarda da görülə bilər. Bu xüsusiyyətlərin görüldüyü andan etibarən də İslâmî məsuliyyətlər başlayır. Bu yaşa gəlməyənlərə İslâmî məsuliyyət yüklənməmişdir. (Təcrid-i Sarih, I, 80).

İmam Əbu Yusufİmam Muhamməd`ə görə, gərək kişi, və gərək qızlar üçün həddi buluğ yaşının son həddi on beş yaşdır. (Məcəllə, mad. 987) Hənəfi məzhəbində fətva da buna görə verilmişdir. Şafii və Hənbəli məzhəbində həddi buluğ yaşının son həddi on beş, Maliki məzhəbində on səkkiz yaş olaraq təyin olunmuşdur.

Həddi buluğ yaşının son sərhəddinə gəlmədən əvvəl qız və kişidə meydana gələn ihtilam olma, məni gəlmə və aybaşı olma halları, büluğa çatmanın əlamətləridir. Həddi buluğ çağına çatan qız və kişi qüsl, dəstəmaz, namaz, oruc, maliyyə imkanları uyğun isə həcc * və zəkat *, kişilər üçün cümə * və bayram namazları * kimi öhdəçilikləri, öz malından istifadə haqqı və digər dini məsuliyyətləri yerinə yetirmək məcburiyyətindədirlər. Bu yaşa gələn uşaqlar, valideynlərinin və böyük qardaşlarının soyunma otaqlarına girə bilməzlər, eyni cinsdən qardaşlar bir yataqda yata bilməzlər, ayrı cinsdən nikâhlanmaları qadağan olmayan kəslərlə tək başlarına qala bilməzlər. Hz. Peyğəmbər (s.a.s.):

"Uşaqlarınız yeddi yaşına gəlincə onlara namazı əmr edin, on yaşına gəldikləri halda qılmazlarsa-incitməyəcək şəkildə-tərbiyə edin." (Əbu Davud, Salat; 26) buyurmuşdur.

Həddi buluğ yaşının başlanğıcına gəldiyi halda hələ yetkin olmayan şəxsə həqiqətən ya hökmen yetkin olana qədər kişi isə "mürahik *", qız isə "mürahika" deyilir. (Məcəllə, mad. 986).



09-07-2014 03:03:32

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz