Ana səhifə

Dua edərken əlləri açıb göyə baxmaq yanlış bir şeydirmi?


YazdırSend to friend
Sual Detayı: 
Salam,dua ederken elleri acib goye baxmaq yanliş bir şeydirmi?
Cavab: 

   Və aleykum Salam.

      Dua edərkən başı yuxarı qaldırmaq doğru deyil. Allah subhanəhu və təala məkandan münəzzəhdir.Allah yerdə və göydə axtarılmaz, O hər yerdədir. Çünki Allahın olmadığı heç bir yer yoxdur. O`na bir məkan və yer isnad etmək söz mövzusu ola bilməz. Belə bir şeyin olması da mümkün deyil. Məkan və yer, maddi bir varlıq üçün söz mövzusudur. Məkanı və maddəni yaradan və bir adı da Nur olan Allah haqqında belə bir şeyin düşünülməsi mümkün deyil. Qaldı ki, varlıqlar içində belə, məkanla məhdud olmayanlar çoxdur. Bunun ən yaxın örnəyi öz ruhumuzdur. 

       Orqanlarımızın yerləri, məkanları vardır. Bunun üçün də, "Mədəmiz haradadır?" və ya "Böyrəyimiz haradadır?" kimi suallar soruşula bilər. Lakin ruhumuz və duyğularımız haqqında bu tip suallar soruşula bilməz. Məsələn, "Ruhumuz haradadır; ağılımız harada oturar; sevginin, qorxunun məkanları haralardır?" şəklində suallar soruşulmaz. Çünki cavabı yoxdur.
İnsan, maddi olan və məkanla bağlı olan bədənini ölçü almaq yerinə, məkandan bir dərəcə müstəqil olan, ruhlar aləmini, mələkləri və yer çəkimi, suyun qaldırması kimi təbiətdə var olan qanunları düşünəcək olsa belə bir suala lüzum qalmayacaq.
       Belə düşünə bilərik:Bir insan şimal qütbündə ,digəri də cənub qütbündə əllərini göyə açıb,üzlərini səmaya çevirib dua edirlər.Planetimiz kürə formasında olduğundan əslində onlar tam əks istiqqamətə üzlərini çeviriblər.Bunun kimi də kainatımızda dua edən bütün canlalar əslində eyni yerə yönəlmirlər.Deməli biz Rəbbimizə dua edərkən göylərə yox, özümüzə,içimizə yönəlməliyik.Çünkü Cənab-ı Haqq belə buyurur:

"And olsun ki, insanı Biz yaratdıq, və nəfsinin ona nə vəsvəsə etdiyini bilirik.Biz ona şah damarından daha yaxınıq! Çünkü, iki mələk sağında və solunda oturub (əməllərini) yazır!  Dediyi hər söz üçün onun yanında hazır durub gözləyən (iki mələk vardır)! "  Qaf surəsi,16

 

      Digər bir qudsi hədisdə :

"Mən yerlərə və göylərə sığmadım, ancaq mömin qulumun qəlbinə sığdım."

      Bunun mənası: Möminin qəlbi, iman şüuruyla əldə etdiyi marifetullah / Allah`ı ad və sifətləriylə tanıması, Onun muhabbetiyle dolub daşıması və bu yönü ilə, Allahın zikrini həmişə içində daşıması deməkdir.

  Allah bizə şah damarımızdan daha yaxın olduğuna görə Ona yaxınlaşmağı necə anlamağımız lazımdır?

      Sualda keçən "yaxın" və "yaxınlaşma" ifadələrinin məsafə və məkânla bir əlaqəsi yoxdur. Allah’ın quluna yaxın olması, onun hər cür ehtiyaclarını şəxsən görməsi, bütün hüceyrələrində hər cür işi qüdrət və elmiylə etməsi, ona öz nəfsindən daha mərhəmətli olması kimi mənalar daşıyır. Qulun Allah’a yaxınlaşması isə onun razı olduğu bir qul olma vadisində atdığı addımlarla əlaqəlidir. İmanındakı inkişaf, elmindəki tərəqqi, əməlindəki ixlas onu Allaha yaxınlaşdıran vasitələrdir.

    Uzaq, yaxın, keçmiş, gələcək kimi ifadələr zaman və məkânla əlaqədardır. Maddi olan və bir məkânda yer tutan varlıqlar bir-birlərinə görə yaxında və ya uzaqda olarlar. Maddədən və məkândan münəzzəh olan Allah, məkânın hər yerindəki məxluqatına onların nəfslərindən daha yaxındır. Həmçinin, zamandan münəzzəh olan Allah, zaman çayında axıtdığı hər bir varlığa onun nəfsindən daha yaxındır.

      Allah’ın, məxluqatına yaxınlığı və məxluqatın ondan uzaqlığı zaman və məkân ölçüləriylə izah edilə bilməz.

Bir misal: Siz oxuduğunuz kitaba ondan daha yaxınsınız; o özündə nələrin yazıldığını bilməz, siz bilərsiniz... Və kitab sizdən çox uzaqdır, yəni sizi anlamanın, tanımanın, seyr etmənin çox gerilərindədir.                                        Kitabın ilk səhifəsindəki bir söz ikinci səhifədəkinə yaxındır, onuncu səhifədəkinə isə uzaqdır. Amma onları yazan və bilən müəllif, bunların hamısına eyni dərəcədə, eyni səviyyədə və eyni ölçüdə yaxındır. Hamısı, onun elmində birlikdə mövcuddur.

       Yaxınlıq və uzaqlığın bir başqa cəhətini bizə dərs verən bir hədis-i qutsi: "Qulum mənə nafilələrlə yaxınlaşar..." Yaxınlaşmanın mənəvi olduğunu, qəlbi və ruhi olduğunu bu qutsi hədis dərs verir bizə... Nafilə; fərz və vacibləri işlədikdən sonra qulun rəbbinə daha çox yaxınlaşmaq, qəlbini ülvi feyizlere daha çox açmaq və ömürünü razılıq yolunda daha məhsuldar xərcləmək niyyətiylə etdiyi ibadətlər, təfəkkürlər, sığınma və şükrlərdir.Belə bir qul, Rəbbinə yaxınlaşma mövzusunda hər gün bir az daha məsafə qat edər... Qət etdiyi bu məsafələr də mənəvidir, rəbbinə yaxınlaşması da...

      Böyük bir alim düşünək. Bu şəxsin şagirdlərinin hamısı eyni məkânda olsunlar və sıra ilə ondan dərs alsınlar. Elmə hələ təzə başlamış bir tələbə, onun hüzurunda oturub dərsini aldığı zaman, o yaxınlıq içində bir uzaqlıq vardır. Çünki o gənc adam, o böyük imamı, o dahi alimi anlamanın çox ötelerindedir. Elmi irəlilədikcə müəlliminə daha çox yaxınlaşacaq və ona olan hörməti, təqdiri, heyrəti getdikcə artacaq...

    Təhsilinin hər mərhələsində, müəllimi o tələbəyə yaxındır, onu yetişdirməkdə, irəlilətməkdədir... Burada uzaqlıq müəllim üçün deyil, tələbə üçün söz mövzusudur. Kamil bir vəliyə mürid olmuş nöqsanlı bir insan da elədir... Mənən tərəqqi etdikcə onun(mürşidinin) ruh dünyasından, könül aləmindən daha çox istifadə edəcək. O böyük vəli isə, o müridini mənəvi tərəqqisinin hər pilləsində izləməklə ona daim yaxındır. Uzaqlıq mürşid üçün deyil, mürid üçündür.

    Uca Allah sonsuz ucalıqdadır, lakin hər şeyə yaxındır. Digər bir deyimlə, hər şey O`ndan sonsuz dərəcədə uzaqdır, lakin O hər şeyə hər şeydən daha yaxındır.

     Bir başqa nümunə: Rütbəsiz bir ər, bir generala rütbə baxımından çox uzaqdır. Çünki arada onbaşılıqdan kapitanlığa və polkovnikliyə çatana qədər bir xeyli rütbələr vardır. Lakin general əmrində işlətməsiylə bu əsgərə yaxındır, çünki onun komandiridir.

    Məsələn, günəş bizə bir göy cisimi olaraq 150 milyon kilometr qədər uzaqdadır, lakin biz əlimizdəki aynanı günəşə tutunca günəş ovucumuzun içinə girər. Demək ki, biz günəşə məsafə olaraq çox uzağıq; lakin o işığıyla, istiliyiylə, göndərdiyi rəng çalarları ilə  bizə çox yaxındır.

Bunun kimi, biz Allaha çox uzağıq, amma Allah bizə rəhmətiylə, nemətiylə, nuruyla, bərəkətiylə çox yaxındır.

      Misallardan həqiqətə keçək: Allah, qulunun maddə və məna aləmini daim tərbiyə etməklə, o quluna onun nəfsindən daha yaxındır. Qul isə ancaq müəyyən sərhədlər arasında iş görə bilən nöqsan sifətləriylə, bütün sifətləri sonsuz olan Allah’ı haqqıyla anlamaqdan çox uzaq.

      Buxarinin rəvayət etdiyi bir hədis-i şərifdə, namaz qılarkən də göyə baxmaq qadağan edilmişdir. (əl-Envar).Burdan yola çıxaraq deyə bilərik ki,Namazın olmazsa-olmazı,çəkirdəyi Fatiha surəsidir.Fatiha surəsi də duadır.Deməli namaz da bir növ Duadır.Demək dua edərkən göyə baxmaq olmaz.



04-04-2014 02:23:50

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz