Ana səhifə

Dua hansı dildə oxunmalıdır?


YazdırSend to friend
Sual Detayı: 
Bəzi xüsusi dualar var ki, məsələn- İstixarə duası, azan duası, qurban kəsilərkən oxunan dua və yaxud da ki, təsbeh namazı daxilindəki təsbeh duası və s. Bu dualar ayrı-ayrı məzhəblər bir yana eyni məzəb daxilində müxtəlif cür qeyd olunur,bəzən 1-2 cümlə artıq və ya az,yaxud da ki,bəzi sözlər fərqli olur. Bu zaman nəyi əsas götürmək lazımdır?
Cavab: 

Namaz içndə xaric olmaqla bütün duaları öz dilinizdə deməkdə fayda vardır, çünki Zatən bütün dilləri Allah yaratmışdır, sadəcə Ərəb dilində bilir demək lə (haşa) böyük yanlış olardı. Öz dilinizdə demənin faydası budur ki, Ərəb dilini yaxşı bilməyən şəxslər həm sözlərin oxunuşunu səhv deyirlər həmdə mənasını başa düşmədən dediklərinə görə çox səmimi olabilmirlər.

Buna görədə siz duaların tərcümələrini oxuyun və öz sözlərinizlə səmimi şəkildə deyin. Ən təsrli dua bu cür olmalıdır.

Namaz içi xaric ona görədir ki, Namazda salam vermədən öz dilində oxumaq olmaz, sadəcə ərəbcə olmalıdır. Amma salam verəndən sonra namaz bittikdən sonra öz dilinizdə istədiyiniz şəkildə dua edəbilərsiniz. Duada sərhəd yoxdur. Əsasən Peyğəmbərimizin (səv) elədiyi duaların tərcümələrini oxuyub o formada edərsəniz vəya Quranda son surələrin tərcümələrini oxuyaraq o cür edərsəniz daha yaxşı olar.

Dualarda sözlərin fərqli olması isə istifadə olunan ədəbiyyatda fərqli yazılmalardan qaynaqlanır, Məsələn "Ala Muhamməd" bəzən Ala Seyyidina Muhammed" yazılır, bu o qədər də önəmli deyil, sizə necə uyğunsa elə deyəbilərsiniz. Dualar Quran ayələri kimi deyil ki, olduğu kimi deyilə, o zamanlarda hərkəs özünə uyğun yazdığına görədə bəzi fərqlər olabilər.



10-09-2011 05:13:18

Düğüme özel