Dua hansı dildə oxunmalıdır?


Namaz içndə xaric olmaqla bütün duaları öz dilinizdə deməkdə fayda vardır, çünki Zatən bütün dilləri Allah yaratmışdır, sadəcə Ərəb dilində bilir demək lə (haşa) böyük yanlış olardı. Öz dilinizdə demənin faydası budur ki, Ərəb dilini yaxşı bilməyən şəxslər həm sözlərin oxunuşunu səhv deyirlər həmdə mənasını başa düşmədən dediklərinə görə çox səmimi olabilmirlər.
Buna görədə siz duaların tərcümələrini oxuyun və öz sözlərinizlə səmimi şəkildə deyin. Ən təsrli dua bu cür olmalıdır.
Namaz içi xaric ona görədir ki, Namazda salam vermədən öz dilində oxumaq olmaz, sadəcə ərəbcə olmalıdır. Amma salam verəndən sonra namaz bittikdən sonra öz dilinizdə istədiyiniz şəkildə dua edəbilərsiniz. Duada sərhəd yoxdur. Əsasən Peyğəmbərimizin (səv) elədiyi duaların tərcümələrini oxuyub o formada edərsəniz vəya Quranda son surələrin tərcümələrini oxuyaraq o cür edərsəniz daha yaxşı olar.
Dualarda sözlərin fərqli olması isə istifadə olunan ədəbiyyatda fərqli yazılmalardan qaynaqlanır, Məsələn "Ala Muhamməd" bəzən Ala Seyyidina Muhammed" yazılır, bu o qədər də önəmli deyil, sizə necə uyğunsa elə deyəbilərsiniz. Dualar Quran ayələri kimi deyil ki, olduğu kimi deyilə, o zamanlarda hərkəs özünə uyğun yazdığına görədə bəzi fərqlər olabilər.
Düğüme özel
- İki səcdə arasında dua edilərmi, edilərsə ana ataya da dua edilə bilər mi? Namazda ərəbcədən başqa dildə dua etmək olarmı?
- Hansı məzhəbə uyğun gəlsəm daha yaxşı olar, hansı daha üstündür?
- Hansı İftar duaları vardır?
- Muhərrəm ayında hansı gün oruc tutmalıyıq?
- Hansı firqəyə tabe olmaq lazımdır?
Üzv olmaq istəyirsinizsə Bura basın.
Əgər üzv deyilsinizsə Bura basın.