Ana səhifə

Dua ilə evlənəcəyim adamı dəyişdirə bilərəm?


YazdırSend to friend
Sual Detayı: 
Dua ilə evlənəcəyim adamı dəyişdirə bilərəm?
Cavab: 

İnsan taleyini bilmədiyinə görə mübah və qanuni olan hər şeyi istər. Bu istəyi istər taleyində olsun, istəsə olmasın. Bizi bizdən daha yaxşı bilən, bizi bizdən daha çox düşünən, taleyimizi, keçmişimizi, gələcəyimizi bilən, bizim üçün xeyirli olanı bizdən daha gözəl təqdir edən Cənabı Haqq, arzu etdiyimiz, dualarımızı istədiyimiz tələblərimizin ən yaxşısı, ən gözəli, ən faydalısıyla verəcək. Biz xəstəyik, möhtacıq, bizi yoxdan var edən Uca Allah xəstənin dərdini bilən həkim kimi bizim istək və arzularımızı ehtiyacımıza görə verər. Bəzən zənginlik istəyənimiz olar, Cənabı Haqq onun varlıq səbəbiylə azacağını bildiyi üçün verməz, lakin ona möhkəm bir iman, ailəvi bir dinclik, sağlam bir bədən verər; bir çox müsibət və bəlalardan mühafizə edər. Demək ki, duaya cavab verilmiş, lakin ən layiqi lütf edilmişdir.

 

Dua taleyi necə dəyişdirər? Bu barədə Sevimli Peyğəmbərimiz (s.ə.s.) belə buyurmuşdur:

"Taleyi ancaq dua geri çevirər. Ömürü ancaq yaxşılıqlar artırar. Adam ancaq işləmiş olduğu günah səbəbiylə ruzidən məhrum qalar."

 

Duanın taleyi dəyişdirməsi, digər bir ifadə ilə çevirməsi belə açıqlanmaqdadır:

Burada dəyişən tale deyil, qəzadır. Tale bir şey haqqında verilən qərar, qəza da o şeyin tətbiq olunmasıdır. Yəni bir insan içdən, səmimi olaraq bir dua edər, Cənabı Haqq mükafat olaraq o kimsənin başına gələ biləcək bir bəlanı qaldırar. Burada dəyişən tale deyil, taleyin tətbiqdən geri çevrilməsidir.

 

Məsələni sizin sualınıza gətirəcək olsaq bunlar deyilə bilər: Deyək ki, nişanlınızın dini həyatında bəzi səhvlər və əskikliklər var. Namaz qılmır, içki içir, qumar oynayır, evinə yuvasına səhlənkar davranırsa; onun bu mənəvi müsibətdən xilas olması üçün dua edərsiniz; inşaallah ixlaslı duanız onu bu haldan qurtarar. Bu vaxt hərəkəti dua dediyimiz, şəxsən maraqlanma, danışma, dilinizin döndüyü qədəriylə izah etməyi də laqeyd yanaşmazsınız. Bu vaxt izah etdiklərinizi, onda görmək istədiklərinizi də özünüz şəxsən tətbiq edər, yaşayarsınız; halınızla, davranışlarınızla ona nümunə olarsınız. Qibtə ediləcək, təqlid ediləcək bir rəftar sərgilərsiniz

 

 

Məmməd Paksu

Ailəyə Xüsusi Fətvalar

Evlilik və Qədər



04-01-2010 08:41:30

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz