Ana səhifə

Duada əllərin aşağıya çevrilməsi.


YazdırSend to friend
Sual Detayı: 
Duada əllərin aşağıya çevrilməsi haqqında ətraflı məlumat verməyinizi xahiş edirik.
Cavab: 

Dua əsnasında əllər (duanın səması sayılan) yuxarıya açıq olaraq (ayrı) şəkildə tutular. İki əlin ovuc içi tərəzinin iki gözü kimi müvazinətli şəkildə sinə xəttində, səmadan gələcək İlahi Rəhməti açıq gözləyər. Ancaq, bəzi zamanlarda bu iki əlin yan-yana birləşib, bitişik şəkildə tutulması da sünnəyə zidd deyil. Rəsul-u Əkrəm Aleyhissalatu Vəssalam Əfəndimiz hər iki halda da dua etmişdir. Lakin çox vaxt əllərini ayrı şəkildə tutduğu aydın olmaqdadır. Necə ki Şafi məzhəbində duanın qorxu mənasını verən cümlələrində əllərin içinin yerə çevrilib aşağıya tutulduğu kimi. Hənəfidə isə ovuc içinin aşağıya çevrilməsi yalnız yağış duasında məşru edilmiş, digərlərinə şamil olmamışdır. Şafilərin dua edərkən müsibətdən çəkinmək üçün əllərini aşağıya çevirmələri bəzi hədislərə əsaslanmaqdadır ki, bu sünnədir. Bu hədislərdən biri belədir:

"Peyğəmbər Əfəndimiz Əleyhissalatu vəssalam, Allah`dan bir şeyin olmasını istədiyi zaman əllərinin içini yuxarıya çevirərdi. Ancaq bir şeydən çəkinəcəyi zaman isə əllərinin içini aşağıya çevirərdi." (Bu mövzuyla əlaqədar Hədislər üçün baxın: Müsned, Əhməd b. Hənbəl 4/56; Mecmau'z- zevaid, 10/168; Cemu'l-fevaid, 2/618; əl-Fethu'l-kebir, 2/357; )

Bu səbəblə əllərini dua edərkən aşağıya çevirənlər bu hədislərə görə əməl etmişdir. Hənəfilər isə bu mövzuda şafiləri təqlid etmiş olur.



27-11-2010 07:42:50

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz