Ana səhifə

Eraf suresi 40 aye tefsiri?


YazdırSend to friend
Sual Detayı: 
Salam Aleykum...Eraf suresin 40 ayesinde Cenabi Haqq buyurur:"Ayelerimizi yalan hesab edenlere ve ona tekebburle yana$anlarin,emelleri,dualari ve ruhlari semaya qalxmaz...Bu ayede qeyd olunan ruhun semaya qalxmamagini men tam anlamaq isterdim.Eger ruh semaya qalxmiyacaqsa hemin ruhlar harda qerarlawacaq..? SALAM VE DUAILE.
Cavab: 

 Və aleykum Salam.

     Bilindiyi üzrə, kafir olaraq ölən ruhlar, cəhənnəm çuxurlarından bir çuxura gedəcək. Haşirdəki hesabdan sonra da cəhənnəmə girəcək. 

    Allah`ın âyələrini yalan və əsassız saymaq surətiylə ülûhiyyət, tövhid, nü­büvvət, âxirət kimi təməl dinî təlimləri inkâr edənlər üçün "göyün qapıları açılma­yacaktır". Fahrəddin ər-Râzî âyənin bu ifadəsiylə əlaqədar olabiləcək mənaları bu şəkildə sıralamaqdadır: 
 

1. Onların əməlləri, duaları və itaət cinsindən digər fəaliyyət­ləri qəbul edilməz.
2. Göylər, möminlərin ruhlarına açılarkən onların ruhlarına açılmaz. 
3. Onların göyə yüksəlmələrinə və cənnətə girmələrinə İcazə verilməz. 
4. Onlara bərəkət və xeyr enməz.

    Râzî'nin düşüncəsinə görə âyə buna dəlâlət edir: Ruhlar, ya göydən üzər­lərinə müxtəlif xeyrlər endirilmək ya da əməlləri göylərə yüksəldilmək surətiylə məmnun olarlar. Bu da göylərin, ruhlar üçün sevinc və xoşbəxtlik yeri olduğunu, xeyr və bərəkətlərin göylərdən endiyini, ruhların da göylərə yüksələrək xoşbəxtliklərin ən mükəmməlinə çatıb qurtuluşa ərəcəklərini  göstərər. 

    Bu halda "Onlara göyün ka­pıları açılmayacaq" ifadəsi, xəbərdarlıq və təhdidlərin ən əhəmiyyətlisini meydana gətirməkdədir. Də­vənin iynə dəliyindən keçməsi necə qeyri-mümkün isə inkarçılara göyün qapılarının açılması və cənnətə çatmaları da eləcə qeyri-mümkündür. 

    Fərqli bir oxunuşa görə mə­alində "dəvə" anlamı verilən kəlimə "urgan" mənasına gəldiyindən bu mənanı əsas alan təfsirçilərə görə tərcüməsi, "urgan iynə dəliyindən keçənə qədər..." şək­lindədir.

    Eyni təfsirçinin verdiyi məlumatlara görə tənasüh (reinkarnasiya) inancını müdafiyə edənlər bu ayəni görüşlərinə dəlil göstərmişlər. Onlara görə âsi ruhlar, bədənin ölümündən sonra bədəndən bədənə keçərək əzab görməyə da­vam edərlər; nəhayət dəvə kimi iri bir bədəndə həyat sürdükdən sonra iynə dəliyin­dən keçə biləcək kiçiklikdəki bir canlının bədəninə girərlər və o zaman bütün gü­nahlarından təmizlənmiş olaraq cənnətə qovuşar, xoşbəxtliyə çatarlar. Ancaq, tənasüh batil bir inanc olduğu kimi bu görüş də əsassızdır (Razi, Məfatih, əlaqədar ayənin təfsiri)

    Qur`an dilində səmâ sözü bilinən mənası yanında, yüksək âləmlərin ta­mamını əhatə edəcək bir genişlikdə də istifadə edilər. Bu âləmlərin müxtəlif mərtəbələri olub mələklər, saleh (yaxşı və faydalı) ruhlar orada olarlar; vəhy səmadan gəlir. Ərz âlə­minə fışqıran cismanî  və ruhanî  xeyr və bərəkətlərin, müsibət və şərlərin qayna­ğı o âləmlərdədir. ( qrş. Bəqərə 2/59; A'râf 7/96; İsrâ 17/95; Zâriyât 51/23; ayrıca bax. Bəqərə 2/29)

    "Onlara göyün qapıları açılmayacaq" cümləsi, bütün ilâhî  və saf xeyrlərdən məhrumiyyəti dilə gətirən əhatəli bir ifadədir. (Qur`an Yolu, əlaqədar ayənin təfsiri)

 

Ə'raf Surəsi 40. ayədə keçən, "… dəvə (və ya kəndir) iynə dəliyindən keçənə qədər onlar cənnətə girə bilməyəcəklər." ifadəsi nə deməkdir?



27-04-2014 07:39:04