Ana səhifə

Eşlərin cinsi vəzifədən qaçınması günah mıdır? Kişi və ya qadın xəstə ikən yoldaşının cinsi istəyinə xeyr deyə bilərmi?


YazdırSend to friend
Sual Detayı: 
Salam qadin istedidikde kisi ona yaxin gelemdikde qadini iteledikde kisiye gunah sayilirmi?
Cavab: 

Va aleykumussalam va rahmətullah.

Qadın halal bir istəkdə olduğu zaman, ərinin onu itələməyə və məzəmmət etməyə haqqı yoxdur. Qul haqqına girmiş olar.

Ayrıca, kişinin bir işi və ya başqa bir bəhanəsi yoxdursa, qadının halal istəyinə xeyr deyə bilməz.

1. Zülm etmək sadəcə döymək demək deyildir. Evlilikdə əsl zülm, cinsi iqtidarı olmayan birinin evlənməsi və ya yoldaşını cinsi yöndən təmin (razı, qane) etməməsidir. Belə birinin evlənməsi caiz olmaz.

2. İslam'dan öncəki Ərəblərin qadına, qız uşağına, soyca aşağı saydıqlarına, qəriblərə, kölələrə, .. qarşı haqsız, sərt, insafsız, ölçüsüz davranışları var idi. İslam bunları qadağan etdi, Peyğəmbərimiz (s.ə.s.) də yeni topluluğun "sevgi, sülh, mərhəmət və həmrəylik" dini olan İslam'ı, mənimsəyərək yaşamaları və gələcək nəsillərə ötürmələri üçün bir ömür boyu gecə gündüz çalışdı, səy göstərdi. Buna baxmayaraq əvvəlki pis xasiyyətləri və vərdişlərinə dönənlər olurdu və Peyğəmbərimiz (s.ə.s.) onlara "Səndə hələ də İslam öncəsi mədəniyyətin izləri var." deyə xəbərdarlıq edərdi.

Qadınlar ilə kişilər arasında bir çox baxımdan fərqliliklər olsa da "insan olmaq" baxımından fərqləri yoxdur. Hansı cinsə mənsub olurlarsa olsunlar, insanlar gərəkli məlumat və yetkinlik və kamillikdən məhrumdurlarsa, yoxsuldurlarsa zəifliklərinə (iradə) boyun əyərlər, ağıl, vicdan və dinin əmrləri xaricinə çıxarlar.

İslam'ın ilham etdiyi cəmiyyət düzənində ailə "olmazsa olmaz" bir tam sistemdir. Ailənin üzərinə yüklənən bir çox vəzifənin gerçəkləşməsi, ailədə nizamın olmasına bağlıdır. Bu nizam da "ailənin dolanışığını, güzəranını təmin etməklə məsul olan ərin ailə rəisliyi altında sevgi, şəfqət, həmrəylik, məsləhət və güvən" təməllərinə oturdulmuşdur.

Ailənin icazə istəyən üzvünə ailə rəisi icazə verməzsə üç vəziyyət ortaya çıxar: İcazəsiz getmək və etmək, icazə verməməklə haqlı olmasa belə dözüb sinəyə çəkmək, haqsızlığı aradan qaldırmaq üçün şəxsi cəhdi və ya yaxın çevrənin hakimliyi ilə həll axtarmaq.

İnsanların bir-birinə zərər verməmələri, əziyyət etməmələri, haqsız basqı tətbiq etməmələri mövzusunda bir çox ayə və hədis yanında yalnız buna diqqət verək:

"Müsəlman, digər müsəlmanların onun əlindən və dilindən əmin olduqları kimsədir." (Buxârî, İmân, 4; Riqaq, 26; Müslim, İmân, 65; Əbû Dâvud, Cihad, 3; Tirmizî, Qiyamə, 53, İmân, 13)

Daha özəl olaraq da, "cinsi təmasda qadının da duyğu və tətminin(razı, qane olmaq) nəzərə alınması, xoruz kimi çıxıb enmə edilməməsini" (bax. Suyutî, əl Camius-Sağir (Fəthu'I-Qadîr ilə) 6/323) buyuran hədisi xatırlayaq.

İndi bu ayənin və hədisin yanına "Ər istədiyində qadın gəlməzsə lanətlənər." (Buxârî, Nikâh 85; Müslim, Nikâh 120) tərcüməsindəki hədisi qoyaq və birlikdə dəyərləndirək: Bu hədislərdən bu nəticə çıxarıla bilərmi: "Qadın istəsin istəməsin, rahatsız olsun, əziyyət görsün görməsin, ərin dini və əxlaqi bir qüsurundan dolayı ona qarşı bir davranış tərzi qoymuş olsun olmasın, çağırınca qaçacaq, qaçmazsa lənətlənəcək! "

Əlbəttə belə bir nəticə çıxarıla bilməz. Lənətin bir səbəbi ola bilər ki, o da "ortada məşru bir bəhanə olmadığı halda qadının, bəzi istəklərini əldə etmək və ya şıltaqlıq üzündən cinsəlliyini istifadə etməsi" dir.

Bunları əhatə edən və aşan bir ayə tərcüməsi belədir:

"Qadınlara qarşı, ənənə və adətlərə uyğun davranın." (Nisâ, 4/19).

Burada ölçü olaraq verilən "ənənə və adətlər" Müsəlmanların yaşadığı fərqli zaman və məkanlarda münasibət qaydalarının da qismən dəyişə biləcəyini göstərir.

3. Ər arvadın cinsi vəzifədən qaçınmaları caiz deyildir.

Qadının cinsəlliyindən yararlanmak ərin haqqı olduğu kimi, kişinin cinsəlliyindən yararlanmaq da qadının haqqıdır. Qadın bu haqqa riayət etmədiyi təqdirdə günahkar olmuş olar. Cənab-ı Haqq buyurur:

Kişilərin qadınlar üzərində haqları olduğu kimi, qadınların da kişilər üzərində haqları vardır. Kişilərin qadınlar üzərində haqqları bir dərəcə daha çoxdur."  (Bəqərə, 2/228)

Bu ayədə bəhs edilən "bir dərəcə", cinsəllik mövzusunda deyildir. Cinsəllik mövzusunda kişi-qadın bərabərdir. Kişinin bir dərəcə daha haqlı olduğu mövzu onun qadını himayəsi, malını qoruması, onu idarə etməsi, ailənin yükünü çəkməsi baxımındandır.

Allah Rəsulu (s.ə.s.) buyurur:

"Əri yanında ikən onun icazəsini almadan bir qadının nafilə oruc tutması halal olmaz. Qadın, ərinin icazəsi olmadan, evinə kimsənin girməsinə icazə verə bilməz." (Buxârî, Nikâh 86; Müslim, Zəkat 84)

"Kişi cinsi əlaqədə arvadını çağırdığı zaman, arvadı ocaq başında yemək pişirsə belə ərinin dəvətinə cavab versin." (Tirmizi, Radâ` 10)

"Kişi arvadını yatağa çağırdığı zaman (bir üzrü olmadan) qadın gəlməkdən qaçınar, əri da bu səbəblə ondan incik olaraq yatarsa, mələklər səhərə qədər o qadına lənət edərlər." (Buxârî, Nikâh 85; Müslim, Nikâh 120)

"Sizə cənnətlik qadınları tanıdım mı? Onlar bir xəta etdikləri və ya ərləri tərəfindən bir haqsızlığa uğradıldıqları zaman ərlərinə qarşı: "Səni razı etmədikcə yatmayacaqam.” deyə ərlərinə düşkün qadınlardır." (Təfsir-i Kurtubi, III / 124)

Eyni şəkildə ərin cinsəlliyindən yararlanmak da qadının haqqıdır. Bu haqqını almasına yardımcı olmaq da ərinin vəzifəsidir. Ərin bu vəzifəsini etməməsi, onu təqsirkar və günahkar edər. (Təfsir-i Qurtubi, III / 124) Hətta ər cinsi vəzifəsini edə bilmədiyi zaman, qadın məhkəməyə müraciət edib boşana bilər. Bu haqq kişiyə də verilmişdir.

Peyğəmbərimiz (s.ə.s.), arvadını düşünmədən, işini bitirərək dərhal enən insanları xoruza, yəni heyvana bənzətmiş və sevişib oxşama olmadan cinsi əlaqəyə keçilməməsini tövsiyə etmişdir. (bax. Suyutî, əl Camius-Sağir (Fəthu'I-Qadîr ilə) VI / 323] Çünki kişi baxmaqla dərhal təhrik ola bilər, amma qadın cinsi əlaqəyə ancaq uzun bir oxşama müddətindən sonra hazır hala gələr. Yaxşı bir kişi, arvadını bu işə hazırlamağı bacara bilən və özü doyduğu kimi onu da doyurabilən kişidir.

Cinsi əlaqədə yalnız özünü düşünən kişilər, qarşısındakına zülm etdiklərini və işgəncə edərək zövq aldıqlarını unutmamalıdırlar.

Demək ki yoldaşlar arasında cinsi vəzifədən qaçınma yoxdur. Bu baxımdan tərəflərdən hər biri yoldaşına qarşı olan cinsi vəzifəsini yerinə yetirməlidir. Ancaq yoldaşlardan birinin məşru bir bəhanəsi varsa ya da bioloji və ya psixoloji olaraq hazır deyilsə, bu mövzuda yoldaşların anlayışlı olmaları lazımdır.

4. Uca Allah evli eşlərin ər-arvad həyatını məşru (qanuni) etmişdir. İslamî ədəb sərhədləri içində qalan eşlərin, öz aralarındakı cinsi həyatlarının ayıblanma və qınanma tərəfinin olmadığı da ifadə edilmişdir. (bax. Muminun, 23/6.) Ancaq xüsusilə qadını fiziki və ruh sağlamlığı baxımından qorumaq məqsədiylə, evli yoldaşların cinsi həyatına da bəzi məhdudiyyətlər gətirilmişdir.

Qadının, aybaşı və lohusluq günlərində, həccdə ehramlı olduğu müddətcə, bilvasitə boşama üsulları olan zıhar (Bir kimsənin arvadına "sən mənə anamın kürəyi kimisən" deyərək, onu özünə haram etməsi) və ya ila (Ərin yoldaşıyla cinsi təması and, əhd və ya bir şərtə bağlayaraq, müəyyən və ya naməlum bir müddət özünü bundan uzaqlaşdırması mənasında bir İslâm hüququ termini. And içərkən müddət təyin olunsa, bunun ən az dörd ay olması lazımlıdır.), vəziyyətində bunlara aid kəffarə cəzası yerinə gətirilincəyə qədər əri ilə cinsi əlaqədə olması caiz deyildir. Belə vəziyyətlərdə qadın yoldaşını rədd etməlidir.

Ayrıca xəstəlik, zəiflik və gücsüzlük kimi bir səbəblə cinsi əlaqəyə dözə bilməyən və buna görə istəməyən qadın da cinsi əlaqədən çəkinə bilər. Hətta belə bir vəziyyətdə qadınla cinsi əlaqəyə girmək ona zərər verəcəyindən kişi məsul olar. (İbn Âbidîn, əl-Ukûdü'd-dürriyyə I / 26.)

Qadının sağlamlıq, biyoloji, psixoloji kimi səbəblərdən dolayı yoldaşıyla cinsi əlaqədən çəkinmək haqqı vardır. Bu mövzularda yoldaşlar arasında anlaşılmazlıq çıxarsa, dindar və mütəxəssis bir həkimin verəcəyi qərara görə hərəkət etmələri lazımdır.

 

Kişinin əli və s. şeylərlə özünü təmin etməsi caiz olmadığı kimi, qadının da bu yolla təmin axtarışı caiz deyildir. Ancaq ər, arvadının əli ilə ya da bədəninin digər yerləri ilə təmin ola biləcəyi kimi, arvadını da buna yolla təmin edə bilər. (Səraxsi, Məbsut X / 159.) Bu baxımdan hər hansı bir səbəblə yoldaşıyla əlaqəyə girməyən kişi, həyat yoldaşının köməyiylə cinsi əlaqəyə girmədən təmin ola bilər.

Cinsi əlaqədə sərhədlər nələrdir?

Qadın ilə kişi birlikdə olarkən diqqət edilməsi lazım olan mövzular nələrdir? Qız dostlarla danışmanın bir eybi varmı? Qadın ilə kişi arasında caiz olmayan hallar nələrdir?

Hansı Qadınlarla İzdivac Haramdır?


 


25-06-2015 05:40:03

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz