Ana səhifə

Etdiyim ibadətləri başqalarına söyləmək caizdir?


YazdırSend to friend
Sual Detayı: 
Etdiyim ibadətləri başqalarına söyləmək caizdir?
Cavab: 

Bir ibadətin, başqa zamanlarda edilmədiyi halda, sırf başqasına nümayiş olsun deyə Allah rizasından uzaq, mənfəət üçün edilməsinə riya deyilir. İbadətlərini Allah rizası üçün edən adam riyaya girməz. Çünki dünyəvi bir mənfəət üçün etməməkdədir.

Əsrimizdə sünnələr unudulmağa başladığı üçün, bunların açıqdan edilməsi gizli edilməsindən daha xeyirlidir. Çünki bu ibadətlər unudulmağa başlamışdır. Bu cür unudulmağa başlayan sünnələri Müsəlmanlar arasında yaymaq üçün açıqdan edilməsində bir qorxu yoxdur.

Hər insan vicdani olaraq etdiyi ibadətə riya qarışdırıb qarışdırmadığını bilər. Tək bu mövzuda çox vəsvəsə etməmək lazımdır. Çünki şeytan insanı ibadətdən uzaqlaşdırmaq üçün vəsvəsə verərək etdiyi ibadətin riya olduğunu təlqin edər. Şeytanın vəsvəsəsinə qapılmamaq lazımdır. Yeri və zamanı gəldiyində bir ibadəti etdiyini ifadə etmək riyaya girməz. Məsələn, "Namaz qılır sanmı?" kimi bir suala qarşılıq etdiyimizi ifadə etmək riya deyil.

Riyanın hər növü əxlaqsızlıq olduğu halda, ibadətlərdə riyakar olmaq çox daha böyük bir əxlaqsızlıqdır. Rəsulullah Əfəndimiz (s.ə.v.);

"Şübhəsiz ki, sizin üçün ən çox qorxduğum şey, kiçik şirk, yəni riyadır. "(Tirmizi, Hüdud, 24)

buyurmuşdur. İbadət, Allah üçün edilər. Allahın razılığı xaricində bir məqsəd; nümayiş olaraq ibadət etmək, Allah rizasını ortadan qaldırar. Nümayiş üçün və bir mənfəət düşüncəsiylə Quran oxumaq, namaz qılmaq, oruc tutmaq, zəkat vermək, həccə getmək, sədəqə vermək, ibadətləri boşa çıxarar. Allah Təala belə buyurmuşdur:

"Ey iman gətirənlər! Sədəqələrinizi, özünü camaata göstərmək məqsədilə xərcləyən, Allaha və Axirət gününə inanmayan şəxs kimi minnət qoymaqla və əziyyət verməklə puç etməyin. Bunun məsəli üzərində torpaq olan hamar qayanın məsəlinə bənzəyir ki, şiddətli yağış yağıb onu çılpaq hala salmışdır. Onlar qazandıqlarından heç bir şeyə nail olmazlar. Allah kafir xalqı doğru yola yönəltməz."(Bəqərə, 264)

Bu halda, Allahın əmrini və razılığını düşünərək deyil də, dindar görünmək üçün ibadət etmək, alim və məlumatlı desinlər deyə elmlə məşğul olmaq, comərd tanınmaq üçün zəkat və sədəqə vermək, riyadır. Rəsulullah (s.ə.v.) belə buyurmuşdur:

"Hər kim bilinsin deyə bir iş işlərsə, Allah onun qiymətsizliyini eşitdirər. Hər kim nümayiş olsun deyə bir iş etsə, Allah da onun nümayiş etməsini və dəyərsizliyini ortaya çıxarar." (Müslim, Zühd, 38);

"Şübhəsiz riya şirkdir." (İbn Macə, Fiten, 16).

Dünyəvi mənfəət söz mövzusu olunca əməllər boşa çıxar. Yenə Rasulüllah (s.ə.s) belə buyurar:

"Nümayiş üçün oruc tutan, namaz qılan, sədəqə verən kimsə Allaha şirk qoşmuşdur." (ət-Tergib ver-Terhib, I, 32).

 

Hədisi Qüdsidə də Cənabı Allah belə buyurar:

"Mən ortaqların ortaqlığından ən müstağni olanıyam. Hər kim bir iş edər də, onda, məndən başqasını ortaq etsə onu da, o ortaqlığını da tərk edərəm." (Müslim, Zühd, 46).

 

Riya çox dəyişik şəkillərdə edilməklə birlikdə, bunlarda ortaq xüsusiyyət, dindarlıq və ya dürüstlük görünüşü altında, insanlar arasında çıxar təmin etmək, şan və şöhrətə çatmaq arzusudur. Sevmədikləri kəsləri sevirmiş kimi görünən, onlara yağ çəkən, tərifləyən və beləcə mənfəət təmin etməyə çalışan riyakarlara da bol bol rast gəlinər.

 

Allaha və insanlara qarşı səmimi davranaraq riyadan uzaq dayanmaq mümkün olduğu qədər ibadətləri gizli etmək, Allah rizasını insanların tərifi, istəyi, tənqidi, qorxusu və çıxar düşüncəsinə seçmək, Müsəlmanın prinsiplərindəndir.



14-03-2011 08:27:59

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz