Ana səhifə

Evdə it bəsləmək namaza mane olar?


YazdırSend to friend
Sual Detayı: 
Evdə it bəsləmək namaza mane olar? İçində it olan evə mələk niyə girməz?
Cavab: 

Hənəfilərə görə it paltara sürtünsə o paltarla namaz qılınar. Tək, itin ağız suyu və ya tüpürcəyi və tərsi nəcisdir.

 

"İçində it olan evə rəhmət mələklərinin girməyəcəyi, ev sahibindən hər gün bəzi savabların azalacağı, ancaq ov, sürü və gözətçilik kimi ehtiyaclar üçün it bəsləmənin caiz olduğu" kimi hədisi şəriflər vardır. Ayrıca tüpürcək və tükləri hər tərəfə bulaşacağından ibadətlərimizə və sağlamlığımıza zərər vermə ehtimalı da vardır. Bu səbəblə ehtiyac yoxsa evdə it saxlamaq doğru deyil. Ehtiyac yoxkən evdə it bəsləmək haram deyil lakin yüngül məkruhdur. Hüquq dilində buna "tənzihi məkruh" deyilər.

 

Ancaq bununla birlikdə it olan evdə yaşanar, qılınan namazlar və edilən ibadətlər də etibarlıdır. Yetər ki qıldığımız yer və ya səccadə təmiz olsun.

 

Rəsulu Əkrəm (s.ə.s.) belə buyurur: "Ov, tarla, bağça, sürü itləri müstəsna olmaq üzrə it bəsləyən kimsənin savabından hər gün bir miqdar azalar."( Buxari, Zebaih, 6; Müslim, Müsakat, 46,50,56-58)

 

İt olan evə mələk girmədiyini bildirən hədislər də göz qarşısında saxlanıldığında, qoruma və ovlanma kimi bir ehtiyac olmadan evlərdə it bəsləmək İslamda saxlamamağa çağırılmışdır. Çünki;

 

a) İt bəsləyəcək qədər imkanı olanların baxım və xərcləmələrinə yoxsul və kimsəsiz insanlar daha layiqdir.

 

b) Tibbin qəti şərhlərinə görə itlərdən insanlara keçən bir çox xəstəlik vardır.

 

c) İt yoldan gəlib keçəni, qonağı qorxudar, narahat edər. (Gündəlik Həyatımızda Halallar və Haramlar, Heyrəddin Karaman, İz Nəşriyyat)

 

İçində it olan evə mələklərin girməmələrinin səbəbi onların murdar iy vermələri, pislik yemələridir. Bundan ötəri gərəksiz yerə it əldə edən kimsə evinə mələk girməkdən məhrum buraxılmaq surətiylə cəzalandırılmışdır. (Nevevi, Şerhu'l-Müslim, Qahirə 1347-49/1929-30, XIV, 84; Eyni, Umdetü'l-Kari, Qahirə 1348, XV, 139).

 



07-01-2010 06:33:22

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz