Ana səhifə

Evlilik öncəsi.


YazdırSend to friend
Sual Detayı: 
Salamun aleykum. Mən bu yaxınlarda ailə qurmağa hazirlaşıram. Özümü islam qadını kimi nigaha hazır hiss edirəm. Sadəcə bir şey məni narahat edir. Biz nigaha qədər görüşə və bir-birimizlə yaxın təmasda ola bilərik ya yox? Bununla bağlı üzərimə düşən və Allahın razılığından uzaq düşməmək üçün nə etməliyam. Onuda qeyd edim ki ikimizdə dindarıq.
Cavab: 

Nigahınız olmadıqdan sonra nişanlı da olsanız qucaqlaşa bilməz, əlini tuta bilməz, öpə bilməzsiniz. Bu davranışlar haramdır. Bir insanı tanımaq üçün baş-başa qalmağa ehtiyac yoxdur. Evləndiyi halda bir-birini tanıya bilməyən insanlar varkən evlilik öncəsi özünü ən şirin şəkildə göstərməyə çalışan birini nə qədər tanıya bilərsiniz.

Evlənəcək tərəflərin bir-birini araşdırmasının sünnədəki digər bir şəkli də birbaşa bir-birlərini görmələridir. Bunda kişi evlənəcəyi qızın üz və bədən gözəlliyini öyrənər. Burada ancaq üzünə, əllərinə və boyuna baxa bilər. Üz gözəlliyə, əllər zərifliyə və xeyirə dəlalət edər. Boy da uzunluq və qısalığı haqqında qənaət verər.

Bu məsələdə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm`in şəxsən verdiyi icazə vardır.

Əbu Humeydin rəvayətinə görə Peyğəmbər Əfəndimiz (s.ə.s.) belə buyurmuşlar:

"Sizdən biriniz bir qadınla evlənmək istədiyində ona baxmasında bir qorxu yoxdur. Ancaq evlənmə niyyətiylə baxması caizdir. Bunu baxdığı qadın bilməsə də hökm dəyişməz." (Neylü'l-Əvtar, 6: 110.)

Hətta bu xüsusu Sevimli Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) təşviq etdiyini də görürük. Belə ki:

Muğire bin Şöbə bir qadınla evlənmək istəyirdi. Peyğəmbərimiz (s.ə.s.), ona, "Get, onu gör. Çünki görmək, aranızda ahəng olması baxımından daha yaxşıdır." (Nəsəi, Nigah: 17)

Bir başqa hədis-i şərifdə də Peyğəmbərimiz aleyhissalatu vəssalam`ın necə yol göstərdiyini öyrənirik:

"Sizdən biriniz bir qadınla evlənmək istədiyi zaman onunla evlənməsini təşviq edici xüsusiyyətlərinə baxa bilərsə baxsın." (Hakim, əl-Müstədrək, 2: 165.)

Bu hədisi şəriflər baxmanın lazımlılığını, faydasını və hikmətlərini izah edir. Baxma və görüşmə əsnasında bəzi məhdudlaşdırmalar da vardır. Birincisi görüşmə yeri ilə əlaqəlidir. Bu məsələyə bu hədisi şərif işıq tutur:

"Sizdən kim Allaha və axirət gününə inanırsa, yanında məhrəmi olmayan bir qadınla baş-başa qalmasın. Çünki bunu etsə üçüncüləri şeytan olacaq." (Buxari, Nigah: 111.)

Bunun üçün evlənmək düşüncəsiylə görüşəcək olan tərəflərin yanında mütləq üçüncü bir şəxs hazır olmalıdır. Əks halda "xəlvət" olaraq təbir edilən "baş-başa tək qalma" olar ki, bu caiz deyil. Bu görüşmənin içinə danışma, söhbət etmə, tərəflərin bir-birlərindən tələb və istəklərini dilə gətirmələri də daxildir. Çünki gərək danışmadakı həbslik və ya kəkələməlik, gərəksə səs tonu; tərəflərin düşüncə və mədəniyyət səviyyələri daha çox danışınca ortaya çıxar.

Bu görüşmə və danışmalardan bir müddət sonra tərəflərin bir-birləri haqqındakı qənaət və təəssüratları müəyyən olar. Çox keçmədən qərarlarını bildirərlər. Dini icazə bir dəfəlik görüşmə üçün vardır. Üç-beş dəfə görüşmə həm ciddilikdən uzaqdır, həm də qurulacaq ailənin sağlamlığı baxımından bir faydası yoxdur.

Bu məsələyə Şafi məzhəbinin baxışı ailə müəssisəsinin təmkin və ciddiliyini göstərməsi baxımından diqqət çəkicidir. Evlənmək istəyən adamın, talib olmadan əvvəl qıza baxması lazımdır. Bundan qızın və ailəsinin xəbərinin olmaması lazımdır. Bu şəkildə davranmaq qızın və ailəsinin şərəfi baxımından daha münasibdir. Əgər qızı bəyənsə talib olar, beləcə qız da, ailəsi də inciməmiş olar. Məqbul və təcrübəyə layiq olan görüş də budur. Qızın icazəsi olsun olmasın, baxmanın caiz olduğunu göstərən hədis-i şəriflər də bu fikiri qüvvətləndirməkdədir. (İslam Fiqhi Ensiklopediyası, 9: 24)

Nigaha qədər bundan sonrakı görüşmələrdə, hər hansı yad bir qadına baxmaqda olduğu kimi, şəhvani bir duyğu daşımamaq şərtiylə baxmaqda bir zərərin olmadığı açıqdır.

Məmməd Paksu Ailəyə Özəl Fətvalar



09-01-2010 09:17:11

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz