Ana səhifə

Evlilik qədərdirmi? Qədərimizdə kim varsa onunlamı evlənmək məcburiyyətindəyik?


YazdırSend to friend
Sual Detayı: 
Evlilik qədərdirmi? Qədərimizdə kim varsa onunlamı evlənmək məcburiyyətindəyik?
Cavab: 

Qədər, Allahın elminin bir ünvanıdır. Evliliyin qədər olmaması üçün, Allahın evlənən o iki adamdan xəbərsiz olması lazımdır. Bu isə elmi hər şeyi, hər məkanı və hər zamanı əhatə edən Allah haqqında düşünülə bilməz. O halda sualımızın cavabı, "Evlənməəlbəttə qədərdir." olacaq. Ancaq burada iki fərqli vəziyyət söz mövzusu ola bilər:

1. Allah, əzəli elmi ilə evlənəcək qadın və kişinin, öz cüzü iradələrini istifadə edərək bir-birləriylə evlənmək istəyəcəklərini bilmiş və zamanı gəldiyində onların bu arzularını küllü iradəsiylə yaradacaq olduğundan ötəri, əzəldə qədər dəftərlərinə bir-birləriylə evlənəcəklərini yazmışdır. "Elm məluma tabedir." qaidəsiylə bu yazı onların arzu və iradələrinə tabedir. Yəni qədər dəftərində bunlar bir-biriylə evlənsin deyil, bunlar bir-biriylə evlənəcək deyə yazılmışdır.Əlbəttə belə bir yazı insanı məcburedici deyil.

2. Bəzən də ya bir şükrya da səbirlə imtahan olunmaları üçün, qulun cüzü iradəsi qarışmadan Allah iki adamı qarşıiaşdırar  və onları bir-birləriylə evləndirər. Əgər bu evlilik gözəl bir evlilik olmuşsa bu, qadın və kişidən şükrün istənildiyi bir nemətdir. Əgər bu evlilik pis bir evlilik olmuşsa bu evlilik, səbrin istənildiyi bir imtahan olar. Kişi qadınla, qadında kişi ilə sınanılar. Demək ki, edilən bütün evliliklərdə qulların cüzü iradələri əsas alınmamaqdadır. Başqa bir ifadəylə, ixtiyari hərəkətlərdən olan evlilik, bəzən ıztırari(Çarəsizlik içindəolmaq. Məcburiyyət.)  hərəkətlər kimi qulun müdaxiləsi və seçməsi olmadan meydana gəlir. O halda bu hökmləri bir qaidə olaraq bilməliyik.

a) Əgər qul bir şeyin olmasını istər, ancaq Allah onun olmasını arzu etməzsə, o hərəkət vücuda gəlməz və meydana çıxmaz. Əgər varlığa gəlməyən bu arzu, bir xeyr isə qul niyyətinin mükafatını görər.

b)Əgər qul bir şeyin olmasını istər, Allah da onun olmasını arzu etsə, o hərəkət varlığa gəlir və yaradılar. Bu hərəkətin yaradılmasına qulun cüzü iradəsi səbəb olduğundan ötəri, qul bu hərəkətindən məsuldur. Xeyirli bir iş isə mükafat, pis bir iş isə cəza görər.

c) Qulun heç bir müdaxiləsi olmadan, sırf Allahın diləməsiylə yaradılan hərəkətlər: Bu cür hərəkətlərdə qulun cüzü iradəsi işə qarışmaz. Dahaəvvəl ifadə etdiyimiz kimi şükrlə və ya səbirlə imtahan olunmaları üçün Allah onu var edər.

Bunun kimi evlilik bəzən ikinci qrupa aid olan  bir hərəkətdir. Qulların cüzü iradələrini istifadə etmələri nəticəsində Allah istədiklərini yaradar. Bəzən isə üçüncü qrupa girən bir hərəkət olar. Allah qullarının iradələrini qarışdırmadan onları bir-birləriylə evləndirər. Ancaq hər iki vəziyyətdədə evlilik qədərdir.



04-03-2014 07:33:22

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz