Ana səhifə

"Ey iman edənlər, iman edin." ayəsini necə anlamalıyıq? ..


YazdırSend to friend
Sual Detayı: 
"Ey iman edənlər, iman edin." ayəsini necə anlamalıyıq? ..
Cavab: 

    Bu ayədə "necə iman edilməsi lazımdırsa elə iman edin" deyə buyurulur.  Ayənin növbəti kəlmələrində nələrə necə iman ediləcəyi açıqlanmışdır.

"Ey iman edənlər! Allaha, Onun Rəsuluna və Rəsuluna nazil etdiyi Kitaba və ondan əvvəl nazil etdiyi kitablara iman gətirin!. Kim Allahı, Onun mələklərini, kitablarını, elçilərini Axirət gününü inkar edərsə dərin bir azğınlığa düşmüş olar." (Nisa, 4/136)

     Əlaqədar ayənin təfsiri;

   Ey imana gələnlər, Allah və Rəsuluna, yəni Muhamməd Aleyhissalama və Allahın bu Peyğəmbərinə tənzil buyurduğu (zaman zaman, qisim qisim endirməkdə olduğu) bu kitaba, yəni Qur'ana və ondan əvvəl nazil etdiyi kitab cinsinə iman edin. Bunların bir qisiminə iman etdiyiniz kimi, hamısına də iman edin. İbn Kəsir, Əbu Amr, İbnü Amir qiraətlərində məchul mübaləğə ilə (nuzələ) və (unzilə) oxunur. Bunlara ciddi olaraq iman edin. Çünki hər kim Allaha, onun mələklərinə, kitablarına, peyğəmbərlərinə və axirət gününə küfr edər (inanmaz), bunlardan birini inkar edərsə, son dərəcə dərin bir azğınlığa düşmüş, doğrudan uzaqlaşmış, artıq yolunu tapa bilməyəcək dərəcədə çaşmış, məqsədi itirmiş olar. Bununla küfrün birbaşa (Nisa, 4/116) hökmünə qatılmış olduğu, yəni hər küfrün şirk olduğu açıqca göstərilmişdir.

    Rəvayət edildiyinə görə Yəhudi xaxamlarından bir qrup, Rəsulullaha gəlib: "Ey Allahın Rəsulu, biz sənə, kitabına, Musaya, Tövrata və Üzeyr'ə ​​iman edirik və bunlardan başqa kitabları və peyğəmbərləri inkar edirik." demişdilər. Peyğəmbərimiz (s.ə.s.) də: "Xeyr, Allaha, bütün peyğəmbərlərinə, Muhammədə və kitabı Qur'ana və ondan əvvəlki hər kitaba iman edin." buyurdu. "Etmərik" dedilər. Bu ayə nazil oldu və hamısı iman etdilər. Diqqətli olsaq görərik ki, iman bəndində "Allaha, Onun Rəsuluna, Onun Rəsuluna nazil olan kitaba, ondan əvvəl nazil olan kitaba" deyə dörd şeyə iman edilməsi ifadə edilmişdir. Bu da "Allaha iman, Peyğəmbərə iman, kitablara iman" deyə üç mərtəbədə cəmləşdirilə bilər. Halbuki küfr bəndində, "Allahı inkar, mələklərini inkar, kitablarını inkar, peyğəmbərlərini inkar, axirət gününü inkar" deyə mələklər və axirət günü də əlavə olunaraq beş şey açıqlanmış, həm də Rəsula (sallallahu aleyhi və səlləm) digər elçilər də əlavə olunaraq cəm halda buyurulmuşdur. Bununla Allah və Peyğəmbərə, bütün kitablara imanın, hər halda bütün peyğəmbərlərə, mələklərə və axirət gününə imanı içinə aldığı göstərilmiş və bir insanın Allaha, Peyğəmbərə və kitablara iman iddia edib də peyğəmbərlərdən birini, mələkləri və ya axirəti inkara yönəlməsi və bu barədə gəlmiş olan ayələri təvil etməyə çalışması (başqa mənaya yozmaq) ehtimalı olduğundan, bunları inkar edənlərin Allahı da inkar etmiş olduqları xüsusilə açıqlanmışdır.

(Bax. Elmalılı H. Yazır, əlaqədar ayənin təfsiri)

 



09-02-2017 05:39:15