Fələstin üçün edilən dualar nə üçün qəbul olunmur?



1) "Bütün bu dualar olmasaydı da yenə eyni şəkildə mi nəticələnərdi?" sualının cavabı insanlar tərəfindən qəti olaraq bilinən bir şey deyildir. Bunun necə olacağını qəti olaraq bilməmizə imkan yoxdur. Bu qədər çox və davamlı edilən dualar, əlbəttə duaların məqbul olmasının əhəmiyyətli bir vəsilədir.
Buna görə, deyə bilərik ki, Fələstin haqqında edilən bu dualar olmasaydı, bəlkə bu çətinliklər daha çox olacaqdı.
- Bu andakı vəziyyət, edilən duaların məqbul olmadığını göstərməz. Çünki "Duanız olmazsa, Rəbbim sizə nə deyə dəyər verər ki." (Əl-Furqan, 77) tərcüməsindəki ayədə ifadə edildiyi üzrə, dua bir qulluq nişanəsidir, bir ibadətdir, bir qulluqdur. İbadətlərin əsl nəticəsi axirətə baxar. Dünyadakı faydaları da olacaqsa bu ayrıca ilahi bir ikramdır.
Dua etmək bir ibadət olduğuna görə, namaz kimi etdiyimiz bir ibadətin qəbul edilib-edilmədiyini bilmədiyimiz kimi, duanın da qəbul edilib-edilmədiyini bilmərik.
- Qaldı ki, ibadət və duanın məqbuliyyəti -digər bəzi qəbul şərtləriylə yanaşı- o ibadət və dua edənin Allah qatındakı məqbul bir insan olub olmamasıyla mütənasibdir.
Bu günkü Müsəlmanların əməli dua olan güc və qüvvətə, texnika və texnologiyaya sahib olmamaları, halalı haramla qarışdırmaları, gecə-gündüz Allah'a qarşı hörmətsizlik etmələri, üsyan etmələri inkar edilə bilməyən bir gerçəkdir.
Bu üsyankar ağızlardan çıxan duaların məqbul olmasını gözləmək əbəsdir. Qəbul edilərsə bu Allah'ın bir lütfü; qəbul edilməzsə ilahi ədalətin bir təzahürü olar. "Bir müsibət min nəsihətdən yaxşıdır" düsturunda ifadə edilən bu gerçək, müsibətin davamına verilən qərarın əhəmiyyətli bir hikməti kimi görünür.
- Bədiüzzaman həzrətlərinin ifadə etdiyi kimi, sözlü olaraq etdiyimiz duaların qəbul edilməsi iki cəhətlədir: Ya arzu etdiyimiz istəklərimizin eynisi verilər və yaxud da daha gözəl bir şəkildə qəbul edilər.
"Məsələn: Biri özünə bir oğlan övlad istəyir. Cənab-ı Haqq, Həzrəti-i Məryəm kimi bir qız övladını verir. "Duası qəbul olunmadı" deyilməz. "Daha gözəl bir surətdə qəbul edildi" deyilər. Həm bəzən öz dünyasının səadəti üçün dua edər. Duası axirət üzrə qəbul olunar. "Duası rədd edildi" deyilməz, bəlkə "Daha enfa '(faydalı) bir surətdə qəbul edildi" deyilər. Və hakəza ... Madəm Cənab-ı Haqq Hakîm'dir; biz ondan istəyərik, o da bizə cavab verər. Fəqət hikmətinə görə bizimlə rəftar edər. Xəstə, həkimin hikmətini ittiham etməməli. Xəstə bal istəyər; mütəxəssis müsəlman həkim, qızdırması üçün sulfato verər. "Tabib məni dinləmədi" deyilməz. Bəlkə ah ü fîzârını dinlədi, eşitdi, cəvab da verdi; Maksudun (qəsd olunanın) yaxşısını yerinə gətirdi." (Məktubat, 301)
"Həm, dua bir ubudiyəttir (ibadət). Ubudiyət isə səməratı uhəviyədir (səmərəsi axirətdə olar). Dünyəvi məqsədləri isə, o cür dua və ibadətin vaxtlarıdır. O məqsədlər, qayələri deyil.
Məsələn: Yağmur namazı və duası bir ibadətdir. Quraqlıq, o ibadətin vaxtıdır. Yoxsa o ibadət və o dua, yağışı gətirmək üçün deyildir. Əgər sırf o niyyət ilə olsa; o dua, o ibadət xalis olmadığından qəbula layiq olmaz.
Nasılki günəşin qrupu, axşam namazının vaxtıdır. Həm Günəşin və Ayın tutulmaları, küsuf və husuf namazları deyilən iki məxsusi ibadətin vaxtlarıdır. Yəni gecə və gündüzün nurani ayələrinin niqablanmasıyla (pərdələnməsiylə) bir əzəmət-i İlahiyyəni ilana mədar olduğundan, Cənab-ı Haqq ibadını (qullarını) o vaxtda bir növü ibadətə dəvət edir. Yoxsa o namaz, (açılması və nə qədər davam etməsi, münəccim hesabıyla müəyyən olan) Ay və Günəşin husuf və küsuflarının inkişafları üçün deyildir. (Sözler, 23. Söz, 1. Mebhas)
2) Şübhəsiz ki, Allah hər şeydən xəbərdardır. Fəqət Allah, insanlar üçün açdığı imtahanı hər şeyi əhatə edən əzəli elminə görə deyil, insanların öz azad iradələriylə etdikləri işlərin vəziyyətinə görə qiymətləndirir. Çünki belə olması imtahanın ədalətli olmasının gərəyidir.
Elə isə, Allah imtahanı qazandıran işlərin edilməsinə icazə verdiyi kimi, imtahanı uduzmağa səbəb olan işlərə də icazə verir. Əgər, Allah qatilin əlindən tutsa, oğrunun əlindən tutsa; dedi-qodu edən, qeybət edən, fitnə fəsadı təşviq edən insanların ağzına kilid vursa, bu təqdirdə açılan imtahanın uduzanı, itirəni olmaz və imtahan olmaqdan çıxar.
O halda, gözəl işlər görən kəslərə fürsət verildiyi kimi, pis işlər görən kəslərə də fürsət verilməsi ədalətin gərəyidir.
Düğüme özel
- Fələstin üçün edilən dualar niyə qəbul olmur?
- Zəka və yaddaşın inkişafı üçün, unutqanlıqdan xilas olmaq üçün oxunacaq dualar var?
- Uşağı olmayan qadının boşanmaması caizmi? Uşağın olması üçün oxunacaq dualar varmı ?
- Qadınların örtünməsi nə üçün şərt qoyulub? Kişi üçün örtünmə ilə qadın üçün örtünmə nə üçün fərqlidir?
- Peyğəmbərimiz (s.ə.s.) üçün istifadə edilən "pak neseb" nə mənanı verməkdədir?
Üzv olmaq istəyirsinizsə Bura basın.
Əgər üzv deyilsinizsə Bura basın.