Ana səhifə

Fələstin üçün edilən dualar niyə qəbul olmur?


YazdırSend to friend
Sual Detayı: 
Dualarımız gerçəkləşmirsə məqsədinə çatmamışdır? Dua ilə qədər əlaqəsini izah edə bilərsiniz? Sualım burada ikiyə ayrılır: 1) Bütün bu dualar olmasaydı da yenə eyni şəkildə nəticələnərdi? Yəni işgəncələr davam edir.Əgər dualar olmasaydı yenə davam edərdi? Bu nəticə bütün duaların məqsədinə nail olmadığını göstərir? Və ya niyə bu qədər gecikdi o qədər duanın nəticəsi? 2) Sorğulamaq kimi olmasın haşa amma Allah bütün olub bitəndən xəbərdar olmasına baxmayaraq niyə buna icazə verir? Həm də bir tərəfdə sevdiyi və uca kəlamında zəfərlə müjdələdiyi möminlər var, digər tərəfdə isə özlərinin seçilmiş olduqlarına inanan Yəhudilər var ikən ...
Cavab: 

 

1) "Bütün bu dualar olmasaydı da yenə eyni şəkildə nəticələnərdi?" sualının cavabı

insanlar tərəfindən qəti olaraq bilinən bir şey deyildir. Bunun necə olacağını qəti olaraq

bilməyimizə imkan yoxdur. Bu qədər çox və davamlı edilən dualar, əlbəttə duaların

məqbul olmasının əhəmiyyətli bir vəsiləsidir.

 

Buna görə demək olar ki, Fələstin haqqında edilən bu dualar olmasaydı, bəlkə bu

çətinliklər daha da çox olacaqdı.

 

- Bu andakı vəziyyət, edilən duaların məqbul olmadığını göstərməz. Çünki De: "Əgər

yalvarmağınız olmasaydı, Rəbbim sizə diqqət yetirməzdi." (Furqan, 25/77)

tərcüməsindəki ayədə ifadə edildiyi üzrə, dua bir qulluq nişanəsidir, bir ibadətdir, bir

qulluqdur. İbadətlərin əsl nəticəsi axirətə baxar. Dünyadakı faydalar da sözün

mövzusudursa bu ayrıca ilahi bir ikramdır.

 

Dua etmək bir ibadət olduğuna görə namaz kimi etdiyimiz bir ibadətin qəbul edilmədiyini

bilmədiyimiz kimi, duanın da qəbul edilmədiyini bilmirik.

 

- Qaldı ki, ibadət və duanın qəbul olması -digər bəzi qəbul şərtləriylə bərabər- o ibadət

və dua edənin Allah qatındakı məqbul bir insan olub olmamasıyla mütənasibdir.

 

Bugünkü Müsəlmanların feli dua olan güc və qüvvətə, texnika və texnologiyaya

sahib olmamaları, halalı haramla qarışdırmaları, gecə-gündüz Allaha qarşı

hörmətsizlik etmələri, üsyan etmələri inkar edilə bilməyən bir gerçəkdir.

 

Bu üsyankar ağızlardan çıxan duaların məqbul olmasını gözləməmək lazımdır. Qəbul

edilsə bu Allahın bir lütfü; qəbul edilməzsə ilahi ədalətin bir təzahürü olur. "Bir müsibət

min nəsihətdən üstündür" düsturunda ifadə edilən bu gerçək müsibətin davam etməsinə

verilən qərarın əhəmiyyətli bir hikməti kimi görünür.

 

- Bədiüzzaman həzrətlərinin ifadə etdiyi kimi şifahi olaraq etdiyimiz duaların qəbul

edilməsi iki cəhətlədir: Ya arzu etdiyimiz istəklərimizin eynisi verilir, yaxud da daha gözəl

bir şəkildə qəbul edilir.

 

"Məsələn: Biri özünə bir oğul övladı istəyər. Cənabı-Haqq, Həzrəti Məryəm kimi bir

qız övladı verər. "Duası qəbul olunmadı" deyilməz. "Daha üstün bir surətdə qəbul

edildi" deyilər. Həm bəzən öz dünyasının səadəti üçün dua edər. Duası axirət üçün

qəbul olunar. "Duası rədd edildi" deyilməz, bəlkə "Daha enfa '(faydalı) bir surətdə

qəbul edildi" deyilər. Və bunun kimi ... Madam Cənabı-Haqq Hakimdir; biz ondan

istəyirik, o da bizə cavab verir. Fəqət hikmətinə görə bizimlə rəftar edir. Xəstə təbibin

hikmətini ittiham etməməlidir. Xəstə bal istər; mahir təbib isə qızdırması üçün sulfat

turşusu verər. "Təbib məni dinləmədi" deyilməz. Bəlkə ah-naləsini dinlədi, eşitdi, cəvab

da verdi; İstənilənin yaxşısını yerinə yetirdi. "(Məktubat, 301)

 

"Həm dua bir ibadətdir.İbadət isə axirət səmərələridir. Dünyəvi məqsədlər isə, o cür

dua və ibadətin vaxtlarının. O məqsədlər qayələri deyildir.

 

Məsələn: Yağmur namazı və duası bir ibadətdir. Quraqlıq o ibadətin vaxtıdır. Yoxsa o

ibadət və o dua, yağışı gətirmək üçün deyildir. Əgər sırf o niyyət ilə olsa; o dua, o ibadət

xalis olmadığından qəbula layiq olmaz.

 

Necə ki, günəşin qürubu axşam namazının vaxtıdır. Həm Günəşin və Ayın tutulmaları,

küsuf və husuf namazları deyilən iki məxsusi ibadətin vaxtlarıdır. Yəni gecə və gündüzün

nurani ayələrinin niqablanmasıyla (pərdələnməsiylə) bir ilahi əzəməti elanına vəsilə

olduğundan, Cənabı-Haqq qulunu o vaxtda bir növ ibadətə dəvət edir. Yoxsa o

namaz, (açılması və nə qədər davam etməsi münəccim hesabıyla müəyyən olan) Ay və

Günəşin husuf və küsuflarının inkişafları üçün deyildir. (Sözler, 23. Söz, 1. Mebhas)

 

2) Şübhəsiz ki, Allah hər şeydən xəbərdardır. Lakin Allah insanlar üçün açdığı imtahanı

hər şeyi əhatə edən əzəli elminə görə deyil, insanların öz azad iradələri ilə etdikləri

işlərin vəziyyətinə görə qiymətləndirir. Çünki belə olması imtahanın adil olmasının

gərəyidir.

 

Elə isə, Allah imtahanı qazandıran işlərin edilməsinə icazə verdiyi kimi, uduzduran işlərə

də icazə verir. Əgər Allah qatilin əlindən tutsa, oğrunun əlindən tutsa; dedi-qodu

edən, qeybət edən, fitnə fəsada təşviq edən insanların ağzına kilid vursa, bu

təqdirdə açılan imtahanın uduzanı olmaz və imtahan olmaqdan çıxar.

 

O halda, gözəl işlər görən kəslərə fürsət verildiyi kimi, pis işlər görən kəslərə də

fürsət verilməsi ədalətin gərəyidir.



02-12-2016 08:20:07

Düğüme özel