Ana səhifə

Fala baxmağın və baxdırmağın hökmünü hədislərlə izah edə bilərsinizmi?


YazdırSend to friend
Sual Detayı: 
Fala baxmağın və baxdırmağın hökmünü hədislərlə izah edə bilərsinizmi?
Cavab: 

     Dinimizin mütləq şəkildə qadağan etdiyi falçılıq, bir növ qeybdən xəbər verməkdir. Halbuki, Qurani-Kərim; qeybi Allahdan başqa heç bir kimsənin biləmiyəcəyini, peyğəmbərlərlə mələklər belə, özlərinə vəhy edilmədikcə qeybdən xəbər verə bilməyəcəklərini açıqca bildirməkdədir:

     "De ki: 'Göylərdə və yerdə olan qeybi, Allah'dan başqa bilən yoxdur." (Nəml, 27/65) və

"De ki: Sizə 'Allahın xəzinələri əlimdədir demirəm, qeybi də bilmirəm ..." (Ənam, 6/50),

"Əgər qeybi bilsəydim, daha çox xeyir edərdim ..." (Əraf, 7/188)

ayələri buna yetərli dəlildir.

     Özlərinə "arrâf" yaxud "kahin" deyilən falçılar və bu falçılara gedib fal açtıran, onlara inanan və ya dəstəkləyənləri Peyğəmbər (sallallahu aleyhi və səlləm) ağır bir dillə qınamış hətta kafirliklə xarakterizə etmişdir.

"Hər kim bir arrafa gedib də ondan bir şey soruşsa, qırx gecəlik namazı qəbul olmaz." (Muslim, Salam, 125)

    buyurmuşdur. Əbu Davud`da keçən bir hədis isə belədir:

 "Kim bir kahinə gedər, dediklərini təsdiq edərsə; şübhəsiz ki Muhammədə nazil olanı inkar etmiş olar." (Əbû Dâvûd, Tibb, hədis no: 3904).

     Bu mövzunu Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bir tək cümləylə ifadə etmiş:

"Kahinlər bir şey deyildirlər." (Müslim, Salam 123)

     Yəni gələcəyi oxuduqlarını iddia edənlərin sözləri boş, bir dəyəri və bir mənası yoxdur.

 

Sehirbazlıq günahdır?



01-10-2016 09:19:02

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz