Ana səhifə

Fetrət əhlinin, yəni İslamdan xəbəri olmayanların məsuliyyəti var?


YazdırSend to friend
Sual Detayı: 
Bir kitab da Dünyada İslamdan bi xəbər olaraq yaşamış bir insan məhşər günü dirildilər hesabı görülər və yox olar, deyilir. Bunun hökmü nədir? Belə bir insan eynilə körpəyə bənzəyir?
Cavab: 

Fetrət, kəsilmə, aralıq, fasilə mənalarında istifadə edilməkdədir. Dini bir termin olaraq da, iki peyğəmbər arasında keçən zaman üçün istifadə edilər.

 

Buxari də keçən bir hədisdə fetrət üçün Hz. İsa (ə.s.) ilə Hz. Peyğəmbər (s.ə.s.) arasında keçən zaman nəzərdə tutular. 1

 

Bəzi ayələrdən aydın olur ki, İslamdan əvvəl Ərəblərin peyğəmbərlərin göndərilməsi ilə əlaqədar məlumatları olduqca zəif idi. Quranda, Ərəb müşriklərinin "Rəbbimiz, peyğəmbər göndərmək diləsəydi, şübhəsiz ki, mələk bir peyğəmbər göndərərdi" dediklərini ifadə etməkdə, 2 beləcə onların peyğəmbərlik haqqındakı, bu səbəbdən haqq dinlərlə əlaqədar görüşlərinin nə dərəcə zəif olduğu ifadə edilməkdədir.

 

Ərəblər hər nə qədər Hz. İbrahimi (ə.s.) peyğəmbər olaraq bilmiş olsalar da, onun peyğəmbərliyini yalnız öz zamanıyla məhdud olduğunu qəbul edirdilər. Hz. İbrahim ilə Hz. Peyğəmbər (s.ə.s.) arasında keçən üç min illik uzun bir müddətdən ötəri, İbrahim Əleyhissalamın təbliğ etmiş olduğu Hənif dininin hökmlərini bilən çox yox idi.

 

İslam alimləri fetrət əhlini üç qisimdə araşdırar:

 

1. Cənabı Haqqın varlıq və birliyini öz ağlı və zəkasının köməyiylə düşünüb tapan və bilən kəslər: Kus bin Səidə və Cənnətlə müjdələnilən Səhabələrdən Səid bin Zeydin atası Zeyd bin Əmr kimi.

 

2. Tövhid inancını pozub dəyişdirərək bütpərəstliyi qəbul edən və özlərinə görə din uydurub insanları öz ətrafında yığanlar: Ərəblər arasında bütpərəstliyi çıxaran Əmr bin Luhay və digər müşriklər kimi.

 

3. Nə mömin, nə də müşrik hər hansı müsbət və ya batil bir inanca sahib olmayıb bütün ömürünü qəflət içində keçirən; ağıl və zehinini bu növ məsələlərlə məşğul etməyən kəslər. Cahiliyyə dövründə bu sinifə girən insanlar da vardı.

 

Bu üç sinifdən ikincilər bütpərəst olduqlarından Cəhənnəmlikdir. Üçüncü sinifə girənlər isə həqiqi mənada fetrət əhli olduqlarından bunlar Cəhənnəm əhli olmayacaqlar. Çünki, özlərinə haqq və həqiqəti təbliğ edəcək bir peyğəmbər gəlmədiyi, küfrü tələb edəcək bir halları da olmadığından əhli necatdırlar. Bu barədə bütün Əhli Sünnnət ittifaq etmişlər. 3

 

 

1. Buxarı, Menakıbü'l-Ensar: 53.

2. Fussilət Surəsi, 14.

3. Təcridi Şarih Tərcüməsi, 4:544.

 

Məmməd Paksu



07-12-2009 10:09:38