Ana səhifə

"Ficar" müharibələri nə deməkdir? Peyğəmbərimizin (s.ə.s.) bu müharibələrə qatıldığı olmuşdur?


YazdırSend to friend
Sual Detayı: 
"Ficar" müharibələri nə deməkdir? Peyğəmbərimizin (s.ə.s.) bu müharibələrə qatıldığı olmuşdur?
Cavab: 

Peyğəmbər Əfəndimiz, iyirmi yaşında ikən Dördüncü Ficar Müharibəsi baş verdi.

İslamdan əvvəl, Cahiliyyə dövründə, Ərəblər arasında cinayətlərin, qanlı vuruşma və şiddət hadisələrinin, qan iddialarının və hər cür oğurluq və sui-istifadələrin ardı arxası kəsilmirdi. Ürəkləri şəfqət və mərhəmətdən məhrum, cəmiyyət həyatları haqq və hüquqdan uzaq insanlardan bir-birini qırıb keçməkdən başqa onsuz da nə gözlənilə bilərdi?

Məhərrəm, Rəcəb, Zilkade və Zilhicce ayları həmişə Ərəblər tərəfindən müqəddəs aylar sayılırdı. Bu aylarda hər cür pisliyin işlənməsi, hər cür haqsızlığın edilməsi, qan tökülməsi qətiliklə qadağan idi. Bunun üçün də "haram aylar" adıyla xatırlanırdılar.

Ficar Müharibələri, bu aylardan birində baş verdiyi və iki tərəf arasında böyük haqsızlıqlar, zülmlər edildiyi, qan töküldüyü üçün bu adı almışdı.

Ərəblər arasında Ficar Müharibələri dörd dəfə meydana gəlmişdi. Birinci Ficar Müharibəsi əsnasında, Kainatın Əfəndisi hələ on yaşında idi.

Doqquz il kimi uzun bir zaman sürən bu dörd müharibə, əslində sadə və əhəmiyyətsiz hadisələr üzündən meydana gəlmişdi.

Birinci Ficar Müharibəsi, Gıfarilerden bir adamın Ukaz bazarında uzanmış olaraq, "Ərəbin ən şərəflisi mənəm" sözü üzərinə Havazin Qəbiləsindən birinin bunu özünə təhqir qəbul edib qılıncını çəkərək, öyünən adamın ayağını yaralaması səbəbiylə Kinanə və Havazinler arasında baş vermişdi.

İkincisi, yenə Ukaz bazarındabir qadına sataşmaq üzündən Qureyş ilə Havazin qəbilələri arasında partlaq vermişdi.

Üçüncüsü, Kinaneoğulları Qəbiləsindən bir adamın, Amiroğulları Qəbiləsindən birinə olan borcunu ödəməyib, müddəti uzatması səbəbiylə Kinanə və Havazin qəbilələri arasında meydana gəlmişdi.

Peyğəmbərimiz (s.ə.s. )-in iyirmi yaşlarında ikən qatıldığı Dördüncü Ficar Müharibəsi isə, Qureyş ilə Kinaneoğulları ilə Kaysı Aylan qəbilələri arasında Kinaneli Barraz bin Kays adındakı adamın Kaysı Aylan (Havazin) Qəbiləsindən Urve adındakı adamı öldürməsi nəticəsi çıxmışdı.

Qureyşlilər, Kinaneoğullarının müttəfiqi olduqlarından, bu səbəbdən bu müharibəyə qatılmaq məcburiyyətində qalmışdılar

Ukaz bazarındaedilən Dördüncü Ficar Müharibəsinə Əbu Talib, haram ayda olduğu və çox zülm işlənəcəyini təxmin etdiyi üçün qatılmaq istəməmişdi. Ancaq Qureyş Qəbiləsinin digər qollarının dirəşməsi üzərinə iştirak etmək məcburiyyətində qaldı.

Müharibə əsnasında, Əbu Talibin əziz qardaş oğlunu Əfəndimizi bir iki dəfə yanına alaraqapardığı rəvayət edilmişdir. Ancaq o, yalnız atılan düşmən oxlarını yığıb, əmisinə verməklə kifayətlənmişdir.

Vuruşmanın heç cür sona çatmadığını görən tərəflər, nəhayət bir-birlərinə razılaşma təklif etdilər. Buna görə, ölülər sayılacaq, hansı tərəfin ölüsü çox isə, digər tərəf onların diyetlərini ödəyəcək, beləcə də hərb sona çatmış olacaqdı.

Sayma nəticəsində Kaysı Aylanların ölüləri iyirmi qədər çox çıxdı. Kinaneoğulları və Qureyşlilər tərəfindən bu iyirmi adamın diyeti ödənərək, Fil Tarixindən iyirmi il sonra baş verən bu qanlı vuruşma da beləcə başa çatdı.

 

Saleh Suruç



02-05-2010 12:35:19

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz