Ana səhifə

Fitrə sədəqəsini kimsə vəkalətən verə bilərmi?


YazdırSend to friend
Sual Detayı: 
1) Fitrə sədəqəsini kimsə vəkalətən verə bilərmi? Məsələn üzərində heç bir şey yoxdur, yaxud da münasib yer və zamanda deyilsən. Bu zaman kimsə sənin əvəzinə fitrəni verə bilərmi? Sonradan həmin adamın borcunu qaytarmaq şərtilə. 2) Fitrə qeyri-müsəlmanlara verilə bilərmi?
Cavab: 

1) Təbiiki mümkündür. Telefonla istədiyiniz adama sizin adınızdan fitrə verməsini istəyəbilərsiniz, daha sonra siz o adama pulunu ödərsiniz.

2) Uca Allah buyurur: "Zəkatlar Allah tərəfindən müəyyən edilmiş bir fərz (vacib əməl) olaraq ancaq yoxsullara, (ehtiyacı olan, lakin utandığından əl açıb dilənməyən) miskinlərə, zəkatı yığıb paylayanlara, ürəkləri (müsəlmanlığa) isinişib bağlanmaqda olanlara (iman gətirib hələ kamil mömin olmayanlara), azad ediləcək kölələrə (və ya boynuna kəffarə düşüb verə bilməyənlərə), həmçınin (borcu ödəməyə imkanı olmayan) borclulara, Allah yolunda cihad edənlərə və yolçulara (pulu qurtardığı üçün yolda qalan, vətəninə qayıda bilməyən müsafirlərə) məxsusdur. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!"  (Tövbə: 60)

Fitrədə bir zəkat növüdür. Zəkatı ehtiyacı olan hərkəsə verəbilərsiniz.



28-08-2011 09:39:49

Düğüme özel