Ana səhifə

Göyün Üzündəki Qırmızı Gül


YazdırSend to friend
Sual Detayı: 
Göyün üzündəki Qırmızı Gül...
Cavab: 

     Rəhman surəsi 37-ci ayət-i kərimədə Rəbbimiz belə buyurur.

"Göy yarılıb ərimiş yağ kimi qıpqırmızı bir gül olduğu zaman." (Rəhman 37)

Bu ayət-i kəriməni izah etmədən əvvəl ayədə keçən bəzi kəlimələri təhlil edək.

Əvvəlcə ayənin başında إذا kəliməsi vardır. Bu kəlimə gələcək zaman zərfi olub şərt mənası daşıyır. Bundan başqa gizli bir fel olan رأيت '' (ra əytə) sən gördün '' felinin məfulu (obyekti) olur. Yəni məna "sən görəcəyin zaman" mənasındadır. İkinci olaraq انشقت (inşəqqat) kəliməsi istifadə edilmişdir. Bu söz lüğətdə ''yarılmaq'' mənasında işlədilir. الدهان (əddihan) isə ərəbcə iki mənada işlədilir. Birincisi qızğın yağ, ikincisi isə aşılanıboyanmış dəri (sahtiyan) mənasında işlədilir.

Bu izahlardan sonra indi ayət-i kəriməni yenidən tərcümə edək. Əgər göyün üzü yarılsa sən göyün üzünü sahtiyan (aşılanmış və boyanmış dəri) kimi və ya qızğın yağa bənzəbir gül olaraq görərsən.

Bu ayət-i kəriməni bir çox müfəssir qiyamətin qopacağı andakı səmanın vəziyyəti olaraq təfsir etmişdir. Çünki səmanın yarılması onlara qiyaməti xatırlatmışdır. Halbuki biz bu anda göyün üzünün yarılmasını atmosferin dəlinərəkosmosa gedilməsi olaraq başa düşə biləcəyimiz kimi, teleskoplarla da nəzərimizin göyün üzünü yarıb o biri tərəfləri seyr etməsi olaraq da başa düşə bilərik. Məhz bu cəhətdə ayənin mənası ''Əgər siz göyün üzünü deşərək kosmosa çıxmağa güyetirsəniz və ya icad etdiyiniz alətlərlə göyün üzünü yarıb o biri tərəfi seyr etməyə müvəffəq olsanız gül rəngində bir sahtiyan və ya qızğın yağ görəcəksiniz ''deməkdir.

Yaxşı "ərimiş bir yağ kimi qıpqırmızı bir gül" nə deməkdir? İstəyirsinizsə bu mövzuda elm adamlarının və kosmik tədqiqatçıların fikirlərinə yer verək.

Nebula kosmosda olan və geniş sahələrə yayılmış olan qazlar, toz, hidrogen, helium və digər ionlaşdırıcı qazlardan ibarət buluda bənzər quruluşlara verilən addır. Bu qaz püskürmələri olduqca böyük və sürətlidir. Daha sonra bu qazlar yaxınlaşaraq bir qaz buludu meydana gətirirlər. Bu qaz buludunun istiliyi 15.000 ° C-dən çoxdur. Həqiqətən də müasir dövrdə edilən kosmik araşdırmalar nəticəsində elm adamları eynilə ayədə ifadə edildiyi kimi ərimiş bir yağ kimi qıpqırmızı bir gül rəngində bir Nebula ilə qarşılaşmışdır.

Bəli,bu Nebula eynilə bir gülə bənzədiyinə görə elm adamları tərəfindən Gül şəklini xatırladan qaz buludu mənasında "Rosette Nebula" olaraq adlandırılmışdır. Rosette Nebula geniş bir toz və qaz kütləsidir və Dünyadan təxmini olaraq 5200 işıq ili uzaqlıqda və diametri təxminən 130 işıq ilidir və görünüşü isə eynilə Quranda ifadə edildiyi kimi ərimiş yağ kimi qıpqırmızı bir gül şəklindədir.

Günümüzdəki texnoloji müşahidə vasitələri ilə ancaq ortaya çıxarıla bilən bu həqiqətin elm və texnikanın olmadığı bir əsrdə, oxuma-yazma belə bilməyən bir insan tərəfindəxəbər verilməsi sizcə nə mənaya gəlir? Bəli madam o əsrdə yaşamış oxuma-yazma bilməyən bir insanın belə bir xəbər verməsi mümkün deyil, o halda Quran Allahın əzəli kəlamı və bu xəbəri bizlərə gətirən şəxs də (aleyhissalatu vəssəlam) onun elçisidir. İnandıq və itaət etdik.

hapod.nasa.gov

www.nasa.gov



29-11-2016 11:50:57