Ana səhifə

Günah işləməmək mümkündürmü


YazdırSend to friend
Sual Detayı: 
Günah işləməmək mümkündürmü? Günaha girən necə davranmalıdır? Günah işləməmək üçün çox diqqətli davranıram; bu da psixolojik olaraq təsir edir. İnsanın qüsursuz olması mümkündürmü?
Cavab: 

 

İnsan günah işləyə bilən bir varlıqdır. "Mənim günah işləməyim mümkün deyil."deyə bilən bir adam yoxdur. Hər insan, bu və ya digər şəkildə, az və ya çox günah çuxuruna yaxınlaşır, bəzən də içinə düşür.

Bizlər ağıl və qəlb müvazinəti içində həyatımızı yaşayırıq.Ancaq insan sadəcə ağıl və qəlbdən ibarət olmadığı üçün başda nəfs olmaqla, basqın duyğular, söz dinləməz hislər, önüalınmaz həvəslər və qarşısıalınmaz vəhmlər altında bəzən iradi və ya qeyri-iradi iradəmizi ram edə bilməyir və günah işləyirik.

Əslində, Uca Allah bizi Özünə yaxınlaşdırmaq, bizi Özünə möhtac etmək, bizi Özünə çəkmək üçün bir-birindən fərqli, müxtəlif vəsilələr yaratmışdır. Məsələn, acmaq kimi bir duyğu verib, bizi qidaya möhtac etmiş, Rəzzaq olduğunu göstərmiş və bizi bu yolla Özünə bağlamışdır. Biz də qul olaraq bütün ehtiyaclarımızı Ondan istəmiş, Onu Rəzzaq olaraq bilmiş, həqiqi mənada ruzi verən olaraq Onu tanımışıq. Deməli, Rəzzaq adı acmağımızı tələb edir.

Eyni şəkildə, biz günahkarıq, Allah bağışlayandır. Biz xəta edirik, Allah əfv edəndir. Biz üsyana qapılırıq, Allah məğfirət edəndir. Biz tövbə edirik, Allah tövbəmizi qəbul edəndir. Allah Qafurdur, Əfuvvdur, Qaffardır, Təvvabdır. İşlədiyimiz günahlar bizi Allahın bu mübarək adlarına yönləndirir, bizi Ona aparır. Beləliklə, Allahı Qafur və Qaffar adları ilə tanımış oluruq.

Bədiüzzamanın dediyi kimi 'Qaffar ismi günahların vücudunu və Səttar ismi qüsurların olmasını tələb edir.' Açıqçası, günah işlənsin ki, Allahın Qaffar adı təcəlli etsin; qüsur edilsin, xəta işlənsin ki, Allah da qulunun qüsurunu üzünə vurmayıb örtərək Səttar olduğunu göstərsin.
Bir hədisində, Sevgili Peyğəmbərimiz (s.ə.s) bu gerçəyi necə də gözəl dilə gətirir:

"Nəfsim qüdrət əlində olan Zata and içirəm ki, əgər siz heç günah işləməsəniz, Allah sizin hamınızı həlak edər, sonra günah işləyən, ardınca da istiğfar edən bir qövm yaradar və onları məğfirət edərdi."1

Nə qədər günah, o qədər tövbə

İnsan nəfsinə aldanar, şeytana uyar, hislərinə hakim ola bilməz, iradəsinə söz keçirə bilməz , sonda bir günah işləyər, ardınca da etdiyinə min peşman olar və tövbə ardınca tövbə edər. Qulun ,günah işləmiş də olsa, tövbə ilə Rəbbinə yönəldiyi bu hal, hədislərdən öyrəndiyimizə görə, Cənab-ı Haqqı xoşnud edir.

Əbu Hüreyrə (r.ə) rəvayət edir: "Rəsulullah (s.ə.s) buyurdular ki:

"Bir qul günah işlədi və 'Ya Rəbbim, günahımı əfv et!' dedi.
Haqq T
əala da 'Qulum bir günah işlədi; ardından bildi ki, günahları əfv edən və ya günah səbəbiylə cəzalandıran bir Rəbbi var' buyurdu.
Sonra qul dönüb t
əkrar günah işlədi və 'Ey Rəbbim, günahımı bağışla!' dedi.
Allah T
əala da, 'Qulum bir günah işlədi; ardından bildi ki, günahları əfv edən və ya günah səbəbiylə cəzalandıran bir Rəbbi var' buyurdu.
Sonra qul dönüb t
əkrar günah işlədi və 'Ey Rəbbim, günahımı əfv et!' dedi.
Allah T
əalada, 'Qulum günah işlədi və bildi ki, günahı əfv edən və ya günah səbəbiylə cəzalandıran bir Rəbbi olduğunu bildi. Ey qulum, istədiyini et, Mən səni əfv ettim.' buyurdu."2

Böyük hədis alimi İmam Nəvəvi, bu hədisdən bu hökmü çıxarmışdır:

"Günahlar yüz dəfə, hətta min və daha çox təkrar edilsə də, şəxs hər dəfəsində tövbə etsə, tövbəsi məqbuldur. Və ya bütün günahlar üçün bir tək tövbə etsə belə, yenə tövbəsi səhihdir."

Bir hədisdə də istiğfar edən kimsənin gündə yetmiş dəfə günahını təkrar etsə belə, 'günahında israr etmiş' sayılmayacağı bildirilir.3

Hz. Əlinin (r.ə) bu haqda etdiyi izah daha maraqlıdır:

"Əlində qurtuluş resepti olduğu halda həlak olan kimsənin halına təəccüblənirəm. O resept də istiğfardır."

Zatən Qaffar və Təvvab adları “çox bağışlayan, tövbələri qəbul edən,hər günah işlədikdə istiğfar edəni əfv edən, hər tövbə etdikdə tövbə edənin tövbəsini qəbul edən' mənasına gəlir. Əgər Cənab-ı Haqq qulunu həyatı boyu sadəcə bir dəfəyə məxsus olmaq üzərə əfv edəcək olsaydı, ondan sonra insana günah işləmək imkanı və fürsəti verməməsi lazım idi. Yəni, Allah əfv etmək istəməsəydi, bizə əfv istəmə duyğusunu verməzdi.

Digər tərəfdən, Cənab-ı Haqqın günahları bağışlaması Onun fəzli, lütfü və ikramıdır. Hədisdə də ifadə edildiyi kimi, günahı səbəbilə cəzalandırması isə ədalətinin təcəllisidir. Səid Nursinin bildirdiyi üzrə, "Cənab-ı Haqqın günahkarları əfv etməsi fəzldir, təzib etməsi [əzab ilə cəzalandırması] ədldir."

Əfəndimizin (s.ə.s) yanında yetişən səhabə nəsli bu incə nöqtəni çox yaxşı qavramışdı. Allahın uca adlarını mükəmməl mənada həm çox yaxşı anlamışlar, həm də həyatlarında əks etdirmişlərdi. Rəvayət etdikləri hədisələrə baxdıqda bu təlimin səviyyəsini və anlayışlarının potensialını sezmək heç də çətin deyildir.

Məsələn, qulun günahı nə qədər çox olursa olsun və qul nə qədər əfv diləyərsə diləsin, heç bir zaman istəyinin qarşılıqsız qalmayacağını Hz. Ənəs (r.ə.) xəbər verir.

Hz. Ənəs (r.ə) "Mən Rəsulullahı (s.ə.s) belə buyurarkən dinlədim" deyir.

"Allah Təala buyurdu ki: Ey Adəmoğlu! Sən mənə dua etdiyin və məndən əfv umduğun müddətcə işlədiyin günahlar nə qədər çox olursa olsun, onların böyüklüyünə baxmadan səni bağışlayaram. Ey Adəmoğlu! Günahların göyləri dolduracaq qədər olsa, sən Məndən bağışlanmağını diləyərsən, günahlarını əfv edərəm. Ey Adəmoğlu! Sən yer üzünü dolduracaq qədər günahla hüzuruma gəlsən, ancaq Mənə heç bir şeyi ortaq qoşmamış, şirkə bulaşmamış olsan, Mən də səni yer üzü dolusu məğfirətlə qarşılayaram."4

Peyğəmbər Əfəndimiz (s.ə.s) bir hədisində də qulun işlədiyi günahdan dolayı tövbə edib Rəbbinə dönməsini çöl şəraitində yaşayan, çölə çıxarkən varı-yoxu bir dəvəsi olan bir insanın qəmini və sevincini dilə gətirərək bizə belə buyurur:

"Bir adam quraq, boş və təhlükəli bir ərazidə dəvəsi ilə yol gedir. Ərzağını, yemək-içməyini dəvəsinin üzərinə yükləyib. Birdən yuxu onu tutur. Oyandığında bir də görür ki, dəvəsi yoxdur. Dəvəsini axtarmağa başlayır. Heç cür tapa bilmir. Aclıqdan və susuzluqdan pərişan bir vəziyətdə öz-özünə belə deyir: 'Artıq ilk olduğum yerə gedib ölənə qədər orada yatım.' Gedir, ölmək üzərə başını qolunun üzərinə qoyur. Bir ara oyanır. Baxır ki, dəvəsi yanında dayanıb. Bütün ərzağı, yemək-içməyi də dəvəsinin üzərindədir.Bax, Allah-Təalanın qulunun tövbə etməsindən duyduğu məmnuniyyət birinizin kimsəsiz səhrada itirdiyi dəvəsini taparkən sevinməsindən daha çoxdur."5

Ana uşağını oda atar mı?

Cənab-i Haqqın rəhməti, şəfqəti və mərhəməti sonsuzdur. Bütün qullara yetər, bütün bir aləmə kafi gələr. Özünü tanıyan, ancaq günahdan əlini çəkə bilməyən, nəfsinə əsir düşmüş qullarını özbaşına buraxmaz. Bir başqa deyişlə, Cənab-i Haqq özünə yönələn qulunu çeşidli vəsilələr yaradaraq onu rəhmət iqliminə çəkər. Yəni, Allah qulunu cəzalandırmaq üçün yaratmayıb, bir fürsətini tapıb onu Cəhənnəmə atmaq üçün dünyaya göndərməyib. Necə ki, insan öz uşağını xətasından dolayı oda atmazsa, Uca Allah da Özünü Rəbb olaraq tanıyan qullarından sonsuz mərhəmətini əsirgəməz, onları Cəhənnəmə atmaz.

Həzrəti Ömər (r.ə) Səadət Əsrində şahid olduğu bir hadisəni söyləyərkən bu barədə Əfəndimizin (s.ə.s) müjdəsini də bildirir.

"Bir döyüşdən sonra əsirlər arasında uşağından ayrı düşmüş bir qadın da vardı. Qadın uşağına olan həsrətinə son qoymaq üçün gözünə dəyən hər uşağı qucaqlayır, bağrına basır və yedirirdi. Rəsulullah (s.ə.s) çevrəsindəkilərə:"

"Bu qadının öz uşağını oda atmağına ehtimal varmı?" deyə soruşdu.

"Qətiyyən, atmaz." dedilər. Bunun üzərinə Rəsulullah (s.ə.s):

" Allah Təala qullarına bu qadının balasına olan şəfqətindən daha mərhəmətlidir." buyurdu."6

Hədis-i şəriflər Cənab-ı Haqqın sonsuz məğfirətindən və rəhmətindən bəhs edir. Eyni şəkildə, dəyişməz bir prinsib olaraq ayət-i kərimələr ümumi ölçüləri verdikdən sonra vacib bir nöqtəni xatırladır. O da qulluq şüurunu zədələməmək, qulun Rəbbinə olan sayğı həddini aşmamaqdır. Tövbə, istiğfar etdikdən sonra necə olsa Allah bağışlayar deyib günah işləməyə davam etməməli ki, qulluq sirri yox olmasın. Quran bu həqiqətə belə işarə edir:

"O müttəqilər ki, bir günah iş gördükləri yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb (tövbə edərək) günahlarını bağışlamasını istəyərlər. Axı günahları Allahdan başqa kim bağışlaya bilər? Və onlar etdiklərini (gördükləri işin pis olduğunu) bildikdə (tövbədən sonra) bir daha ona qayıtmazlar."7

Günahla Mənəvi Tərəqqi

Qul işlədiyi günahdan dolayı Allaha daha ciddi sığındığı və daha ixlaslı şəkildə yönəldikdə mənəvi tərəqqi əldə edir. Quran bu həqiqəti 'günahların savaba çevrilməsi' şəklində bildirməkdədir.

"Ancaq tövbə edən və gözəl işlər işləyənlər bunda istisnadır. Allah onların günahlarını silib,əvəzinə yaxşılıqlar verir. Allah çox bağışlayıcı, çox mərhəmət edicidir."8

Cənab-i Haqq suç və günahlarını etiraf edən, peşmanlıq duyan kimsələrin həm günahlarını bağışlayır, həm də günahlarının yerini  savabla doldurur, beləliklə günah savabla əvəz olunur, günah savabla yer dəyişdirir. Buna əsasən bəzi hədis alimləri "Bəzi günahlar vardır ki, mömin üçün bir çox ibadətdən daha faydalıdır." deyirlər.

Hər kəs xəta işləyə bilər, hətta hər kəs mütləq xəta edər, günaha girər. Ancaq günahkarların da xeyirlisi vardır. Bu xeyri Əfəndimiz (s.ə.s) belə ifadə edir:

"Hər insan xəta işləyər, ancaq xəta işləyənlərin ən xeyirlisi çox tövbə edənlərdir."9

Xəta edənlərin tövbələri ilə, xeyirli bir insan olmaları ilə yanaşı, bir də Allahın sevdiyi bir qul olma mərtəbəsinə yüksələ bilərlər. Quranın verdiyi bu müjdə İslamın insana təqdim etdiyi ən sevimli müjdələrdən biridir:

"Həqiqətən də, Allah çox tövbə edənləri və təmizlənənləri sevir."10

Peyğəmbər Əfəndimiz (s.ə.s) bu ayəni belə təfsir edir:

"Şübhəsiz Allah təkrar-təkrar günah işlədiyi halda üst-üstə tövbə edən qulunu sevər."11

Bu sevginin gerçək şüurunda olan Peyğəmbərimiz (s.ə.s) heç bir günahı olmadığı, günahlara qarşı qorunduğu halda, gündə yetmiş dəfə, bəzən yüz dəfə tövbə və istiğfar edərdi. Çünki istiğfarın içində 'məhbubiyyət' mərtəbəsi və xoşbəxtliyi var.

Ancaq bu müjdəni yanlış yerə yozaraq "Madam günahlar savaba çevrilə bilir , əvvəl günah işləyib sonra da tövbə etsək, olmaz mı?" kimi cərbəzələrlə (lüzumsuz sözlərlə) məsələyə yanaşmamaq lazımdır.

Belə bir yanaşma, her şeydən əvvəl, qulluq ədəbinə ziddir. Bu hal, -haşa- Allahı imtahan etmək, dini hökmlərə ciddi yanaşmamaq sayılır ki, bu işin sirrini qavramamaq olur. Belə bir istismara qarşı bir çox ayədə əfvin yalnız Allaha aid olduğu, Allahın istədiyini bağışlayacağı, istədiğini əzaba düçar edəcəyi bildirilərək xavf-rəca müvazinəsinə, ümid-qorxu tarazlığına diqqət çəkilir.

Qaldı ki, "Necə olsa tövbə edərəm." düşüncəsiylə günaha işləyən kimsə tövbə etmə imkanını tapa biləcəkdirmi, buna ömrü yetəcəkdirmi, bir garantı varmıdır? Və ya ən önəmlisi, davranışları Allahın qəzəbinə tuş gəldiyi halda, Allah ona tövbə etmə imkanı verəcəkdirmi? Bütün bunların da nəzərdən qaçmaması lazımdır.

"Fərzləri yerinə yetirən, kəbirələri işləməyən xilas olar."

Bütün bunlarla birlikdə, xüsusilə hər gün yüzlərcə günahın hücumuna məruz qalan möminin ən mühüm məsələsi günahdan çəkinməyə çalışması, günah mühitindən uzaq durması, günah işləməyə açıq olan qapılara yanaşmamasıdır. Bir növ 'dəfi-şər'  etməsi, şərli işlərdən uzaq qalmasıdır. Bu xüsus bu dövrdə çox böyük önəm qazanmaqdadır. Təqva sirrinə də ancaq bu yolla çatmaq mümkündür. Çünki bir haramı, böyük bir günahı tərk etmək fərzdir. Bir vacibi işləmək bir çox sünnətdən daha savabdır. Təqvanın əsas alınmasıyla minlərcə günahın hücumuna qarşılıq bir dəfəlik üz çevirməklə yüzlərcə günah tərk edilmiş, dolayısıyla yüzlərcə fərz və vacib işlənmiş olur. Beləliklə, təqva niyəti ilə, günahdan çəkinmək məqsədilə çox sayda saleh əmələ yol açılır. Çünki bu zamanda "Fərzləri yerinə yetirən, kəbirələri işləməyən xilas olar."12

Bu qurtuluşu, yəni böyük günahlardan çəkinənlərin nemətə, ikrama və Cənnət səadətinə qovuşacaqlarına Quran xəbər verir:

"Əgər sizə qadağa olunmuş günahların böyüklərindən çəkinsəniz, geri qalan günahlarınızı örtər və sizi nemət və ikramlarımızla dolu olan Cənnətə qoyarıq."13

Madam belədir, "Həyatınızı imanla canlandırın və fəraizlə zinətləndirin və günahlardan çəkinməklə mühafizə edin."14

Qaynaqlar:

1. Müslim, Tövbə 9.
2. Buxari, Tövhid 35; Müslim, Tövbə 29.
3. Müsnəd, 5:130.
4. Tirmizi, Daavat 98.
5. Müslüm, Tövbə 3.
6. Buxari, Ədəb 19, Müslüm, Tövbə 22.
7. Əl-i İmran sürəsi, 3:135.
8. Furqan sürəsi, 25:70.
9. Tirmizi, Qiyamə 49.
10. Bəqərə sürəsi, 2:222.
11. Müsnəd, 1:80.
12. Risaleyi-Nur Külliyatı, 2:1632.
13. Nisə sürəsi, 4:31.
14. Risaleyi-Nur Külliyatı, 1:5.

Məmməd Paksu



21-08-2013 08:32:15

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz