Ana səhifə

Günah işləyənlərə qarşı Allahın rəhməti haqqında məlumat verərsiniz?


YazdırSend to friend
Sual Detayı: 
Günah işləyənlərə qarşı Allahın rəhməti haqqında məlumat verərsiniz?
Cavab: 

     Cənab-ı Haqq, tövbə edilən hər günahı bağışlayar. Bir kafir, küfrünə tövbə etsə, mömin olar, bütün günahları bağışlanar. Bir mömin də hər növ günahı işləsə, hətta Allah’a şirk qoşsa, sonra peşman olub tövbə etsə, Allahu təala yenə bağışlayar. Qur’an-i Kərimdə tərcümə olaraq buyuruldu ki:

Ey günahda həddi aşanlar, Allahın rəhmətindən ümid kəsməyin! Çünki Allah, bütün günahları bağışlayar. O, Ğafurdur Rəhimdir. (Zumər 53)

 Tövbə Edən Bağışlanar

     Hədisdə buyuruldu ki:

Tövbə edən, günah işləməmiş kimi olar. (İbni Macə)

Haqq təala buyurdu ki, qulumun, günahı göylərə qədər yüksəlsə, məndən ümid kəsməyib, üzr istəsə bağışlayaram. (Tirmizi)

Günahınız çox olub göylərə qədər çatsa, tövbə edincə, Allahu təala tövbənizi qəbul edər. (İbni Macə)

Allahın Rəb, mənim də peyğəmbər olduğuma inanana, Cəhənnəm haram olar.(Hakim)

Haqq təala "Günahını əfvimdən böyük görənə şiddətli qəzəb edərəm." buyurdu (Deylemi)

Allah’ın rəhmətindən ümid kəsməyən fasiq, Allahın rəhmətindən ümid kisən abiddən, rəhmətə daha yaxındır.(Hakim)

Allahın rəhməti bu qədər bol ikən Onun rəhmətindən heç ümid kəsilər?Allahı qullarına sevdirin ki, Allah da sizi sevsin! (Taberani)

Allahu təala buyurdu ki, "Ey qulum, üzr istəsən, günahlarının çoxluğuna baxmadan bağışlayaram. Günahların buludlara qədər yüksəlsə də bağışlayaram. Yer dolusu günahla gəlsən də, yer dolusu bağışlamaqla qarşılayaram. Yetər ki iman ilə gəl!" (Tirmizi)

      İnsanın davamlı cəhənnəmi xatırlayıb ona görə addımlarını nəzarət etməsi kəmalatının göstəricisidir. Amma bu cəhənnəmi xatırlama, öz həyatını zəhərə çevirməmək və Allahdan ümid kəsdirəcək səviyyəyə gətirməmək şərtiylədir. Beləcə insan hər addımını atdığında "görəsən bu addımım məni cəhənnəməmi aparır" deyə bir mühasiblik içərisində olmasını da təmin edəcək.

      Allah bəzi insanları cəhənnəm üçün yaratmamışdır. Əksinə cəhənnəmi bəzi insanlar üçün yaratmışdır. Məsələn, bir dövlət həbsxana qurar, amma bu həbsxananı filan filan insanlar içəriyə girsin deyə etməz. Bu həbsxananı kim qazanırsa onu içinə almaq üçün edər. Eynilə bunun kimi, Allah qazananlara cəhənnəmi tikmişdir. Yoxsa "filan insanlara cəhənnəmi hazırladım demək" Cənab-ı Haqqın ədaləti və hikmətinə uyğun gəlməz.



10-12-2009 01:29:43

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz