Ana səhifə

Gündəlik namazların nafiləsini nə vaxt və neçə rükət qılmalıyıq ?


YazdırSend to friend
Sual Detayı: 
gündəlik namazların nafiləsini nə vaxt və neçə rükət qılmalıyıq
Cavab: 

1. Sübh namazı:

a) Vaxtı – Dan yeri ağarandan günəş çıxanadək qılınmalıdır. Dan yeri ağarmadan sübh namazı qılınmadığı kimi, Günəş çıxdığı andan etibarən 50 dəqiqə ərzində sübh namazı qılınmaz. Çünki bu günəşə sitayiş edənlərin ibadət vaxtı olduğu üçün bu saatda namaz qılınmaz.

b) Rükət sayı: Sübh namazı 4 rükətdən ibadətdir. Əvvəlcə 2 rükət sünnəti, daha sonra isə 2 rükət fərzi qılınır. 

2. Zöhr namazı:

a) Vaxtı: Günəş zenit nöqtəsindən (tam ortadan) qüruba meyl etməyə başladığı andan etibarən hər şeyin kölgəsinin iki misli olduğu anadək qılınır.

Günəş tam ortada-zenit nöqtəsində ikən, namaz qılmaq məkruhdur. Zöhr namazının başladığı ana 45 dəqiqə qalmış kərahət vaxtı başlanmış sayılır.

b) Rükət sayı: Zöhr namazı 10 rükətdir. Öncə 4 rükət-ilk sünnəti, son­ra 4 rükət-fərzi, daha sonra isə 2 rükət-son sünnəti qılınır.

3. Əsr namazı:

a) Vaxtı: Zöhr namazının çıxdığı andan etibarən əsr namazının vaxtı başlayır. Günəş batanadək qılına bilər. Lakin günəşin batdığı anadək əsr namazını gecikdirmək bəyənilmir.

b) Əsr namazı 8 rükətdir. Öncə 4 rükət sünnəti, daha sonra isə 4 rükət fərzi qılınır.

4. Məğrib (axşam) namazı:

a) Vaxtı: Günəş tam batdığı andan, qürubdakı qırmızı şəfəq yox olan zaman içərisində qılınır.

b) Məğrib namazı 5 rükətdir. Əvvəlcə 3 rükət axşam namazının fərzi, ardınca isə 2 rükət sünnəti qılınır.

5. İşa (gecə) namazı:

a) Vaxtı: axşam namazının vaxtı qurtaran kimi işa namazının vaxtı başlayır. İşa namazı Sübh namazının vaxtı başlanan anadək qılına bilər.

b) Rükət sayı: Vitr namazı ilə birlikdə 13 rükətdir. Öncə 4 rükət sünnət, sonra 4 rükət fərz, 2 rükət son sünnət və 3 rükət vitr namazı qılınır.

Qeyd: Hər namaz öz vaxtı içində qılınmalıdır. Üzrlü bir səbəbdən ötrü öz vaxtında qılınmayan namaz, başqa bir namazın vaxtında da qəza edilə bilər. Camaatla qılınan namaz təkbaşına qılınan namazdan 17 dəfə fəzilətlidir.

 Əlavə məlumat üçün:

Namaz



06-08-2014 12:10:09