Ana səhifə

Günorta və ikindi namazlarının qılınması.


YazdırSend to friend
Sual Detayı: 
Nə üçün günorta və ikindi namazları (fərzlər), eləcə də axşam və yatsı (fərz) namazlarının ikincidən sonrakı rükətləri səssiz qılınır?
Cavab: 

Günorta və ilkindi namazları tək başına da qılınsa, camaatla da qılınsa qiraətin gizli edilməsi vacibdir. Tək başına edən kimsə və ya imam öz eşidəcəyi qədər bir səs çıxararaq Fatihə və surəni oxuyar. Gündüz qılınan nafilə namazlarda da gizli oxumaq eyni şəkildə vacibdir.

Camaatla qılınan səhər, Cümə, bayram, təravih və vitr namazlarının bütün rükətlərində, axşam və şam namazlarının ilk iki rükətində qiraəti cəhri etmək, yəni səsli oxumaq vacibdir. Axşam namazının üçüncü rükətində, şam namazının da son iki rükətində gizli oxumaq vacibdir. Ancaq, tək başına səhər, axşam və şam namazını edən kimsə, istəsə qiraəti səsli edər, diləsə gizli olaraq oxuyar.


Bu qiraət şəkillərinin gündüz namazlarında gizli, gecə namazlarında, Cümə və bayram namazlarında açıqdan oxunmasının hikməti də təfsirlərimizdə belə izah edilməkdədir:

Rəsulu Əkrəm Əfəndimiz (s.ə.s.) İslama dəvətin ilk illərində təbliğ vəzifəsini gizli olaraq edirdi. Səhabələrə namaz qıldırdığı zaman da qiraətdə səsini yüksəldər, namazları cəhri etdirərdi. Müşriklər Peyğəmbərimizin səsli qiraətini eşidincə şeirlərlə və uydurduqları sözlərlə qarışdırmağa başladılar. Peyğəmbərimizə də təhqir edərək işi lağ etməyə qədər apardılar. Müşriklərin bu çirkin hərəkətinə meydan verilməməsi və Müsəlmanların əziyyətlərə məruz qalmamaları üçün bir ayəti kərimə nazil oldu: "Namazında səsini nə çox yüksəlt, nə də çoxca qıs; ikisi ortasında bir yol tut." (İsra Surəsi, 110) Ayədə, müşriklərin eşitmələrinə mane olmaq üçün Peyğəmbərimizin səsini yüksəltməməsi istənirdi. (İmam əz-Zemahşeri. Tefsirü'l-Keşşaf.
(Qahirə: Darü'l-Mushaf, 1397-1977), 3:196)

Bundan sonra Peyğəmbərimiz, günorta və ilkindi namazlarında, müşriklərin əziyyətiylə həmsöhbət ola bilməmək üçün  qiraəti gizli etdi. Axşam namazı vaxt isə onların yemək saatı, şam və səhər də yuxu saatları olduğundan bu namazlardakı qiraəti açıqdan etdi. Cümə və bayram namazları da onsuz da Hicrətdən sonra fərz və vacib qılındığından, müşriklərin də bir zərəri olmayacağından qiraətlər cəhri oldu.

Ancaq Məkkə müşriklərinin ilk Müsəlmanlara nələr etdiklərinin bilinməsi üçün, vəziyyət qiyamətə qədər yasayacak insanların ibrətinə təqdim edilmiş, gündüz namazlarında gizli oxunması əmri bu hikmətlə davam etdirilmişdir. Əlbəttə başqa hikmətləri də vardır. Ancaq müşriklərin ilk Müsəlmanlara etdiklərini xatırlamaq baxımından bundakı ibrətlər ağla ilk gələndir.



15-02-2010 10:45:37