Ana səhifə

Günah işləyən adam tövbə etməklə günahlarından xilas ola bilər?


YazdırSend to friend
Sual Detayı: 
Günah işləyən adam tövbə etməklə günahlarından xilas ola bilər?
Cavab: 

İnsan həm yaxşılıq həm də pislik etməyə uyğun yaradılmışdır. Onun üçün zaman zaman istəyərək və ya istəməyərək günahlara girə bilir. Bu mövzuda Quranı Kərim də, "Allah, özünə şirk qoşulmasının xaricindəki istədiyi kəslərin bütün günahlarını bağışlayar. (Nisa, 116)" buyuraraq hansı günah olursa olsun bağışlaya biləcəyini bildirməkdədir.

 

Kitablarımız da canı könüldən edilən tövbənin Allah tərəfindən qəbul ediləcəyi ifadə edilər. Necə ki Allahu Təala, Ey iman gətirənlər! Allaha səmimi-qəlbdən (bir daha günaha qayıtmamaq şərtilə) tövbə edin. Ola bilsin ki, Rəbbiniz günahlarınızın üstünü örtsün və sizi (ağacları) altından çaylar axan cənnətlərə daxil etsin. O gün Allah Öz Peyğəmbərini və onunla birlikdə iman gətirənləri xəcil etməz. Onların (iman) nuru (qıl körpüsü üstündə onlara yol göstərmək üçün) önlərindən və sağ tərəflərindən axıb şölə saçarkən onlar belə deyəcəklər: “Ey Rəbbimiz! Bizim nurumuzu tamam-kamal elə və bizi bağışla. Həqiqətən, Sən hər şeyə qadirsən!” (Təhrim Surəsi, 8) buyuraraq edilən tövbələrin qəbul ediləcəyini bəyan edər. Ayədə keçən nasuh tövbə isə belədir:

1-Allaha qarşı günah işlədiyini bilərək, bu günahdan ötəri Allaha sığınmaq və peşman olmaq.

2-Bu günahı işlədiyi üçün kədərlənmək, Yaradıcıya qarşı belə bir günah işlədiyindən ötəri vicdani olaraq narahat olmaq.

3-Bir daha belə bir günaha dönməyəcəyinə dair bir qərar içərisində olmaq.

4-Qul haqqını maraqlandırırsa onunla halallaşmaq.

Bir hədisdə Peyğəmbərimiz belə buyurmuş. Nasuh tövbə budur:

-Günahlara peşmanlıq.

-Fərz ibadətləri etmək.

-Zülm və düşmənlik etməmək.

-İncik və küskünlərlə barışmaq.

-Bir daha o günaha dönməmək üzrə qərar vermək.

İnşallah bu şərtləri yerinə yetirsək Allahın tövbələrimizi qəbul edəcəyindən ümidli olarıq.

Ancaq insan hər vaxt qorxu və ümid içərisində olmalı. Nə ibadətlərimizə güvənib öyünə bilərik. Nə də günahlarımızdan ümidsizliyə düşə bilərik. Mən çox yaxşıyam, bu işi həll etdim demək nə qədər səhvsə; mən bitdim, məni Allah qəbul etməz demək də o qədər səhvdir. Ayrıca, günahını anlayıb tövbə edib, Allaha sığınmaq da böyük bir ibadətdir.

 

Mənəvi Çirklərdən Təmizlənmə Yolu: Tövbə

 

Lüğətdə "Allaha çevrilmə və yönəliş" mənasını verən tövbə, dini termin olaraq "günahdan Allaha dönmə" mənasıyla məşhur olmuşdur. 1

 

İmam Qəzali, İbn Ərəbi, İbn Həcər kimi İslam alimləri tövbəni fərqli şəkillərdə tərif etmişlər. 2

 

Biz burada tövbəni açıq və aydın olar bir tərzdə təsvir edəcək olsaq belə deyə bilərik: Tövbə; edilən pisliyi, işlənən günahı və ya qəbahəti günah olduğunu bilib, onu buraxıb tərk edərək Allaha dönmək, Ondan bağışlamasını, diləmək, etdiklərindən peşman olduğunu da ifadə edərək tək Allaha yalvarmaqdır.

 

1. Tövbənin Əhəmiyyəti:

 

Sevimli Peyğəmbərimiz (s.ə.s.) bir hədisində: "Bütün Adəmoğulları günahkardır, günahkarların ən xeyirliləri isə tövbə edənlərdir." (İbn Macə, Zühd, 30) buyurmaqdadır. Başqa bir hədisdə isə Peyğəmbər Əfəndimiz: "Əgər siz günah işləməsəydiniz, Allah sizi həlak edər və yerinizə, günah işləyib, arxasından tövbə edən qullar yaradardı." (Müslim, Tövbə, 9, 10, 11) buyurmuşdur.

 

Bu zikr etdiyimiz hədislərdən də aydın olduğu üzrə, insan, günah və savab işləmə xüsusiyyətində yaradılmış bir varlıqdır. Günah işləmək, insanı mələklərdən ayıran bir xüsusiyyətdir. Bilindiyi kimi mələklər nurdan yaradılmış olub, əsla Allaha qarşı gəlməyən, günah işləməyən varlıqlardır.

 

İslam fitrət dinidir. İslamda insanın günah işləyə biləcəyi qəbul edilmiş və bundan qorunma və xilas olma yolları insana öyrədilmişdir. Edilən pislikdən, işlənən günah və qəbahətdən xilas olub mənəvi çirklərdən təmizlənmə yolu tövbədir. Tövbə ilə insan, etmiş olduğu günah və qüsurlardan xilas olub o günah və səhvləri heç etməmiş kimi tərtəmiz olar. Necə ki bu barədə Peyğəmbər Əfəndimiz, "Günahdan tam dönən və tövbə edən, o günahı heç işləməmiş kimidir." (İbn Macə, Zühd 30) buyurar.

 

Uca Allah qullarını tövbəyə çağırmaqda və belə buyurmaqdadır: "Ey möminlər! Hamınız topdan Allaha tövbə edin ki, gözəlliyə çatasınız." (Nur, 31) Başqa bir ayədə isə Uca Allah, Peyğəmbərinə belə buyurar: "De ki: "Ey çox günah işləyərək öz canlarına pislik etmədə irəli gedən qullarım!

Allahın rəhmətindən ümidinizi kəsməyin. Allah diləsə bütün günahları bağışlayar. Çünki O, çox bağışlayıcıdır, mərhəmət və lütfkarlığı çoxdur." (Zumər, 53)

 

Bu ayədə Uca Allah, Peyğəmbərinə, günahkar qullara, Allahın rəhmətindən ümid kəsməmələrini söyləməsini əmr edir. Çünki çox bağışlayan, Allah, diləsə bütün günahları bağışlayar. Bundan ötəri qullar, Allahın əzabı gəlməzdən əvvəl Allaha yönəlməli, Ona təslim olmalı, şirki və bütün günahları buraxmalıdırlar.

 

Qullar nə qədər günah işləmiş olurlarsa olsunlar, ümidsizliyə qapılmadan Allaha yönəlib tövbə etsələr Allah onları bağışlayar. Bu ayələr yanında qulları ümidsizlikdən qurtarıb tövbəyə yönəldən çox hədis vardır. (Baxın: Buxari, Ənbiya 54; Müslim, Tövbə 46, 47)

 

 

Haşiyələr

1. Firuzabadi, Məhəmməd b. Yaqub, əl-Kamusul-Muhit, Beyrut 1991,

2. Bu təriflər üçün baxın., Qəzali, Əbu Hamid Məhəmməd, İhya Ulumiddin


Dos. Dr. Məmməd Soysaldı



15-01-2010 03:26:43