Ana səhifə

Həc ziyarətindən öncə Kərbalaya gedib,məşədi olub,sonrami Həccə getmək gərəkirmi?


YazdırSend to friend
Sual Detayı: 
Salam Aleykum...Hecc ziyaretinden once Kerbelaya gedib,me$edi olub,sonrami Hecce getmek gerekirmi?
Cavab: 

Və aleykum Salam.

      Xeyr, həcc və ümrə üçün Kərbəla`ya getmək lazım deyil. Bura getmək həccin və ümrənin gərəklərindən deyil.

      Bununla birlikdə, bir müsəlmanın, islama uyğun olaraq böyük şəxslərin qəbirlərini ziyarət etməsi gözəldir.

      Ancaq, İslamda başsağlığının, yəni başsağlığı diləmənin müddəti üç gündür və üçüncü gündən sonra başsağlığı xoş görülməmişdir.

      Buna baxmayaraq, Cahilcə bir davranış forması olan matəm, sonrakı əsrlərdə önü alına bilməyən bir yayılma göstərən kökləşmiş bidətlərdən biri halına gəlmişdir.

       Hz. Hüseyn`in(Allah ondan razı olsun) 10 Məhərrəm 680 tarixində Kərbəlada şəhid edilməsi bəzi müsəlmanlar tərəfindən məzhəbi bir əlamət dərk edilərək, hər il təşkil edilən matəm mərasimləriylə xatırlanmaqdadır. Bəziləri qışqıraraq gözyaşı tökərkən, başlarını yumruqlamaqda və bədənlərini zəncirlərlə döyməkdədirlər.

      Bu və buna bənzər davranış formalarının Rəsulullah (sallallahu aleyhi və səlləm)`ın ortaya qoyduğu və tabe olunmasını istədiyi prinsiplərlə əlaqəsinin olmadığı ortadadır. Yenə indiki vaxtda Rəsulullah (asm)`ın qadağan etdiyi ölülər üçün tutulan matəmlər, döyünərək və qışqıraraq ağlamalar, çox təəssüf ki bəzi müsəlmanlar arasında da yer etmişdir. 



25-04-2014 12:23:49